Parlamentdə təmsil olunan Qərbi Azərbaycan İcmasının nümayəndələri bəyanat yayıb
26.12.2023 [13:53]
Milli Məclisdə təmsil olunan Qərbi Azərbaycan İcmasının nümayəndələri bəyanat yayıblar.
AZƏRTAC bəyanatı təqdim edir:
“Azərbaycanlılar indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşayıblar. Tarixi sənədlər və xəritələr orada yaşayan əhalinin əksəriyyətinin azərbaycanlılardan ibarət olduğunu, həmin coğrafiyada formalaşmış toponimlərin mütləq çoxluğunun xalqımıza mənsub olduğunu sübut edir.
Təəssüf ki, 200 ilə yaxın dövrdə, xüsusən 1905–1906, 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə mərhələ-mərhələ həyata keçirilən etnik təmizləmə nəticəsində Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıb.
Ermənistan ərazisinin azərbaycanlılardan təmizlənməsi başa çatdırıldıqdan sonra 1988–1993-cü illərdə Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınan ərazisinin 20 faizi işğal edilib. Otuz ilə yaxın dövrdə beynəlxalq birliyin vasitəçiliyi ilə aparılan sülh danışıqları beynəlxalq hüququn normalarına və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etməyib.
2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi Zəfər nəticəsində dövlətimizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olunub.
İşğalın ağır nəticələrinə baxmayaraq, məhz Azərbaycan Respublikası Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülh və sabitliyin bərqərar olması, beynəlxalq hüququn beş prinsipi, o cümlədən dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında Ermənistanla münasibətlərin normallaşdırılması təşəbbüsü ilə çıxış edib. Təəssüf ki, Ermənistanın son 3 il ərzində törətdiyi hərbi-siyasi təxribatlar sülh danışıqlarına mane olub və bu ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirlərini qaçılmaz edib.
Azərbaycan Respublikasının suverenliyi onun bütün ərazisində bərqərar edildikdən sonra Ermənistanla sülh sazişinin bağlanması üçün artıq heç bir maneə qalmayıb. Bu il dekabrın 7-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Ermənistan Respublikası Baş naziri Aparatının qəbul etdikləri birgə Bəyanat iki dövlət arasında etimad yaradılması yolunda mühüm irəliləyiş olub.
Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan Qərbi Azərbaycan İcması nümayəndələri Azərbaycan Respublikası Prezidentinin regionda möhkəm sülh və sabitlik yaradılması və əməkdaşlıq əlaqələri qurulması istiqamətində təşəbbüs və səylərini qətiyyətlə dəstəkləyirlər. İcma nümayəndələri hesab edirlər ki, Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisindəki ata-baba yurdlarına qayıtması hüququnun tanınması Azərbaycanla Ermənistan arasında etimad quruculuğunun mühüm vasitələrindən biridır. Bu, iki dövlət arasında real barışığın əldə edilməsinə və regionda birgəyaşayış mühitinin yaradılmasına yönələn önəmli addım olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

