Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezidentliyə neçə nəfərin namizədliyi irəli sürülüb?

Prezidentliyə neçə nəfərin namizədliyi irəli sürülüb?

19.12.2023 [10:35]

N.BAYRAMLI

Ölkəmizdə seçki kampaniyasına rəsmi start verilib. Mərkəzi Seçki Komissiyası qanunvericiliyə əsasən müvafiq tədbirlərə başlayıb.

Demokratik seçki mühitinin göstəricisidir ki, ölkəmizdə fəaliyyət siyasi partiyalar keçirilən seçkilərdə fəal iştirak edirlər. Bu reallığı qarşıdan gələn növbədənkənar prezident seçkiləri haqqında da deyə bilərik. Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin dekabrın 15-də keçirilmiş genişləndirilmiş iclasında partiyanın Sədri İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb. Artıq bununla bağlı müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunub.

Qeyd edək ki, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Oruc, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP) Qüdrət Həsənquliyevin və keçmiş Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin də növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb. Bununla da prezidentliyə namizədliyi irəli sürülənlərin sayı yeddiyə çatıb.

Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir. Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması  prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir.  

Paylaş:
Baxılıb: 454 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31