Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xəzər dənizi ilə bağlı yaradılmış Xüsusi İşçi Qrupun Bakıda ilk iclası keçirilir

Xəzər dənizi ilə bağlı yaradılmış Xüsusi İşçi Qrupun Bakıda ilk iclası keçirilir

18.12.2023 [14:20]

“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası çərçivəsində yaradılmış Xüsusi İşçi Qrupun ilk iclası Bakıda öz işinə başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilən tədbirdə Xəzəryanı ölkələrin Xarici İşlər və Ətraf Mühit üzrə nazirliklərinin səlahiyyətli nümayəndələri, həmçinin Konvensiya katibliyi funksiyalarını yerinə yetirən BMT-nin Ətraf Mühit Proqramının Avropa Regional Ofisinin əməkdaşları iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib.

O qeyd edib ki, hazırda Azərbaycan tərəfi Konvensiyanın Tərəflər Konfransına sədrlik edir, tərəflər Konvensiya katibliyinin regionda yerləşdirilməsi ilə bağlı institusional mexanizmlərin razılaşdırılması üçün müzakirələr aparır, ekspertlər tərəfindən müvafiq sənədlər hazırlanır.

Xatırladaq ki, Xüsusi İşçi Qrupun yaradılması bu il sentyabrın 21-22-də İsveçrənin Cenevrə şəhərində keçirilən Xəzəryanı ölkələrin ətraf mühit nazirlərinin görüşündə qərara alınıb.

Paylaş:
Baxılıb: 464 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31