Zəfər seçkilərinin qalibi İlham Əliyev olacaq
18.01.2024 [19:36]
Zərifə Quliyeva
YAP Veteranlar Şurasının üzvü
Fevralın 7-də keçiriləcək prezident seçkiləri mövcud reallıqların fonunda yeni dövrün tələbi və gələcək inkişafımızın başlanğıcıdır. Zəfər seçkiləri kimi qiymətləndirilən bu seçkilər Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edəcək, tarixin ən qürurverici seçkisi kimi yadda qalacaq. İftixarla qeyd etmək lazımdır ki, qarşıdan gələn prezident seçkilərində Azərbaycan xalqı artıq qalib xalq olaraq iştirak edəcək.
Yeni əsrin yeni Lideri
Müzəffər Ali Baş Komandan İlham Əliyev adını təkcə ölkəmizin zəngin tarixinə deyil, dünya tarixinə qızıl hərflərlə əbədi həkk etdirib. Ona görə də şübhəsiz, yaranmış yeni reallıqlar fonunda qalib xalqın səsvermə hüququ olan hər bir nümayəndəsi Zəfər seçkilərində qalib Liderə səs verərək gələcək tərəqqi və rifahımıza dəyərli töhfə bəxş edəcək, tariximizin ən möhtəşəm Zəfərinə öz münasibətini bildirəcək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təkcə dünənin və bu günün deyil, həm də gələcəyin Lideri olduğunu ifadə edəcəklər. Qalib xalqın hər bir nümayəndəsi inanır ki, Zəfər seçkilərinin qalibi məhz Liderimiz cənab İlham Əliyev olacaq.
Azərbaycan xalqının bu tarixi seçimini şərtləndirən vacib amil, şübhəsiz, ki, yeni əsrin yeni Lideri kimi xarakterizə olunan cənab İlham Əliyevin bütün vəzifələri çox böyük uğurla reallaşdırması, nümayiş etdirdiyi xarizmatik liderlik və yüksək idarəçilik məharəti ilə istisnasız hər kəsin inamını qazanmasıdır.
Xalqımızın 20 il əvvəlki seçimi bugünkü Azərbaycanın, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasına çıxmasını şərtləndirdi. Bəli, bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, onun cənab İlham Əliyev kimi görkəmli dövlət xadimi, qüdrətli, güclü, dünyada böyük nüfuza və hörmətə malik Lideri var. Bu gün xalqımız haqlı olaraq öz tarixinin bu şanlı səhifələri üçün Müzəffər Ali Baş Komandanı İlham Əliyevə minnətdardır.
Tarixi Qələbəmiz bənzərsiz siyasi hadisədir
Ulu Öndərin layiqli varisi, qalib Lider İlham Əliyevin əsrlərə bərabər 20 illik prezidentlik fəaliyyəti nəticəsində ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası çoxəsrlik Azərbaycan tarixinin təkrarı olmayan nadir hadisəsidir. Azərbaycanın işğaldan azad edilmiş Xankəndi şəhərində hərbi paradın keçirilməsi Heydər Əliyev ideyalarının möhtəşəm təntənəsidir.
Xalqımızın Zəfəri ilə başa çatan Vətən savaşının yaratdığı əsas reallıqlardan biri Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin başlanmasıdır. Bu mərhələdə qarşıya qoyulan prioritetlər bəllidir və Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, indi dövlətimizin milli ideyası işğaldan azad olunmuş ərazilərin bərpası, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasıdır.
Yeni zəfərlərə səs verək
Qeyd etdiyimiz kimi, son 20 ildə Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi və iqtisadi siyasətini inkişaf etdirərək Azərbaycanı dünyada güclü ölkələr sırasına yüksəldib. Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ötən 20 ildə Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən, qüdrətli ordu quran, strateji hədəflərinə doğru inamla addımlayan, dünya birliyində layiqli yer tutaraq etibarlı tərəfdaş kimi tanınan, beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqe tutan bir ölkəyə çevrilib. Hər bir azərbaycanlının Prezidenti İlham Əliyevin sosial sahəyə yüksək qayğısı nəticəsində ölkəmizdə vətəndaş rifahının və məmnunluğunun təmini istiqamətində mühüm tarixi nailiyyətlər əldə olunub.
Hazırda Azərbaycan dünya miqyasında müstəqil siyasəti, beynəlxalq nüfuzu, regionda uğurlu fəaliyyəti ilə güclü ölkələr sırasındadır. İndi – yeni mərhələdə ölkəmiz üçün ən mühüm siyasi hadisə fevralın 7-də keçiriləcək prezident seçkiləridir. Heç şübhəsiz, müdrik xalqımız bu dəfə də düzgün seçim edəcək, dövlətimizin parlaq gələcəyinə, inkişafına, ölkəmizdəki əmin-amanlığa, qalibiyyətlər tariximizin davamına, bir sözlə, yeni zəfərlərə səs verəcəkdir!
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

