Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 7 fevral seçkiləri milli dövlətçilik tariximizdə yeni siyasi eranın başlanğıcı olacaq

7 fevral seçkiləri milli dövlətçilik tariximizdə yeni siyasi eranın başlanğıcı olacaq

29.01.2024 [17:14]

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Babaoğlunun yap.org.az-a müsahibəsi

- Hikmət müəllim, cənab İlham Əliyevin 2003-cü ildə andiçmə mərasimində böyük əminliklə verdiyi vədlər günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. 2003-cü ildən başlanan inkişaf yolunun uğurlarına nəzər salmağınızı istərdik...

-Prezident İlham Əliyevin 20 illik rəhbərliyi dövrünə qısaca nəzər salmaq aydın göstərir ki, bu dövr Azərbaycan tarixinin inkişaf, rifah və zəfər dövrüdür. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003–2023-cü illər Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinə möhtəşəm 20 il kimi daxil olub. Bu gün həmin tarixi vərəqlədikcə bir daha Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyev zəkasının, uzaqgörənliyinin, zəngin dövlətçilik təcrübəsinin onun ən layiqli davamçısının müstəqil Azərbaycanın dövlət başçısı kimi fəaliyyətində uğurla davam etdiyini görürük. Prezident İlham Əliyev mövcud şəraitə adekvat yanaşma­ları, düzgün və məqsədyönlü qərarları, eyni zamanda, müasir dünyanın çağırış­larına uyğun addımları ilə xalqın inamını doğrultdu. Dövlətçiliyimizin əsasını təşkil edən ictimai-siyasi sabitliyi qorudu, mil­li birlik və qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətini daha da inkişaf et­dirərək hər bir azərbaycanlının Prezidenti oldu.

Ölkə rəhbəri İlham Əliyev hər bir dövlə­tin, cəmiyyətin həyat qayəsini təşkil edən iqtisadiyyatı müasir strateji dövrdə yeni bir səviyyəyə yüksəltdi. Uğurlu xarici siyasət kursu və sabit diplomatik münasibətlər Prezident İlham Əliyev dövrünün mühüm göstəricilərin­dəndir. Dünya ölkələri və region dövlətləri ilə qarşılıqlı etimada əsaslanan sağlam münasibətlərin qurulması və inkişaf et­dirilməsi ölkə Prezidentinin xarici siyasət kursunun reallığı və böyük uğurudur.

Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət başçısı kimi 20 illik fəaliyyətinin ən böyük zirvəsi 44 günlük Vətən müharibəsində qazanı­lan tarixi Zəfərdir. Ərazi bütövlüyümüzün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir.  Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev adını tarixə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə  yazdırdı. Sentyabrın 19-da rəşadətli Ordumuzun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində torpaqlarımız separatçılardan təmizləndi. Azərbaycanın suverenliyi tam təmin edildi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Prezident İlham Əliyev 30 illik işğal­dan sonra ölkəsinin tarixi torpaqlarını düşmən əsarətindən azad edən, rəhbərlik etdiyi dövlətin tam ərazi bütövlüyünə nail olmağı bacaran liderdir. Azərbaycan Res­publikasının mütləq suverenliyinin təmin edilməsi və üçrəngli möhtəşəm Azərbay­can bayrağının vətənimizin bütün şəhər və rayonlarında dalğalandırılması cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Azərbaycan zabitinin, əsgərinin möhtəşəm tarixi Zəfə­ridir. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar isbatlayır ki, bundan sonra da ölkəmiz cənab İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.

- Olduqca mühüm siyasi-hüquqi hadisə ərəfəsindəyik. Fevralın 7-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Bununla bağlı nə deyə bilərsiniz?

 - 2024-cü ilin fevralın 7-də keçiriləcək prezident seçkilərinin əhəmiyyəti və strateji hədəfləri xüsusi məna daşıyır. Bu, yalnız seçki deyildir, həm də Azərbaycanın uğurlarının, qazandığı zəfərlərin tarixi təsbiti və təsdiqidir.

