Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qazaxıstan Müstəqillik Gününü qeyd edir

Qazaxıstan Müstəqillik Gününü qeyd edir

16.12.2023 [11:04]

Günel A.

Dekabrın 16-da qazaxıstanlılar Müstəqillik Gününü qeyd edirlər.

1991-ci il dekabrın 16-da Qazaxıstan Ali Soveti “Dövlət müstəqilliyi və suverenliyi haqqında” qanun qəbul edib. Müstəqilliyin bəyan olunduğu gün - 16 dekabr həm də 1986-cı ilin dekabrında Almatıda baş vermiş faciəli hadisələrin anım günüdür. O vaxt qazax gənclərinin SSRİ rəhbərliyinin milli xalqların hüquq və mənafelərini pozan siyasətinə etiraz nümayişi qəddarcasına dağıdılmışdı.

Bayram münasibətlə Prezident Qasım-Jomart Tokayev qazaxıstanlılara təbrik ünvanlayıb.

Müstəqillik Günü şərəfinə Astanada mədəniyyət, təhsil və idman müəssisələri şəhər sakinlərinin siyasi mədəniyyətinin və vətəndaş həmrəyliyinin yüksəldilməsinə kömək məqsədilə çoxsaylı tədbir təşkil edirlər. Həmçinin Almatıda müxtəlif bayram tədbirlər, o cümlədən elmi-praktik konfranslar və fotosərgilər keçirilir. Ölkənin bölgələrində də ənənəvi olaraq təntənəli tədbirlər təşkil olunur, sosial obyektlər istifadəyə verilir.

Paylaş:
Baxılıb: 485 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31