Mübariz Xankəndi məktəbi
13.12.2023 [14:15]
N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbinin tarixi
M.BAYRAMLI
1970-1985-ci illərdə Xankəndidə elm, təhsil və mədəniyyət sahələrinin tərəqqisi üçün geniş imkanlar açılmışdı. Əlamətdar hadisələrdən biri Xankəndidə Müəllimlər İnstitutunun fəaliyyət göstərməsi idi. 1938-ci ildə açılmış bu institut yeddiillik məktəbləri peşəkar müəllimlərlə təmin edirdi. 1950-ci ildə Xankəndi Müəllimlər İnstitutunun daha 3 şöbəsi yaradıldı. 1970-1985-ci illərdə şəhərdə peşə təhsili sistemi sürətlə inkişaf etməyə başladı.
Bu gün məhz Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbinin tarixindən bəhs edəcəyik. Məktəb 1945-ci ildən fəaliyyət göstərsə də, əslində, bu təhsil ocağı XIX əsrin sonlarında yaradılıb, sovet rejiminin ilk illərində isə onun bazasında orta məktəb təşkil edilib. Bura əvvəlcə beynəlmiləl məktəb olub. Yeni yaradılmış məktəbə milliyyətcə qeyri-azərbaycanlı direktor təyin edilib. Bütün çətinliklərə, süni şəkildə yaradılmış maneələrə baxmayaraq, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin müəllim kollektivi “beynəlmiləl məktəbdə” də azərbaycançılıq ideyalarını qoruyub saxlaya bilib, bütün qüvvələrini səfərbər edərək Xankəndində azərbaycanlı uşaqların maarifləndirilməsi üçün əllərindən gələni ediblər. Bu barədə məktəbin direktoru Nazim Xudiyev müsahibələrinin birində deyib. Qeyd olunub ki, nəhayət, 1969-cu ildə Heydər Əliyevin respublikamızın siyasi rəhbərliyinə gəlməsi ilə N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin müstəqil fəaliyyət göstərməsi bərpa olunub. Sonra təhsil ocağında həm Azərbaycan, həm də rus şöbəsi fəaliyyət göstərib. Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin müəllim kollektivinin yüksək bilik və bacarığı, keyfiyyətli tədris metodu nəticəsində bu təhsil ocağından bir sıra dövlət xadimləri, professorlar, xalqımıza şərəf və ləyaqətlə xidmət edən görkəmli şəxslər məzun olub.
Təhsil ocağı neçə onilliklər boyu erməni millətçiləri tərəfindən təzyiqlərə məruz qalaraq ağır mübarizələrdən keçib. 1988-ci ildə müharibə ilə bağlı məktəb fəaliyyətini müvəqqəti olaraq dayandırıb. 700-dən çox şagirdin təhsil aldığı, 60-dan artıq müəllimin çalışdığı Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəb fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Xankəndində yaşayan köməksiz azərbaycanlıların ciddi cəhdlərinə baxmayaraq, məktəbin fəaliyyətini bərpa etmək mümkün olmayıb.
Məktəbin 40-a yaxın yetirməsi şəhidlik zirvəsinə ucalıb. Fəxri məzunları olan Azərbaycanın Milli Qəhrəmanları Şirin Mirzəyevin, Nizami Məmmədovun həyat yolları bu gün hər bir Azərbaycan gəncinə örnəkdir.
2012-ci Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən xankəndililərin kompakt yaşadığı Bakının Ramana qəsəbəsində N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin əsası qoyulub. 2013-cü ilin sentyabrından məktəb xankəndili balalarını öz doğma ağuşuna alaraq fəaliyyətini davam etdirib.
Artıq qürurla deyə bilərik ki, Xankəndidə əvvəllər fəaliyyət göstərmiş müəssisələr yenidən bərpa olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

