Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bəhreyn Krallığının vəliəhdi və Baş naziri İlham Əliyevi təbrik edib

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri İlham Əliyevi təbrik edib

13.02.2024 [18:04]

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifədən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və xalqınızın Sizə etimadının bir daha təsdiqi münasibətilə Zati-alinizə səmimi təbriklərimizi və xeyir-duamızı çatdırmaqdan məmnunuq.

Bəhreyn Krallığı ilə Azərbaycan Respublikası arasında bizim də diqqət verdiyimiz və yüksək qiymətləndirdiyimiz ikitərəfli münasibətlərə görə Sizə dərin təşəkkürümüzü ifadə edirik. Ölkələrimizin və xalqlarımızın maraqları naminə bu münasibətləri bütün sahələrdə inkişaf etdirmək istiqamətində Zati-alinizlə işləməyə ümid edirik.

Sizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan xalqının firavanlığı naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm".

Paylaş:
Baxılıb: 541 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31