Dost başa baxar, düşmən ayağa...
22.02.2024 [11:13]
Düzgün ayaqqabı seçimini necə edək?
Yeganə BAYRAMOVA
Gündəlik həyatımızda “Dost başa baxar, düşmən ayağa” atalar məsəli ilə çox rastlaşmışıq. Yəqin ki, atalar bu misalı deyəndə ayaqqabının keyfiyyətli olmasına işarə ediblər. Hətta təcrübəli stilistlər belə ayaqqabıya verilən pula qənaət etməməyi məsləhət görürlər. Çünki ayaqqabı nəinki imicdir, həm də insanın qamətinə və sağlamğlığına müsbət təsir edən əhəmiyyətli bir geyim vasitəsidir.
Çox vaxt ayaqqabı almaq üçün seçim edərkən onun keyfiyyət və rahatlığından daha çox görünüşünə fikir verirlər. Lakin ayaqqabı mütləq ayağa uyğunlaşmalı, uzunluğu və eni mütənasib olmalıdır. Yanlış ayaqqabı seçimi ayaqda deformasiyaya səbəb olmaqla yanaşı, bel və onurğaya da mənfi təsir göstərir.
Avropa Birliyinin 1 nömrəli ayaqqabı istehsalçısı
Artıq uzun illərdir Avropa ölkələri arasında ayaqqabı istehsalına İtaliya liderlik edir. Belə ki, “canavarlar ölkəsi”nin illik ayaqqabı istehsal həcmi 14 milyard avro təşkil edir. İtalyan ayaqqabılarının keyfiyyəti mükəmməlliyin sinonimi hesab olunur və ərazisində mövcud 5 min fabrik İtaliyanı Avropa Birliyinin 1 nömrəli ayaqqabı istehsalçısına çevirir.
ABŞ bazarının nəhəng olması isə, ölkədə keyfiyyətli istehsalçıların mövcudluğunu labüd edib. Çində istehsalçıların çox olması qiymət dəyişkənliyinə fürsət yaradır - hər qiymət seqmentində ayaqqabı tapmaq mümkündür. Bəzi ölkələrdə Çin malları ucuzluq və keyfiyyətsizliyin sinonimi kimi qəbul olunsa da, çox yüksək və bahalı ayaqqabılar istehsal edən Çin brendləri də mövcuddur - hətta onlar Avropa və Amerikada istehsal edilən analoqlarından da bahadır.
Hansı ayaqqabıları geyinək?
Ayaqqabı nə çox hündürdaban, nə də dabansız olmamalıdır. Gündəlik geyim üçün orta dabanlı ayaqqabılara üstünlük verilməlidir. Seçim zamanı ayaqqabıların ortopedik, həm üst, həm alt materialına görə elastik, materialı dəridən nəm çəkə bilən olmasına diqqət yetirmək lazımdır. Ayaqqabı içliyinin, yəni tərliyin pəncə altına uyğun olaraq ortopedik olması məsləhət görülür.
Həkimlər ayaqqabının elastik və yumşaq altlıqlı olmasının da vacibliyini vurğulayırlar. Xanımların dikdaban ayaqqabılardan gündəlik istifadəsi də məsləhət deyil - həmin ayaqqabı bədənin bütün ağırlıq mərkəzini qabağa çəkir. Onurğa, bel, kürək nayihələrindəki əzələlər yüklənir və gərginləşir.
Ölçünü düzgün seçin...
Ayaqqabının ayağa tam uyğun ölçüdə olması vacibdir, çünki həm böyük, həm də kiçik olan ayaqqabılar insan sağlamlığına ciddi zərbə vururlar. Belə ki, ayaqqabının dar olması ciddi travmalar yaradır, ayaqlarda qan dövranının pozulmasına, varikoz damarlarında xəstəliklərin yaranmasına səbəb ola bilir. Bundan əlavə, ayaq barmaqlarının sıxılması əsəb sisteminə təsir edərək, sümüklərin zədələnməsinə və yastıpəncəlik, onurğada əyriliyə gətirib çıxarır və yerişə neqativ təsir göstərir.
Ayaqqabının ölçüsü böyük olduğu zaman da problemlər yaranır. Böyük olan ayaqqabının içərisində ayaq “üzür” deyə bədənin balansı itir və çəkinin doğru bölünməsi pozulur. Bu da öz növbəsində, döyənək yaradır, pəncədə və ayaqlarda ağrılar, insanın tez yorulması ilə nəticələnir, ayaq əzələlərində xəstəliklərin yaranmasına səbəb olur. Balansın itirilməsi yıxılma riskini artırır, onu bərpa etmək cəhdi ayaqqabı sahibində belin əyilməsinə yol açır.
Bu materiallara üstünlük verin...
Ayaqqabının materialı ikinci vacib şərtdir. Təbii dəridən olan ayaqqabılar ən yaxşı seçimdir. Ayaqqabının keyfiyyəti - həm də daxili hissəsinin ortüyünün materialı ilə ölçülür, keyfiyyətli ayaqqabıda içlik quzu dərisinidən olur. Belə ayaqqabılar baha olur, orta qiymətli olanlarda içlik parçadan olur, ucuz ayaqqabıda isə süni materiallarla döşənir. Həqiqi dəri və parça süni materiallardan fərqli olaraq, isti mövsümdə ayağı tərlətmir, çünki hava mübadiləsini təmin edir.
Ayaqqabıları dəridən başqa zamşa, nubuk, parça və süni materiallardan da istehsal edirlər. Suni və yay üçün materiallardan hazırlanmış idman oksfordu bir çox istehsalçı tərəfindən satışa çıxarılır. Onlar istehlakçıya məhsullarını müasir texnologiyaların əsasında yaradaraq, gündəlikdə rahat, yüngül çəkili və dəbli snikerlər təklif edirlər.
PU dərisindən olan ayaqqabılar
Bununla yanaşı sənaye bir yerdə dayanmır, artıq poluretandan (PU leather) keyfiyyətli süni dərilər istehsal olunur. O, xarici görünüşünə görə təbii dəridən fərqlənmir, hətta müəyyən xarakteristikalara malikdir. Məsələn, nəfəs alma, suya qarşı davamlılıq, xarici görünüş və rəngin dəyişməməsi. Əgər heyvanların öldürülməsinə qarşısınızsa, onda PU dərisindən olan ayaqqabı sizin üçün yaradılıb.
Yeni alınan ayaqqabını bu formada geyinin...
Qeyd edək ki, yeni ayaqqabıların əksər hissəsi ilk istifadədə narahatlıq yaradır və dabanda, kiçik yan barmaqlarda ağrı və qabar ola bilər. Bunun olmaması üçün yeni ayaqqabını ilk gün evdə 1 saat ərzində geyinmək, 1 gündən sonra onu 2-3 saatlıq geyinmək, bir neçə gün ara verdikdən sonra 1 günlük geyinib, yenə fasilə vermək lazımdır. Bu müddət ərzində ayaqqabı yumşalıb, ayağın formasını alacaq.
Sağlamlıq hər şeydən üstündür. Ona görə də ayaqqabı alarkən onun yaraşığına yox, hərəkət edərkən ayağa nə qədər rahat olmasına fikir vermək lazımdır. Nəticə olaraq demək olar ki, üz və daxili hissəsi dəri olan ayaqqabılar daha sağlam və rahatdır.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

