Məzahir Pənahov “Seçki-2024” Müstəqil Media Mərkəzinə baxış keçirib
17.01.2024 [10:48]
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yüksək səviyyədə hazırlanıb azad, ədalətli və şəffaf keçirilməsi, eləcə də müxtəlif statuslu seçki subyektləri üçün hərtərəfli şəraitin və geniş imkanların yaradılması istiqamətində intensiv şəkildə silsilə layihələr reallaşdırılır.
AZƏRTAC xəbər verir ki, yanvarın 17-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qarşıdan gələn seçkilərlə əlaqədar fəaliyyətə başlayan MSK-nın “Seçki-2024” Müstəqil Media Mərkəzində olub. Komissiya üzvləri və Katibliyin təmsilçilərinin də iştirakı ilə Mərkəzə baxış keçirilib. MSK sədri yaradılmış şəraitlə yaxından tanış olaraq, yerli və beynəlxalq media nümayəndələrinin prezident seçkiləri ilə bağlı sərbəst və asan məlumat əldə etmələrinin, seçki prosesinin digər iştirakçılarına da daha effektiv və keyfiyyətli xidmət göstərilməsinin zəruriliyini vurğulayıb, bu barədə öz tövsiyələrini bildirib.
Sonra M.Pənahov həm Müstəqil Media Mərkəzinin fəaliyyəti, həm də, ümumiyyətlə, prezident seçkilərinə hazırlıqların gedişi barədə media nümayəndələrinə açıqlama verib.
Tədbir çərçivəsində diqqətə çatdırılıb ki, Müstəqil Media Mərkəzinin yaradılmasında başlıca məqsəd seçkilərdə aşkarlığın və şəffaflığın yüksək səviyyədə təmin edilməsində mühüm rolu olan yerli və beynəlxalq media nümayəndələrinə daha geniş imkanlar yaratmaqdır. Mərkəz seçkiləri hərtərəfli, operativ və obyektiv işıqlandırmaqda, habelə məlumatları almaqda və dərhal ictimailəşdirməkdə onlara yardımçı olacaq. Media nümayəndələri müasir informasiya-kommunikasiya texnologiyaları və zəruri texniki avadanlıqlarla tam təchiz olunan Mərkəzdəki kompüterlərdən, telefon və faks aparatlarından, o cümlədən ödənişsiz internetdən sərbəst istifadə edə bilərlər.
Müstəqil Media Mərkəzinin internet səhifəsi (www.secki-2024.az) Azərbaycan, ingilis və rus dillərində müntəzəm olaraq seçkilərə dair ən son məlumatları təqdim edir. Seçki prosesi ilə bağlı müxtəlif məsələlər barədə səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, habelə açıqlama və bəyanatlar dərhal ictimailəşdirilir, foto və videogörüntülər yayılır.
Xəbər lenti
Hamısına baxDünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40

