Qələmi ilə Vətənə xidmət nümunəsi ...
16.12.2023 [11:00]
Bu gün Salatın Əsgərovanın doğum günüdür
Y.SƏLİM
Qələbə xalqın vahid hədəf uğrunda mübarizəsi zamanı qazanılır. Bu mənada hər bir vətəndaşın öz fəaliyyət sahəsində xalqının, dövlətinin maraqlarını qoruması, bu uğurda bütün gücünü səfərbər etməsi, hətta can verməsi qalibiyyətin ən ümdə şərtlərindəndir. XX əsrin son 20 ilində ermənilərin Azərbaycana qarşı əsassız iddiaları, sonradan hərbi təcavüzü xalqımızı bir nəfər kimi bu mübarizəyə köklədi. Hər kəs öz sahəsində Vətənin azadlığı, Azərbaycan həqiqətlərinin yayılması uğrunda döyüşə atıldı. Bu mübarizənin önündə isə əli silahlı əsgərlərimizlə yanaşı, əli qələmli jurnalistlərimiz də döyüşürdü. Belə insanlardan biri də şəhid jurnalist Salatın Əsgərova idi.
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, mərhum jurnalist Salatın Əsgərovanın doğum günüdür. O, 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində dünyaya göz açıb. 1979-cu ildə Bakı şəhərindəki Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il o vaxtki Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomunu alıb.
1988-1989-cu illərdə Qarabağda baş verən hadisələr, azərbaycanlıların başına gətirilən bəlalar Salatın Əsgərovanı tamamilə fər?li bir sahəyə - jurnalistikaya yönəltdi. O, 1984-cü ildə “Bakı”, 4 il sonra isə “Molodyoj Azerbaydjana” qəzetində işləməyə başladı. Salatın Əsgərova öz məqalələrində ermənilərin ölkəmizə qarşı törətdiyi təxribatlardan, torpaq iddialarından yazırdı. O, “Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı kimi müharibənin ilk günlərindən tez-tez cəbhə bölgəsinə gedir, qaynar nöqtələrdən reportajlar hazırlayırdı. Hər dəfə paytaxtda qoyub getdiyi körpə oğlunun varlığı da onu bu təhlükəli yoldan döndərə bilmirdi. Mərhum jurnalist heç nədən qorxmadan dəfələrlə ermənilərin yaşadıqları kəndlərə gedib onları yanlış yoldan geri döndərməyə çalışmışdı.
Onun müharibənin qaynar nöqtələrindən hazırladığı reportajlar geniş oxucu kütləsi qazanmışdı. Salatın Əsgərova imzası tanınır və sevilirdi. Amma...
1991-ci il yanvarın 9-da yenə səfərə yola düşdü. Növbəti reportajını hazırlamaq, həqiqəti çatdırmaq, Vətənə heç olmasa qələmi ilə yardım etmək üçün. Laçından Şuşaya gedərkən yolun 6-cı kilometrliyində - Qaladərəsi kəndi yaxınlığında düşmən onun olduğu maşını yaxın məsafədən atəşə tutdu, Salatın Əsgərova elə hadisə yerindəcə həlak oldu.
Vəfatından sonra Azərbaycanın qəhrəman qızı Bakıda Şəhidlər Xiyabanında dəfn olundu. Ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi. Hazırda Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri də onun adını daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

