Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezident seçkilərində Ekspert qrupunun məqsəd və vəzifələri nələrdir?

Prezident seçkilərində Ekspert qrupunun məqsəd və vəzifələri nələrdir?

18.01.2024 [11:20]

Fevralın 7-də Azərbaycan Respublikasında baş tutacaq prezident seçkiləri ilə əlaqədar qanunvericilik çərçivəsində bütün vətəndaşlara bərabər hüquqlar tanınır. Bu hüquqlardan biri də seçki ilə bağlı şikayət və müraciətlərlə əlaqədardır. Secki-2024.az saytı xəbər verir ki, geniş maarifləndirmə və məlumatlandırma proqramı üzrə nəzərdə tutulan layihələr seçicilər, aşağı seçki komissiyalarının üzvləri və müxtəlif statuslu digər seçki subyektləri kimi Ekspert qrupu üzvlərini də əhatə etməklə həyata keçirilir. 

Ekspert qrupu üzvləri vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsində böyük məsuliyyət daşıyırlar.

Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar Prezident seçkiləri ilə əlaqədar “Ekspert qrupunun üzvləri üçün yaddaş” kitabçası hazırlayıb.

Bu, vətəndaşların seçki hüquqlarının pozulması haqqında müvafiq seçki komissiyasına edilən şikayətlərin ekspertlər tərəfindən araşdırılması müddətlərini, ardıcıllığını, qaydalarını, sübutların qiymətləndirilməsini, habelə rəyin və qərar layihəsinin hazırlanmasını əhatə edir.

Ekspert qrupu, MSK nəzdində 9 nəfərdən, dairə seçki komissiyası nəzdində isə 3 nəfərdən ibarət yaradılan qrupdur. Şikayətlərə baxılmasını tənzimləyən əsas qanunvericilik aktlarına gəlincə, onları aşağıdakı kimi sıralaya bilərik:

- Azərbaycan Konstitusiyası,

- Azərbaycan Seçki Məcəlləsi,

- “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi, müraciətlərə baxılması haqqında Təlimat” (MSK-nın 2008-ci il 12 avqust 11/53-1 saylı Qərarı ilə təsdiqlənib),

- “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin və müraciətlərin verilməsi və onlara baxılması haqqında Təlimat” ((MSK-nın 2008-ci il 12 avqust 11/53-2 saylı Qərarı ilə təsdiqlənib).

Ekspertlər öz vəzifələrini qanunvericiliyin tələblərinə uyğun qaydada yerinə yetirməlidir. Bunun üçün ekspertlər müvafiq sahədəki qanunvericiliyi öyrənməli və onların müddəalarını eyni cür və dürüst tətbiq etməlidir.

Paylaş:
Baxılıb: 167 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31