Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Biz qalib Liderimizə güvənirik!”

“Biz qalib Liderimizə güvənirik!”

22.01.2024 [19:07]

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Nərimanov rayonunda  seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov, təşviqat qrupunun üzvü İlqar Ağamirov və digərləri çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün sahələrdə möhtəşəm nailiyyətlərin qazanılması Azərbaycanın qüdrətini daha da artırıb. Tarixi Zəfər qazanan Azərbaycan artıq dünyada qalib dövlət kimi tanınır.

Seçicilər isə qeyd ediblər ki, xalqımızın alternativsiz Lideri İlham Əliyevə səs verəcəklər. “Biz qalib Liderimizə güvənirik!” ,- deyə vurğulanıb.

Qeyd edək ki, Nərimanov rayon təşviqat qrupunun üzvləri seçicilərlə fərdi görüşlər də keçiriblər.

Paylaş:
Baxılıb: 130 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31