Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan Ordusunun hərbi qulluqçuları Pakistanda keçiriləcək paradda iştirak edəcəklər

Azərbaycan Ordusunun hərbi qulluqçuları Pakistanda keçiriləcək paradda iştirak edəcəklər

20.03.2024 [16:16]

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti martın 23-də Pakistanda keçiriləcək hərbi paradda iştirak etmək məqsədilə bu ölkədə səfərdədir. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti paytaxt İslamabadın rəmzi sayılan Pakistan Abidəsi önündə konsert proqramı ilə çıxış ediblər.

Pakistan Günü münasibətilə keçiriləcək hərbi paradda ölkəmizlə yanaşı, müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Paylaş:
Baxılıb: 574 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31