Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Antalyada III Diplomatiya Forumu...

Antalyada III Diplomatiya Forumu...

02.03.2024 [10:00]

Böhranlar dövründə diplomatiyanı önə çıxarmaq” mövzusuna həsr olunub

Nardar BAYRAMLI

Martın 1-də Türkiyənin Antalya vilayətində III Diplomatiya Forumu işə başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsində, Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə bu il üçüncüsü keçirilən forumda dünyanın 110 ölkəsindən təxminən 4 600 nümayəndə iştirak edir.

Tədbirin əsas məqsədi yaşadığımız təlatümlü dövrdən sülh yolu ilə çıxış axtarışında ümumi düşüncə zəmini yaratmaq, eləcə də davam edən müharibələr, terrorizm, qeyri-qanuni miqrasiya, ksenofobiya və antiislamizm, süni intellektin gətirdiyi gözlənilməz risklər, iqlim dəyişikliyi, təbii fəlakətlər, pandemiyalar, genişlənən sosial-iqtisadi dalğalanma kimi bir çox mövzularda birgə çıxış yolları axtarmaqdır.

Bu il “Böhranlar dövründə diplomatiyanı önə çıxarmaq” mövzusu ilə baş tutan beynəlxalq tədbirdə iştirak etmək üçün 100-dən çox ölkədən 20-dən artıq dövlət və hökumət başçısı Antalyaya gəlib. Azərbaycan da daxil olmaqla 60-dan artıq ölkə xarici işlər nazirləri səviyyəsində təmsil olunur.

Qlobal böhranlar, terrorla mübarizə, enerji təhlükəsizliyi kimi bir çox mövzuları tədbirin diqqət mərkəzində olacaq. Belə ki, Forumda “Türk dünyasında təşkilatlanma: XXI əsrdə TDT”, “Dəyişən təhlükəsizlik təhdidlərini anlamaq üçün yeni xarici siyasət yanaşmaları”, “Sahil: Təhlükəsizlik risklərindən daimi sabitliyə”, “Qloballaşmış dünyada elmi və texnoloji diplomatiyanın rolu”, “İqlim dəyişikliyi: Gələcək nəsillər bizi nə cür xatırlayacaq”, “Qida təhlükəsizliyi: Artan çağırış”, “Avropa İttifaqınin qlobal dəyişiklikləri formalaşdırmaq qabiliyyəti”, “Sülh və inkişafın təşviqində parlamentarilərin rolu”, “Artan irqçilik, ksenofobiya və islamofobiya” kimi bir çox mövzular əsas müzakirə predmetidir.

Tədbirdə Türkiyənin birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə “Yüksək mövqeli qadın, sülh və təhlükəsizlik” mövzusunda panel iclas keçiriləcək.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iştirak edəcəyi panel iclasda isə “Beynəlxalq ticarət, ünsiyyət və qarşılıqlı asılılıq” mövzusu müzakirə olunacaq.

Cənubi Qafqaz regionu ilə bağlı müzakirələr

Qeyd edək ki, III Antalya Diplomatiya Forumu çərçivəsində  “Cənubi Qafqazda sülh, inkişaf və bu çərçivədə qarşılıqlı əlaqələr” mövzusunda panel iclası keçirilib. İclasda Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində əsas şəxslərdən olan Ruben Rubinyan çıxış ediblər.

İclasda Ermənistan ilə Azərbaycan arasında davam edən sülh danışıqları, bu müstəvidə atılan və atılacaq addımlar, Zəngəzur dəhlizi ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, burada davamlı sülhün təmin edilməsi əsas məqsəddir. Bu, iki ölkə və bölgə ilə yanaşı, Avropa İttifaqı üçün də mühüm məsələdir. Azərbaycan Ermənistan tərəfindən bəzi məsələlərə aydınlıq gətirilməsini, o cümlədən sülh müqaviləsinin bağlanılması və ümumiyyətlə bölgədəki məsələlərlə bağlı Ermənistandan bəzi addımların atılmasını gözləyir. Azərbaycan da öz növbəsində bu addımları atır və atmaqda davam edir. Hazırda Azərbaycan gördüyü işlərlə bölgədə yeni əməkdaşlıq əlaqələrinin artırılması istiqamətində də fəaliyyətini davam etdirir.

Qeyd edilib ki, Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün Türkiyə də öz səylərini göstərməkdədir. Hikmət Hacıyev sülh müqaviləsinin hansısa kənar qüvvələrin təsiri olmadan Bakı ilə İrəvan arasında imzalanmasının və gələcəkdə bu müqavilənin şərtlərinə əməl olunmasının vacibliyini vurğulayıb. Bildirilib ki, Azərbaycan Cənubi Qafqazın transformasiyasını, sülh, təhlükəsizlik və əməkdaşlıq bölgəsi olmasını istəyir.

Ruben Rubinyan Ermənistanın Azərbaycan daxilində hansısa ərazi iddiasının olmadığını, iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıdığını, bunun Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasındakı müzakirələrdə də qeyd olunduğunu deyib.

Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.

Qeyd edək ki, üç gün davam edəcək forumu işıqlandırmaq üçün 350-si xarici olmaqla, ümumilikdə, 750 media təmsilçisi Antalyaya cəlb olunub.

I və II forumlarda nələr müzakirə olunmuşdu?

Xatırladaq ki, ilk dəfə Antalya Diplomatiya Forumu 2021-ci ilin  iyun ayında keçirilib. Forum “Yenilikçi Diplomatiya: Yeni Dövr, Yeni Yanaşmalar” mövzusunda təşkil olunmuşdu. Türkiyə XİN bəyan etmişdi ki, Antalya Diplomatiya Forumu birlikdə düşünmək və hərəkət etmək istiqamətlərini formalaşdırmaq üçün beynəlxalq əhəmiyyətli platformadır.

II Antalya Diplomatiya Forumu isə 2022-ci ilin 11-13 mart tarixlərində baş tutmuşdu. Forumun mövzusu “Diplomatiyanın yenidən qurulması” idi.  Bu forumda o zaman yeni başlanmış Rusiya-Ukrayna müharibəsi müzakirə mövzusu olmuşdu. Tədbir daha çox Türkiyənin təşəbbüsü ilə sözügedən platforma çərçivəsində Rusiya və Ukraynanın XİN başçılarının görüşünün keçirilməsi ilə diqqəti cəlb etmişdi. Beynəlxalq ictimaiyyət Türkiyənin bu vasitəciliyini yüksək qiymətləndirmişdi.

III Forumun isə ötən ilin mart ayında keçirilməsi nəzərdə tutulsa da, fevralda baş vermiş güclü zəlzələ səbəbindən təxirə salındı. Bu səbəbdən tədbir indi keçirilir.  

Qeyd edək ki, Azərbaycan hər üç forumda yüksək səviyyədə təmsil olunub.

Paylaş:
Baxılıb: 390 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

MEDİA

Təbiəti qoruyaq!

19 Aprel 10:51

Gündəm

Dünyaya nümunə

19 Aprel 10:45

Analitik

II raund...

19 Aprel 10:39

Analitik

Sosial

Analitik

Ədəbiyyat

Zəngəzurda doğuldum...

19 Aprel 08:20  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30