Ölkəmizin qarşısında dayanan bütün vəzifələr yerinə yetirilib və artıq yeni mərhələ, yeni dövr, yeni missiya başlayır. Bu mənada şübhəsiz ki, fevral ayının 7-də keçiriləcək prezident seçkiləri Azərbaycanın siyasi tarixində olduqca əhəmiyyətli bir hadisə olacaqdır. 7 fevral seçkilərindən sonra biz artıq milli dövlətçilik tariximizin və milli inkişafımızın tamamilə yeni bir erasına qədəm qoyacağıq. Ona görə də tərəddüdsüz deyə bilərik ki, bu seçki müstəqilliyimiz dövründə keçirilən bütün seçkilərdən kəskin şəkildə fərqlənir. Azərbaycan xalqı ilk dəfədir ki, qalib xalq kimi öz suveren ərazisinin hər qarışında konstitusiya ilə ona verilmiş seçmək və seçilmək hüququndan tam istifadə edir. Son 30 ildə ilk dəfə Şuşada, Laçında, Xankəndidə və digər azad olunmuş torpaqlarımızda Azərbaycan Bayrağı altında seçkilər təşkil olunacaq. Doğma yurdlarına qayıtmış sakinlərimiz suveren ölkənin vətəndaşları kimi səs vermək hüququndan istifadə edəcəklər. Həmin ərazidə məntəqələrə gedən seçicilərin sevinci, qüruru bizi də qürurlandıracaq. 

Təbii ki, bu, hər bir seçicinin həyatında tarixi hadisə kimi yadda qalacaq.

Fevralın 7-də keçiriləcək seçkilər ölkəmizdə xalq-hakimiyyət birliyinin möhkəmliyinin, Azərbaycan xalqının mövcud hakimiyyətə, yəni Prezident İlham Əliyevin siyasətinə böyük inam və etimadının daha bir nümayişi olacaq. Bu baxımdan, prezident seçkiləri xalq-hakimiyyət birliyinin davamlılığını sübuta yetirəcək uğurlu addım kimi də dəyərləndirilməlidir. Həmçinin bu seçkiləri dövlət başçısının Azərbaycan xalqı qarşısında 20 illik fəaliyyəti ilə bağlı hesabatı kimi də qiymətləndirmək olar.

- Hikmət müəllim, heç şübhəsiz, Zəfər seçkisi ilə Azərbaycan xalqı ona tarixi Qələbəni bəxş edən, hər zaman xalqına verdiyi sözü tutan cənab İlham Əliyevin rəhbərliyi ilə qələbədən-qələbəyə yürüyəcək...

- Prezident seçkiləri ərəfəsi ölkədə mövcud olan əhval-ruhiyyə çox böyük nikbinlik yaradır. Hər zaman düzgün qərarlar verən Azərbaycan xalqı qalib Komandan və uğurlu dövlət rəhbəri kimi İlham Əliyevlə gələcəkdə daha böyük uğurlara imza atacağına əmindir. Qalib liderin rəhbərliyi altında xalqımız daha uğurlu sabaha doğru addımlayır.

Təsadüfi deyil ki, seçki məsələsi gündəmə gələr-gəlməz ictimai–kütləvi şüur bu seçkini Zəfər seçkisi adlandırdı. Yəni 7 fevral prezident seçkilərinin Zəfər seçkisi adlandırılmasının müəllifi Azərbaycan xalqıdır. Elə bu seçkini Zəfərdən-Zəfər çevirən də, bizə Zəfər bəxş edən Müzəffər Ali Baş Komandanımıza yeni siyasi Zəfər qazandıran da Azərbaycan xalqı olacaq.

Xalqımızın prezident seçkilərində İlham Əliyevin 20 illik səmərəli və çox böyük nəticələrlə şərəfli tariximizə qızıl hərflərlə yazılmış fəaliyyətinə layiqli qiymət verərək Onu növbəti dövr üçün bir daha Azərbaycanın Lideri seçəcəyinə əminəm. Əslində, bu seçimlə biz ölkəmizin fevralın 7-dən etibarən daha fərqli və böyük inkişaf mərhələsinin əsasını qoymuş olacağıq. Beləliklə, ötən il 20 ildə qarşıya qoyulan bütün hədəflərə nail olan qalib Azərbaycan bundan sonra daha da qüdrətlənərək yeni zəfərlərə doğru inamla addımlayacaq, cənab İlham Əliyevin rəhbərliyi ilə qələbədən-qələbəyə yürüyəcəkdir.

Paylaş:
Baxılıb: 154 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29