“Mənim vahid namizədim İlham Əliyevdir!”
23.01.2024 [16:03]
“2020-ci ildə baş verən 44 günlük Vətən müharibəmiz və 2023-cü ilin sentyabrında keçirilmiş anti-terror əməliyyatları ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması hər bir azərbaycanlı kimi bizim də həyatımızın ən önəmli və ən sevincli hadisəsinə çevrildi. Bu il ilk dəfə olaraq prezident seçkiləri Azərbaycanın bütün bölgələrində, hər bir guşəsində keçiriləcək. Həm də buna görə 7 fevral seçkiləri bizim üçün çox önəmlidir”.
Bu sözləri musiqişünas, Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudova deyib.
C.Mahmudova qeyd edib ki, istər dövlətimizin dünya arenasındakı qüdrəti, istərsə də ictimai-siyasi, hərbi, iqtisadi, mədəni həyatının daimi inkişafı Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır:
“Buna görə də heç şübhəsiz, mənim namizədim Yeni Azərbaycan Partiyasının lideri İlham Əliyevdir. Cənab İlham Əliyevin Azərbaycan dövlətinin, cəmiyyətinin inkişafı üçün etdikləri göz qabağındadır. Həmçinin, mənə görə İlham Əliyevin bir başqa önəmli cəhəti də onun Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı olmasıdır. Çünki bu, vahid xətdir. Mən onları bir-birindən ayırmıram. Məhz bu davamlı siyasət bizim cəmiyyətimizin inkişafını təmin edən əsas faktorlardan biridir”.
Azərbaycan incəsənətinin, mədəniyyətinin bugünkü inkişafından danışan professor qeyd edib ki, cənab İlham Əliyevin bu sahədə də uğurlu fəaliyyəti danılmaz faktdır: “Bir incəsənət xadimi, bütün ömrü boyu bu sahədə çalışmış insan kimi mənim üçün cənab İlham Əliyevin incəsənətimizə, mədəniyyətimizə, incəsənət xadimlərinə hər zaman göstərdiyi dəyər, qayğı da çox vacibdir. Çünki fikrimcə, ancaq elə bir insan dövlət başçısı ola bilər ki, o, siyasi, hərbi, iqtisadi sahədəki uğurlarla yanaşı, mədəniyyət sahəsinə də diqqət yetirsin. İlham Əliyevin də siyasəti məhz bu cür siyasətdir”.
“Mənim vahid namizədim hər zaman İlham Əliyev olub. Əvvəlki Prezident seçkilərində də onu dəstəkləmişəm, bu dəfə də ona səs verəcəyəm”,-deyə C.Mahmudova əlavə edib.
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

