Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Yaxın qonşu, dost və strateji tərəfdaş...

Yaxın qonşu, dost və strateji tərəfdaş...

28.06.2024 [10:45]

Azərbaycan-Gürcüstan münasibətləri uğurla inkişaf edir

Nardar BAYRAMLI

İyunun 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfər edib. Səfər çərçivəsində Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili və digər yüksək səviyyəli rəsmilərlə görüş keçirib.

Ceyhun Bayramovun gürcü həmkarı İliya Darçiaşvili ilə görüşü zamanı Azərbaycan ilə Gürcüstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin siyasi, təhlükəsizlik, müdafiə, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiyalar, mədəni-humanitar və digər aspektləri, gündəlikdə duran aktual məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub. Ölkələrimiz arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin, diplomatik nümayəndəlik və konsulluqların fəaliyyətinin, siyasi məsləhətləşmələr mexanizminin strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb. Ceyhun Bayramov bu rəsmi səfərinin də Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığa əlavə təkan verəcəyinə ümidvarlığını ifadə edib.

Regional layihələr ümumi maraqlarımıza xidmət edir

Görüşdə iki ölkə arasında iqtisadiyyat, investisiyalar, ticarət, energetika, kommunikasiyalar sahələrində sıx əməkdaşlığın təqdirəlayiq olduğu, mövcud əməkdaşlıq nəticəsində Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars kimi nəhəng regional layihələrin də uğurla həyata keçirildiyi vurğulanıb. Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının tam şəkildə istifadəsinin əhəmiyyəti qeyd edilib. İqtisadi inteqrasiya səylərinin gücləndirilməsi, habelə birgə layhələrin icrasının sürətləndirilməsi baxımından Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Regional və qlobal təhlükəsizlik təhdidləri ilə mübarizədə milli səylərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin, xüsusilə kritik enerji instrastrukturu layihələrinin mühafizəsində əməkdaşlığın vacibliyi qeyd olunub. Eləcə də, müxtəlif çoxtərəfli platformalar, o cümlədən BMT, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM və digər çərçivələrdə qarşılıqlı dəstək və həmrəylik səylərinin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Humanitar tərəfdaşlıq gündəliyinin əsas istiqamətləri, xüsusilə təhsil, mədəniyyət, idman sahələrində birgə əməkdaşlığın gücləndirilməsinin ölkələrimiz arasında yüksək səviyyəli dialoqa töhfə verəcəyinə dair əminlik ifadə olunub.

Ceyhun Bayramov Azərbaycanın COP29 sədrliyi barədə ətraflı məlumat verərək, COP29-un, həmçinin Gürcüstanla bu sahədə əməkdaşlığımızın gücləndirilməsi üçün əlavə imkanlar yaratdığını qeyd edib. Bununla yanaşı, “Qara Dəniz Yaşıl Kabel”inin reallaşdırılması istiqamətində səylər ətraflı müzakirə olunub.

Postmünaqişə dövründə regional sülh və quruculuq səyləri, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə əsas təhdid və maneələrdən bəhs edən nazir ölkəmizin sülh gündəliyinin təşəbbüskarı kimi bölgəmizdə təhlükəsizlik və əmin-amanlığın bərqərar edilməsi istiqamətində səylərini irəlilətmək əzmində olduğunu vurğulayıb. Sülh sazişinin mətni üzrə əhəmiyyətli irəliləyiş əldə edilməsinə baxmayaraq, Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddiaların sülh prosesi çərçivəsində əsas maneə olduğu diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İlya Darçiaşvili: Gürcüstan Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması üçün əlindən gələni edəcək

Daha sonra nazirlər görüşün nəticələri ilə bağlı mətbuat konfransında bəyanatlarla çıxış ediblər. Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili bildirib ki, hər iki ölkə bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir: “Azərbaycan bizim üçün yalnız yaxşı qonşu və dost ölkə deyil, eyni zamanda, çox yaxşı strateji tərəfdaşdır”. O qeyd edib ki, hər iki ölkə enerji, nəqliyyat, logistika və digər sahələrdə səmərəli əməkdaşlıq edir. Regional sülhün əldə olunması məsələsinə toxuna nazir deyib ki, Gürcüstan Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması üçün əlindən gələni edəcək: “Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi iqtisadi layihələr təkcə bizim üçün deyil, Avropa üçün də mühüm əhəmiyyət kəsb”.

Ceyhun Bayramov isə deyib ki, Azərbaycan ilə Gürcüstan arasındakı ikitərəfli münasibətlərin inkişafında dövlət və hökumət başçıları mühüm rol oynayır: “Bizim aramızda üçtərəfli - Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq platforması da mövcuddur. Bir sıra mühüm qərarlar qəbul edilib və bəzi mövzularda razılıq əldə olunub. Ölkələrimiz arasında həyata keçirilən layihələr nəqliyyat, enerji təhlükəsizliyi baxımından çox vacibdir”. Ölkələrimiz arasında iqtisadi əlaqələrin də yüksək səviyyədə olduğunu diqqətə çatdıran nazir əlavə edib: “Ticarət dövriyyəsi keçən il 900 milyon dollar olub ki, bu da 2022-ci illə müqayisədə 12 faizdən çoxdur. Azərbaycanın neft və qaz məhsulları Gürcüstan ərazisindən keçən boru kəmərləri vasitəsilə dünya bazarlarına çatdırılır. Bu layihələr regionumuzun inkişafına böyük töhfə verir. “Yaşıl enerji” dəhlizi layihəsi də əsrin əhəmiyyətli layihələrindən sayıla bilər”.

Ceyhun Bayramov: Yaxın gələcəkdə növbəti müsbət addımların şahidi

olacağıq

Regiondakı vəziyyətə gəlincə Ceyhun Bayramov qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni ilə bağlı kifayət qədər əhəmiyyətli proqres var. Açıq qalan məsələlərin sayı əhəmiyyətli dərəcədə azalıb. O, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qaldığını xatırladıb: “Ermənistanın əsas qanununda Azərbaycana qarşı ərazi iddiaları qalır. Bu, bizim tərəfimizdən prosesin başa çatdırılmasında ən ciddi əngəl kimi görünür”. Nazir əlavə edib ki, bu, Ermənistanın özü üçün də çox xoşagəlməz hal kimi qəbul edilməlidir: “Bu istiqamətdə müvafiq addımların atılmasını gözləyirik”.

Ceyhun Bayramov Ermənistanla sərhədlərin delimitasiya sahəsində işlər davam etdiyini də deyib: “Yaxın gələcəkdə növbəti müsbət addımların şahidi olacağıq”. Onun sözlərinə görə, son aylarda Ermənistan-Azərbaycan münasibətlərin normallaşması istiqamətində müsbət inkişaf müşahidə edilir.

Paylaş:
Baxılıb: 221 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Makronun yalanı...

20 İyul 10:50

Xarici siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31