Redikül “erməni-fransız klubu”...
15.03.2024 [09:40]
Əli Kərimli niyə Türkiyə-Azərbaycan əlaqələrini hədəfə alır?
Son günlərin dinamik siyasi axarı bəzi məqamları ilə xüsusilə diqqət çəkir. Azərbaycanın regionun inkişafına yönəlik siyasi qətiyyəti təqdir olunur. Xüsusilə, Şərq-Qərb tranziti üzərində Türk dövlətləri ilə yaxınlıqların strateji səviyyəyə çatırılması istiqamətində atılan addımlar, imzalanan ikitərəfli anlaşmalar bu birliyin həm sərhədlərini, həm keyfiyyətini, həm də mahiyyətini yeniləyir. Danılmaz faktdır ki, son illərdə Türk dünyasının konsolidasiyası istiqamətində atılan bütün addımlarda Azərbaycan - Türkiyə qardaşlığı, əməkdaşlığı və strateji tərəfdaşlığı nümunə olaraq götürülüb. Xüsusilə, Mərkəzi Asiya regionunun Türk Dövlətləri Təşkilatı müstəvisində geniş əməkdaşlıq platformasına qoşulması və prosesdə fəal iştirakı Türkiyə ilə Azərbaycan arasındakı birlikdən qaynaqlanır.
Bu fakt isə regionda yeni nizam qaydalarını qəbul edə bilməyən, strateji coğrafiyada yeni Türk Birliyinin formalaşmasından qıcıqlanan mərkəzləri, xüsusilə Qərb dairələrini narahat etməkdədir. Fransanın başçılığı altında regiona qarşı yürüdülən və səlibçi zehniyyətə əsaslanan siyasətin “dəstəkçiləri” qismində isə bir Ermənistan, bir də redikül müxalifət çıxış edir.
Ümumiyyətlə, Fransa dövlətinin redikül müxalifətlə, xüsusilə AXCP ilə əlaqələri sirr deyil. Əli Kərimliyə ən yaxın şəxslərin məhz Fransada yerləşdirilməsi, bu ölkənin AXCP-nin “mühacir biznesi”nə töhfəsi haqda çox yazılıb. İllərdir ki, məhz Fransanın verdiyi direktivlər əsasında AXCP üzvləri Azərbaycanın dövlət maraqlarına qarşı “cəbhə” alıblar. Bu baxımdan, fransız əlaltılarının yenidən fəallaşması diqqət çəkməkdədir.
Xüsusilə, onların sosial şəbəkələrdə son zamanlar Azərbaycan - Türkiyə münasibətlərini hədəfə aldığı müşahidə olunur. Azərbaycan ilə Türkiyə arasındakı geniş əlaqələrin gələcək perspektivdə və yaxın zamanda mühüm güc mərkəzi statusunu qazanacağı reallığı Qərbin yuxusunu “ərşə çəkməklə” yanaşı, yerlərdəki əlaltılarını da “aktivləşdirib”. Məsələn, son günlərdə sosial şəbəkələrdə, xüsus?lə, “facebook” platforması üzərindən Ə.Kərimlinin, F.Qəhrəmanlının, G.Hacıbəylinin Azərbaycan ilə Türkiyə arasındakı qardaşlığa kölgə salmaq cəhdləri açıq şəkildə görünməkdədir. Adını “müxalifət” qoymuş, əslində isə xəyanətkarlıqla məşğul olan bu şəxslər qara piar kampaniyası aparmağa cəhd göstərirlər. Səbəb isə bəllidir - Əli Kərimli, Fuad Qəhrəmanlı, Gültəkin Hacıbəyli kimi antimilli ünsürlərin sosial şəbəkədə “canfəşanlıqla” paylaşdığı “direktivlər” iki dövlətin qurduğu yeni siyasi nizamı qəbul etməyən ölkələrdə hazırlanır. Paralel olaraq Aİ-nin Ermənistana “himayədarlığını” təqdir edən belələri öz satqın mövqelərini açıq şəkildə ortaya qoyurlar.
Paylaşımlarında Avropanın qərəzli dairələrinin Azərbaycana qarşı ədalətsiz yanaşmasını təqdir etməklə, Ermənistana “həsəd apardıqlarını” bəyan etməklə özünü ələ verən belələri hansı mənbələrdən “qidalandıqlarını” ortaya qoyurlar. Ə.Kərimlinin və yandaşlarının Fransanın kölgəsində erməni dili ilə apardığı təbliğat isə birmənalı şəkildə iflasa məhkumdur. Bu kimi yalanlar əks təsir göstərir - xainlərin bu “narahatlıqları” iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirir. Azərbaycan ilə Türkiyə arasında əlaqələr daha spesifik mənzərə alır. Hərbi əməkdaşlıq daha da inkişaf etdirilir. TDT müstəvisində aparılan fəaliyyət isə daha da dinamizm qazanır. Eyni zamanda, Türkiyə Ermənistanla sərhədlərinin açılması ilə bağlı şərtlərini bir daha bəyan etməklə həm də bu xainlərə cavab verir: bəllidir ki, cəmisi bir neçə gün öncə Türkiyədə baş tutmuş Antaliya Diplomatiya Forumunda Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin tənzimlənməsinin Azərbaycanla birbaşa bağlı olması ən ali səviyyədə səsləndirildi. Bu fakt AXCP adı altında fəaliyyət göstərən “fransız klubu”nun yalanını növbəti dəfə ortaya çıxaran ən real faktdır.
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30

