İqlim Dəyişikliyi Konfransı
05.03.2024 [11:01]
COP5 harada keçirilib?
Günel ABBASOVA
Birləşmiş Millətlər Təşkilatının beşinci İqlim Dəyişikliyi Konfransı 25 oktyabr - 5 noyabr 1999-cu il tarixləri arasında Almaniyanın Bonn şəhərində keçirilib. Bu görüş sadəcə formal xarakterli müzakirələrdən ibarət oldu və əsas nəticələrə gəlmək mümkün olmadı.
Bill Klinton hələ bu konfrans baş tutmazdan əvvəl BMT Baş Assambleyasında çıxış edərək bildirmişdi ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr qlobal iqlim dəyişikliyini dayandırmaq üçün hərəkətə keçməlidir.
Beynəlxalq iqlim dəyişikliyi danışıqlarının yekunu Almaniyanın Bonn şəhərində İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (FCCC) Tərəfləri və Amerika Birləşmiş Ştatlarının 1997-ci il Kioto Protokolunun tam fəaliyyətini təşkil etmək üçün bir araya gəldiyi zaman başladı.
Konfransda əsas məqsəd Kiotoda başlanmış mühüm işi başa çatdırmaq üçün lazımi irəliləyişə nail olmaq idi. Çünki istər Bonnda, istərsə də digər konfranslarda irəliləyişin əldə edilməməsi iqlimimizi qorumaq üçün mühüm fürsəti əldən vermək demək idi.
Bu səbəbdən ABŞ görüşdən əvvəl ümid edirdi ki, COP5-də keçən ilki konfransda qəbul edilmiş Buenos-Aires Fəaliyyət Planında qeyd olunan işləri tamamlamaq üçün aydın fəaliyyət planı üzərində razılaşdırma olacaq. Bu səbəbdən COP6-ya qədər müzakirələrin sürətini artırmaq üçün çoxsaylı addımlar atıldı. Xüsusilə, Kioto mexanizmləri (yəni emissiyaların ticarəti, ümumi tətbiq və Təmiz İnkişaf Mexanizmi) ilə bağlı danışıqlar mətnini hazırlamaq üçün mandat əldə etməyə çalışdılar.
Bununla yanaşı, Amerika Birləşmiş Ştatları Protokol üçün qənaətcil qaydalar üzərində öz israrını sürdürməyə davam etdi. Çünki ABŞ düşünürdü ki, ölkələr Kiotonun emissiya ticarəti kimi çevik, bazara əsaslanan mexanizmlərindən tam istifadə etməkdə sərbəst olmalıdırlar. Əks halda mexanizmlərdəki kəmiyyət məhdudiyyətləri yalnız istixana qazlarının azaldılmasını hamı üçün bahalaşdıracaq və ətraf mühitə heç bir faydası olmayacaq.
Bu görüş həmçinin inkişaf etməkdə olan əsas ölkələrin Kioto Protokolunda əhəmiyyətli şəkildə iştirakını təmin etməyə yönəlmişdi. Bunun qarşılığında ABŞ inkişaf etməkdə olan ölkələrin öz iqtisadiyyatlarını inkişaf etdirmək və vətəndaşlarının rifahını yaxşılaşdırmaq səylərini tam dəstəklədiyini ifadə edirdi. Və bildirirdi ki, bu məqsədə ötən əsrin israfçı və çirkləndirici təcrübələrini təkrarlamadan nail olmaq olar. Bu mənada Kioto Protokolunun Təmiz İnkişaf Mexanizmi və inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında digər tərəfdaşlıqlar vasitəsilə davamlı inkişaf imkanları yaratmağa sadiqliyinə də inam artırdı . Eləcə də 1998-ci ildə Buenos-Airesdə əldə edilmiş irəliləyiş, o cümlədən Argentina və Qazaxıstanın könüllü emissiya hədəflərini yerinə yetirmək üzrə öhdəlikləri tərəfləri ruhlandırır və Bonnda daha da böyük irəliləyiş əldə ediləcəyinə ümid yaratmışdı.
Bu da onu göstərir ki, tərəflər həm istixana qazlarının tullantılarını azaltmaq üçün güclü daxili tədbirlər vasitəsilə, həm də möhkəm, sərfəli qlobal strategiya üzərində razılığa gəlmək üçün digər ölkələrlə işləmək yolu ilə iqlim dəyişikliyi probleminin öhdəsindən gəlməyə sadiqdir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

