Tarixi zərurət...
31.12.2023 [10:50]
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu, hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə, isə milli gücünün artmasını təmin edib. Bununla yanaşı, tarazlaşdırılmış və milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib.
Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması isə bütövlükdə regionumuzda yeni reallıqlar yaradıb. Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsində də bu amillər önəmli rol oynayır. Məlumdur ki, dekabrın 15-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında 2024-cü ilin fevral ayının 7-nə təyin edilmiş prezident seçkilərinə partiyamızın Sədri İlham Əliyevin namizədliyi irəli sürülüb. Cəmiyyətimizin yekdil rəyi ondan ibarətdir ki, İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi xalqın iradəsinin ifadəsidir.
Məsələ ilə bağlı qəzetimizə açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyev 30 illik həsrətini çəkdiyimiz torpaqlarımızı geri qaytararaq xalqımızın ən böyük arzularını gerçəkləşdirdi. Onun sözlərinə görə, Vətən müharibəsində qazanılan şanlı Zəfər, ərazi bütövlüyümüzün bərpası və sentyabrda keçirilən antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunması, müstəqil ölkəmizin daha da inkişafı və güclənməsi, beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi üçün yeni imkanlar açıb. Eyni zamanda, qalib dövlətimiz regionda yeni reallıqlar yaradıb. Biz bu gerçəklikləri müharibənin başa çatdığı 3 il müddətində aydın şəkildə müşahidə edirik. Əlbəttə ki, bu möhtəşəm nailiyyətlər Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır.
“Ali Baş Komandanımız İlham Əliyev üçrəngli bayrağımızı Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər azad olunmuş ərazilərdə ucaldıb. Bu mənada gələn il fevralın 7-də keçiriləcək seçkilər İlham Əliyevin özünəinamının, xalqın siyasi dəstəyinə əminliyinin bariz göstəricisidir. Çünki Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Eyni zamanda, şübhə yoxdur ki, növbəti seçkidə xalqımız Qarabağın fatehi İlham Əliyevin yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək”, - deyən F.Ağamalı əlavə edib ki, İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir. O diqqətə çatdırıb ki, xalqımızın öz liderinə olan sevgisinin, növbəti dəfə də prezident seçilməsini arzulamasının əsasında onun gördüyü möhtəşəm işlər, milli maraqlarımızı qətiyyətlə qoruması, xalqın rifahının daim yüksəlməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər və digər mühüm amillər dayanır: “Tam əminliklə demək olar ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bundan sonra da böyük zəfərlərə, nailiyyətlərə imza atacaq!”.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov da deyib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il 15 oktyabr tarixində Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə üçrəngli bayrağımızı ucaltması ilə Azərbaycan bütövləşdi: “Gənclər son 30 il ərzində daim bu fikirlə böyüyürdü və bilirdi ki, Qarabağ təkcə torpaq məsələsi deyil, Qarabağ həm də namus, qeyrət məsələsidir. Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpa olunması və bütövləşməsi xalqımızın şərəfini özünə qaytardı. Azərbaycan xalqının başını uca edən cənab İlham Əliyev oldu”. Onun sözlərinə görə, məhz Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyində Azərbaycanın bütövləşməsi də təsadüfi deyil: “Çünki istər sovet Azərbaycanı dönəmi, istər müstəqillik zamanı, istərsə də indiki tarix onu göstərir ki, Azərbaycanın rifahı həmişə Heydər Əliyev irsi ilə bağlı olub. Bu gün də əminik ki, Azərbaycan məhz Heydər Əliyev irsi ilə yeni Azərbaycandan qüdrətli Azərbaycana əmin addımlarla irəliləyəcək”.
K.Cəfərovun fikrincə, YAP İdarə Heyətinin iclasında partiyamızın Sədri İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qəbul edilmiş qərar tarixi bir qərardır. Çünki bu seçkilər Ali Baş Komandanımızın rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasından sonra keçirilən ilk seçkilərdir. Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunmuş şanlı zəfər, həm də bu ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri Azərbaycan dövləti və xalqı üçün yeni bir gələcək, yeni bir inkişaf mərhələsi yaratdı: “Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan yeni-yeni hədəflərə doğru inamla irəliləyir. Bütün bunların fonunda, qarşıda dayanan hədəflərə nail olmaq üçün növbəti prezident seçkilərində Yeni Azərbaycan Partiyasının cənab İlham Əliyevin namizədliyini irəli sürməsi təbii qanunauyğunluqdur və xalqımızın mövqeyinin göstəricisidir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

