Ermənistanın “yan mirzələr”i
09.02.2024 [10:40]
Rediküllərin seçkisonrası “fəallığı” və yaxud “daldan atılan daş topuğa dəyər”
Mübariz FEYİZLİ
Seçkilərə hazırlıq dövründə qınına girib gizlənən redikül müxalifət deyilən kəsim 7 fevral seçkilərinin seçicilərin yüksək fəallığı şəraitində baş tutduqdan sonra sanki yenidən zühr edərək fəallıq göstərməyə başlayıb. Ancaq rediküllərin fəallığı xoş məramdan, sağlam məntiqdən və milli maraqlarımızdan çox-çox uzaqlarda dayanır. Belə təəssürat yaranır ki, rediküllər 7 fevral seçkilərinə kölgə salmaq üçün sosial şəbəkə hesablarını, nəzarət etdikləri media resurslarını bir növ poliqona çeviriblər. Sanki onlar seçkiləri qaralamaq, bu məqsədlə ən çox danışmaq və rəngləri daha çox tündləşdirmək naminə yarışa çıxıblar. “Yarış poliqonunda” xüsusən AXCP-nin, qondarma “Milli Şura”nın, “Müsavat” partiyasının, ayrı-ayrı blogerlərin canfəşanlığı daha artıq dərəcədə nəzərə çarpır.
Rediküllərin seçkilərdən sonra nümayiş etdirdikləri canfəşanlıq yada “daldan atılan daş topuğa dəyər” zərb-məsəlini xatırladır. Ölkəmizdə 7 fevral seçkiləri qanunvericiliyə uyğun qaydada elan olunub və bütün seçki mərhələləri keçilib. Rediküllərin sosial şəbəkələrdə “seçkilərə hazırlaşmağa vaxtımız olmadı” kimi absur iddiaları dövriyyəyə buraxmalarının heç bir məntiqi izahı yoxdur. Siyasi fəaliyyət daimi prosesdir. Siyasi partiyalar və təşkilatlar buna gündəlik iş kimi yanaşmalıdırlar. Rediküllərin iddiaları isə yayda mahnı oxuyub qışda aquzə davası döyən cırcıramanın məsəlini yada salır. Sual olunur: Rediküllər nə üçün seçkilərə qatılmaqdan imtina etdilər? Və yaxud onlar hansı səbəblərə görə seçkilərə hazır deyillər? Tragikomik mənzərədir. Bəlkə, ölkə onların seçki hazırlıqlarını nə vaxt tamalayacaqlarını gözləməli idi? Bütün siyasi partiyalar kimi, rediküllərə də şans verilmişdi. Onlar da sivil qaydada namizədlərini müəyyənləşdirib marafona qatıla bilərdilər. AXCP, “Milli şura” və digərləri isə bunu etmək əvəzinə, özlərisayağı baykot taktikasını seçdilər. Bunun səbəbi hər kəsə bəllidir - rediküllərin cəmiyyətdə nüfuzu əsla yoxdur, onlar elektorata malik deyillər. Cəmiyyətimiz də heç bir iş görməyən, sadəcə, çox danışan belələrinə inam bəsləmir. Bunu da hamıdan yaxşı bilən rediküllər vəziyyətdən çıxış yolunu ümumiyyətlə, seçkilərə qatılmamaqda gördülər.
7 fevral seçkilərində müşahidə edilən yüksək seçici fəallığına rəğmən, rediküllər vətəndaş cəmiyyəti təsisatlarının seçkiləri müşahidə etmələrinin qarşısının alınmasından gileylənirlər. Belə iddialar dəlil- sübuta əsaslanmır. Seçkilər günü ən fəal olanlar məhz Azərbaycan vətəndaşları idilər. Onlar həm seçici kimi səs verərək vətəndaşlıq mövqelərini ifadə etdilər, həm də müstəqil və qrup halında müşahidələr apardılar. Rediküllərin yaddaşını təzələmək üçün bəzi faktları xatırlatmaq istərdik. Verilən məlumatlara görə, prosesdə 83 QHT-nin 7000-ə yaxın seçki müşahidəçisi iştirak edib. Ötən Prezident seçkiləri ilə müqayisədə QHT-lərdən olan ümumrespublika müşahidəçilərinin sayı təxminən 4 dəfə artıb. O cümlədən bir sıra QHT-lər koalisiyalarda birləşərək seçkiləri monitorinq ediblər. “Mənim səsim” Seçki Monitorinq Koalisiyası”, “Sivil Toplum Monitorinq Koalisiyası”, “Seçki Müşahidə və Təhlil Qrupu Koaliyası” bu qəbildəndir. Bu 3 koalisiyada birləşən 9 QHT ümumilikdə, 1700-ə yaxın seçki müşahidəçisi ilə prosesə qatılıb. Azərbaycan Milli QHT Forumu, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Azərbaycan Tələbə Gənclər Təşkilatı, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və onlarla digər QHT-lər respublika üzrə seçki müşahidələri aparıblar.
Belə çıxır ki, rediküllər sadəcə odu qoyub külü eşələyirlər. Nəyi harada axtardıqları isə heç özlərinə də bəlli deyil.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

