Aİ-nin 14-cü sanksiya paketində nələr var?
25.06.2024 [10:44]
Borrell Gürcüstan üçün Avropaya qapıları bağlaya biləcəyini iddia edir
N.BAYRAMLI
Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirlərinin son toplantısında Ukraynada davam edən müharibə, Rusiyaya qarşı sanksiyalar, Gürcüstanın Aİ-yə inteqrasiyası və digər məsələlər müzakirə mövzusu olub. Məlumdur ki, Rusiya-Ukrayna müharibəsində Avropa İttifaqı rəsmi Kiyevi dəstəkləyir. Aİ-nin sanksiyalarının məqsədi Rusiyanı zəiflətmək, Ukraynanın isə müqavimət gücünü artırmaqdır.
Rusiya-Ukrayna müharibəsi bəzən sanksiyalar müharibəsi kimi də səciyyələndirilir. Xatırladaq ki, indiyədək Aİ mərhələlərlə Rusiyaya qarşı 13 sanksiya paketi tətbiq etmişdi. Bu sanksiyaların əhatə dairəsi kifayət qədər genişdir. Qadağalar ilk növbədə Rusiyanın iqtisadi gücünü zəiflətməklə bu ölkənin gündəlik müharibə xərclərini qarşılamaq imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır. O cümlədən indiyədək Rusiyaya ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, ikili və dəbdəbəli mallar, qızılla bağlı geniş məhdudiyyətlər tətbiq edilib. Bugünlərdə isə artıq Aİ tərəfindən 14-cü sanksiyalar paketi qəbul olunub. Rusiya Federasiyasının 116 fiziki və hüquqi şəxsi məhdudiyyətlərə məruz qalıb. Brüssel Rusiya ilə yanaşı, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyənin 61 kompaniyasını 14-cü sanksiya paketinə daxil edib, onlara ikili təyinatlı texnologiyaların ixracına məhdudiyyətlər qoyulub. Yəni səbəb həmin ölkələrin şirkətlərinin Rusiya ilə əməkdaşlığıdır.
Avropa İttifaqı Rusiyadan maye qaz almağa davam etsə də, onun təkrar ixracını qadağan edib. Eyni zamanda üçüncü ölkələrə hərbi məhsul satan Avropa şirkətləri onların Rusiyaya təkrar ixracı ilə bağlı riskləri müəyyənləşdirməli və qiymətləndirməlidir. Yeni sanksiyalar paketinə, həmçinin Rusiya maye qazının Avropa limanlarından tranzitinə məhdudiyyətlər, rusların Ukraynadan çıxardığı mədəni və tarixi sərvətlərin satışına qadağalar, bu ölkəyə helium idxalının, həmçinin elektron komponentlərin, manqan və digər nadir elementlərin ixracının məhdudlaşdırılması daxildir. Yeni sanksiyalar paketində Avropa İttifaqının aviakompaniyalarına rusiyalı fiziki və hüquqi şəxslərin sifarişi ilə çarter və şəxsi uçuşlar həyata keçirmək də qadağan olunub.
Avropa İttifaqı Rusiya Mərkəzi Bankının SWIFT sistemini əvəz etmək üçün hazırladığı Maliyyə Mesajlaşma Sisteminə (SPFS) də sanksiyalar tətbiq edib. Bu sanksiyaya əsasən, Rusiyadan kənarda fəaliyyət göstərən Aİ təşkilatlarının SPFS və ya oxşar maliyyə mesajlaşma xidmətlərinə qoşulması qadağan ediləcək. Bundan əlavə, Aİ operatorlarına Rusiyadan kənarda SPFS-dən istifadə edən bir sıra təşkilatlarla əməliyyatlar aparmağa icazə verilməyəcək. Aİ hüdudlarından kənarda maliyyə institutları və kriptovalyuta tədarükçüləri ilə əməliyyatlar, əgər bu şirkətlər Rusiyanın hərbi-sənaye kompleksi ilə bağlı hər hansı əməliyyatlarda iştirak edirsə, bu da qadağan olunacaq. Hələ ötən həftənin sonunda “Bloomberg” SPFS-ə qarşı sanksiyaların mümkünlüyü barədə yazmışdı. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirmişdi ki, 14-cü sanksiyalar paketi “xaricdəki kölgə bank şəbəkəsinə” qarşı yönəldiləcək.
Qeyd edək ki, Aİ 14-cü sanksiyaların qəbulundan dərhal sonra 15-ci sanksiyalar paketi üzərində işə başlamağı qərara alıb.
Avropa İttifaqı-Gürcüstan münasibətlərinə gəlincə, tərəflər arasında problem rəsmi Tbilisinin “Xarici təsirin şəffaflığı haqqında” qanunu gündəmə gətirməsindən sonra başlayıb. Qərbin, o cümlədən Aİ-nin təzyiqlərinə rəğmən Gürcüstanda sözügedən qanun qəbul olundu. Hətta mövcud gərginliklər fonunda may ayında Gürcüstana Avropa İttifaqına üzv olan dörd ölkənin xarici işlər nazirlərinin səfəri və onların müxalifətin etiraz aksiyasında iştirak etməsi də Gürcüstan hökumətinin mövqeyini dəyişdirə bilmədi. Belə ki, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis, Estoniyanın xarici işlər naziri Marqus Canka, İslandiyanın XİN başçısı Thordis Gilfadotri və Latviyanın xarici işlər naziri Baiba Braze mayın 15-də Tbilisiyə səfər edərək açıq-aşkar gürcü müxalifətinə dəstək nümayiş etdirmişdilər.
Yeri gəlmişkən, XİN başçılarının Brüssel toplantısında Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell deyib ki, Avropa İttifaqı Gürcüstan hakimiyyətinin indiki siyasi kursunu davam etdirəcəyi təqdirdə bu ölkəyə “qapını bağlayacaq”. O qeyd edib ki, belə davam edəcəyi təqdirdə Gürcüstana göstərilən maliyyə dəstəyi də azaldılacaq. Lakin Gürcüstan hökuməti sözügedən qanunu qəbul etməklə ölkəyə daxil olan çirkli pulların, qeyri-şəffaf qrantların qarşısını almaq, bu sahədə nizam-intizam yaratmaq istədiyini bəyan edib. Bu da Qərbin, o cümlədən Aİ-nin “maraqlarına” cavab vermir. Ona görə də, Brüssel rəsmi Tbilisiyə təzyiq göstərməkdə davam edir.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58

