Ev heyvanları ilə xaricə getmək olar?
28.12.2023 [14:23]
MÜŞFİQƏ
Tətil günlərində xarici ölkələrə səfər etməyi düşünürüsünüz, amma ev heyvanlarınızı kimə əmanət edəcəyinizi bilmirsiniz? Əks təqdirdə özünüzlə birlikdə aparmaq üçün nə edəcəyinizi bilmirsinizsə, bu material sizin üçündür.
Heyvanların daşınması yalnız aviaşirkətin razılığı ilə həyata keçirilir və daşınan heyvanların sayı və növü üzrə məhdudiyyətlər mövcuddur. Həmin şərtlər “Azərbaycan Hava Yolları”nın rəsmi səhifəsində yer alıb. Belə ki, aviabiletinizin nömrəsi, qəfəsinizin ölçüləri, heyvanın qəfəslə birlikdə çəkisi, cinsi və yaşı qeyd edilməlidir. Ən önəmlisi, heyvanın pasportu və bütün peyvəndlərin qeyd olunması, eləcə də baytar həkimin arayışı olmalıdır.
Daha ətraflı desək, ev heyvanınızı səfərə aparmaq qərarı verdiyiniz təqdirdə, uçuş vaxtından ən azı 24 saat əvvəl bu barədə məlumat verməlisiniz. Hava gəmisinin baqaj bölməsində daşınması üçün heyvanın (o cümlədən quşun) konteynerlə birlikdə çəkisi 75 kq-dan çox olmamalıdır. Unutmayın ki, uçuş ərzində sakitliyini təmin etmək üçün heyvan əvvəlcədən buna hazırlanmalıdır. Altı ay və ya daha əvvəl aviaşirkətin tələblərinə cavab verən daşıyıcı konteyner alın, içərisinə rahat, heyvana tanış olan döşək salın və oyuncaqlarını qoyun. Qısaca, qəfəsə alışmasına imkan yaradın.
Çəkisi 32 kq-dan 75 kq-dək olan iri itlər təyyarənin baqaj bölməsində xüsusi qapalı konteynerlərdə müəyyən tələblərə uyğun olaraq daşınmalıdır. Məsələn, konteynerin hündürlüyü, eni və uzunluğu itin ölçüsünə uyğun olmalı, heyvanın təkcə oturması və uzanmasını deyil, həm də ayaq üstə dayana bilməsi eləcə də 360° sərbəst dönməsi təmin edilməlidir.
Habelə qəfəsin iki hissəsi boltla bərkidilməlidir. Hər hansı digər qıfıl sistemi olan qəfəslərdən istifadəyə icazə verilmir. Çəkisi 32 kq-dan çox olan heyvanın yerləşdirildiyi istənilən konteyner ən azı iki tərəfdən tutacaqla təchiz olunmalıdır; Qəfəsdə yeri möhkəmləndirilmiş bir su qabı qoyulmalı, qapı dörd tərəfdən kilidi bağlayan mərkəzləşdirilmiş kilidləmə sistemi ilə təchiz olunmalıdır. Bundan əlavə, hər tərəfdən plastik bağların istifadəsi tələb olunur. Qəfəsin təkərləri çıxarılmalı, bağlamaq mümkündürsə, bağlanmalı və ya yapışqan lentlə möhkəmləndirilməlidir. Qəfəsin içinə ədyal, qəzet və ya digər hopdurucu material döşənməlidir. Saman və torfdan istifadə isə qadağandır. Heyvanın yerləşdirildiyi konteynerin hava gəmisinə yüklənməsi və düşürdülməsi zamanı əlavə qatlanan tutacaqların sınmaması üçün tutacaqlar qatlanmalı və yapışqan lentlə möhkəmləndirilməlidir.
Heyvanların daşınması üçün “Azərbaycan Hava Yolları” aviaşirkətinin tarifləri mövcuddur. Müəyyən edilmiş qayda və şərtlərə görə, məbləğ 70-160 avro arası dəyişir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

