/ / Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilir YENİLƏNİB
Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilir YENİLƏNİB
08.03.2024 [12:53]
Martın 8-də Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, 15 mart - İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin, G20 Dinlərarası Dialoq Forumunun və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə keçirilir.
Konfransın açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciətini oxuyub.
Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, Bakıda artıq ikinci dəfədir keçirilən konfransda beynəlxalq səviyyədə islamofobiyaya qarşı mübarizə kontekstində nələr edə biləcəyimiz müzakirə ediləcək. Yaşadığımız dövrdə ayrı-seçkilik, islamofobiya günümüzün reallığıdır. İnsanlara qarşı diskriminasiya, nifrət nitqi, təcrid olunma kimi problemlər bizim həyatımızı çətinləşdirir.
O deyib ki, hazırda hər kəs dünyada müsəlmanların təcrid edilməsi və onlara qarşı ayrı-seçkiliyin şahidi olur: “Bu hallara xüsusilə Qərb ölkələrində rast gəlinir. Müsəlmanlara qarşı mənfur əməllər davam etdirilir. Biz hamımız sülh şəraitində yaşaya bilərik”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd edib ki, bugünkü dünyada xristianlar da ayrı-seçkiliyin qurbanı olur. Ona görə də bütün dünya bu ayrı-seçkiliyə qarşı mübarizə aparmalıdır. İslamofobiyadan danışarkən gender məsələlərinin də müzakirəsi olduqca vacibdir. İslamofobiyaya qarşı mübarizə aparmaq üçün siyasi və beynəlxalq addımlar atılmalıdır.
Fransada Xurşidbanu Natəvanın abidəsinə qarşı törədilən vandallıq aktından da danışan F.Şəfiyev bildirib: “Azərbaycan həmin abidəni Fransadakı səfirliyinə köçürdü. Bu vandallıq aktı Fransanın ölkəmizə qarşı siyasəti ilə bağlıdır”.
BMTM-in İdarə Heyətinin sədri deyib ki, hazırda qlobal mediada da ayrı-seçkilik müşahidə olunur: “Bizim təşkilatçılıq etdiyimiz tədbirlər Qərbdən idarə olunan media qurumları tərəfindən mütəmadi qaydada tənqid edilir”.
Konfransın açılış mərasimində BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun tədbir iştirakçılarına müraciəti səsləndirilib.
Müraciətdə bildirilib ki, dünyada bir çox müsəlmanın islamofobiyanın qurbanı olmağı böyük təəssüf doğurur. İslamofobiyanın dünyanın müxtəlif ölkələrində yayılması müsəlmanlara qarşı nifrət deyil, fobiyadır.
Müsəlmanlara qarşı nifrətin insan hüquqlarına zidd olduğunu deyən Migel Anxel Moratinos qeyd edib ki, ədalətli, sülh içində bir dünya yaratmaq üçün bütün insanlar qeyri-tolerantlığa qarşı mübarizə aparmalıdır: “Dünyada bütün dinlərin əsasında mərhəmət və qarşılıqlı hörmət dayanır. Bunu qorumaq isə bizim borcumuzdur”.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yusif Əl-Dubeikonfransda çıxış edərək bildirib ki, Birləşmiş Millətlər Təşkilatının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsi islamofobiyaya qarşı mübarizədə mühüm addımdır. Bu mübarizədə bizim üzərimizə böyük məsuliyyət düşür.
O qeyd edib ki, Azərbaycan bu illər ərzində islamofobiyaya qarşı mübarizəyə həsr olunan yüksəksəviyyəli müxtəlif tədbirlər keçirib, nümunəvi addımlar atıb. Bu tədbirin keçirilməsi də Azərbaycanın güclü öhdəliyini əks etdirir. “İslam Əməkdaşlıq Təşkilatı bugünkü konfransın nəticələrini səbirsizliklə gözləyir”, - deyə qonaq əlavə edib.
İƏT Baş katibinin köməkçisi diqqətə çatdırıb ki, dünyada təxribat xarakterli aktların törədilməsi davam edir. İnsanlar dini inanclarına görə hədəfə alınır. “Müsəlmanlara qarşı təzyiqlərin, ayrı-seçkilik hallarının qarşısını almaq üçün müxtəlif tədbirlər görülməlidir. İƏT beynəlxalq təşkilatları, vətəndaş cəmiyyətlərini bu hallara qarşı birləşməyə, səfərbər olmağa çağırır”, - deyə Yusif Əl-Dubei vurğulayıb.
Konfransda çıxış edən G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham deyib ki, islamofobiya ilə var gücümüzlə mübarizə aparıb bu problemi kökündən həll etməliyik. O qeyd edib ki, dünyada İslam dininə qarşı qərəzli münasibətə, mənfi tendensiyalara adekvat cavablar verilməlidir. Ona görə də islamofobiya ilə mübarizənin əhatə dairəsi genişləndirilməlidir.
Açılış mərasimindən sonra beynəlxalq konfrans işini plenar iclasla davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

