Alan Antuan Simoni: Oğlum Fransa polisi tərəfindən terrorçu münasibətə məruz qalıb
25.02.2024 [10:30]
“Nazione” hərəkatı Korsikada yaxın zamanlarda yaradılıb. Yaranmasından iki gün sonra mənim oğlum, hərəkatın fəallarından olan Anto Simoni Fransa polisi tərəfindən çox kobud şəkildə həbs edildi. Onun iki azyaşlı uşağı var və bu hadisə uşaqların gözləri qarşısında baş verib. Oğlum adi bir maliyyəçidir, o, maliyyə məsələləri üzrə ekspertdir və ətrafında, xüsusilə gənclər arasında çox böyük nüfuza sahibdir. Oğluma, eyni zamanda, hərəkat daxilində də ciddi hörmət göstərilir. Elə bu səbəbdən də o, Fransa rəsmiləri tərəfindən bir növ terror münasibəti ilə üzləşib.
Bu barədə AZƏRTAC-a müsahibəsində Korsika “Nazione” hərəkatının koordinasiya bürosunun üzvü Alan Antuan Simoni bildirib.
Oğlunun Fransa polisi tərəfindən saxlanılma anları haqqında danışan Simoni deyib: “Fransa polisi oğlumun evinin qapısını partladaraq açıb. Halbuki o özü qapını açmağa etiraz etməyib. Bunun ardından oğlumu yerə yatıran polis əməkdaşları onun qollarını qandallayaraq başına silah dayayıb və bütün bunlar beş yaşlı nəvəmin gözləri qarşısında baş verib. Uşaq ağlı ilə atasını azad etmək istəyən körpəyə cavab olaraq isə uşaq kənara atılıb və onun bütün oyuncaqları sındırılıb. Hadisə ilə bağlı Korsikada baş verə biləcək etirazlar nəzərə alınaraq oğlum dərhal Parisə aparılıb. Düzdür, bəzi etiraz aksiyaları da oldu. Hadisədən təxminən üç həftə sonra oğlum nəzarətdən buraxıldı. Lakin onun Korsikaya, ailəsinin yanına qayıtmasına qadağa qoyulub. Məntiqlə düşünsək həbsdən buraxılan bir insan haqqında hansısa ittihamın olmadığını və onun səbəbsiz yerə belə münasibətə məruz qaldığını anlamaq elə də çətin deyil.
“Bəli, dünyada bəlkə də milyonlarla insan bu cür hadisələrlə üzləşib, lakin özünü insan haqları ölkəsi bəyan edən Fransada bu cür münasibətin göstərilməsi sadəcə dəhşətverici hadisədir”, -deyə müsahibimiz bildirib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

