Ana səhifə »  Analitik »  Akademik Zərifə Əliyeva çoxillik səmərəli fəaliyyəti, fundamental axtarışları ilə Azərbaycan tibb elminə çox mühüm yeniliklər gətirib
A+   Yenilə  A-
Akademik Zərifə Əliyeva çoxillik səmərəli fəaliyyəti, fundamental axtarışları ilə Azərbaycan tibb elminə çox mühüm yeniliklər gətirib

Elə insanlar var ki, onların həyatı mayaka bənzəyir. Başqaları da belə insanlara oxşamağa çalışır, onları özləri üçün nümunə sayırlar. Dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva bu qəbildən olan insanlar sırasında yer alır. Biz onun timsalında Azərbaycan qadınlarının ümumiləşmiş obrazını görürük. Zərifə xanım Əliyevanın portret cizgiləri, mənalı həyatı və fəaliyyəti qadınlarımızın zərifliyini və fədakarlığını təcəssüm etdirir.
Zəngin və mənalı ömür yolu keçən Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb.
Akademik Zərifə Əliyeva Azərbaycanda peşə oftalmologiyasının əsasını qoyub
Zərifə xanım Əliyeva əqidə adamı idi və heç vaxt çətinliklərin üstünə getməkdən çəkinmirdi. Xarakterindəki prinsipiallıq, həmçinin insanlara qarşı böyük sevgi hissi bəsləməsi onun peşə seçimində özünü göstərdi. O, həyatını çətin, ancaq hər kəsə gərək olan tibb sahəsi ilə bağlamağa qərar verdi. Zərifə xanım Əliyeva sonradan bu sahədə çoxillik səmərəli fəaliyyəti, fundamental axtarışları ilə Azərbaycan tibb elminə çox mühüm yeniliklər gətirdi.
Həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. O zaman bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə nəinki oftalmologiya elmi üçün, hətta bütünlükdə respublika üçün mühüm məsələyə çevrilmişdi. Göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini məhz traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib.
Zərifə Əliyevanın traxoma xəstəliyi ilə bağlı apardığı elmi axtarışlar və səmərəli praktiki fəaliyyəti bütün respublika miqyasında böyük maraqla izlənilirdi. Gənc alim tezliklə Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi seçildi. O, paralel şəkildə qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri apardı. 1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Əliyeva Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. Apardığı tədqiqatların nəticələri olaraq Zərifə xanım Əliyeva 1960-cı ildə namizədlik dissertasiyasını uğurla müdafiə edib. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verib. Ötən əsrin altımışıncı illərinin sonlarından etibarən Zərifə Əliyeva fəal həkimlik fəaliyyəti ilə məşğul olurdu.
Zərifə xanım Əliyeva 1968-ci ildən başlayaraq peşə oftalmologiyasının problemləri ilə ciddi məşğul olub. Təsadüfi deyil ki, onun elmi uğurları sırasında peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinə həsr olunmuş tədqiqatları xüsusi yer tutur. Diqqətəlayiqdir ki, Ulu Öndər Heydər Əliyev respublikamızın tərəqqisi naminə Azərbaycanda sənayeni yeni inkişaf mərhələsinə yüksəltdiyi bir vaxtda Zərifə xanım Əliyeva təzə tikilmiş zavod və fabriklərdə işləyən sadə əməkçilərin qayğısına qalır, onların peşə xəstəlikləri probleminin həlli uğrunda çalışırdı. Zərifə xanım peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərini dünyada ilk araşdıran alimlərdən olmuş, əslində, elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoymuşdur. Dünyada bu sahədə ilk elmi tədqiqat laboratoriyasını da məhz o, yaratmışdır. Zərifə xanım, həmçinin apardığı tədqiqatların gedişində “Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti” və s. kimi onlarla elmi məqalə və monoqrafiya çap etdirib. Zərifə xanım Əliyevanın tədqiqatlarının mühüm bir istiqaməti yod-sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərlə bağlı idi.
Elmi tədqiqatların nəticəsi olaraq Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirməyə nail oldu. “Xroniki yod intoksikasiyasında oftalmologiya” mövzusunda yazdığı növbəti monoqrafiya 1981-ci ildə işıq üzü gördü. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir və bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Zərifə xanım xəstəliyin diaqnostikasının yeni istiqamətdə inkişafını ilk dəfə tədqiq edən alimlərdəndir və bu mövzuya bir sıra elmi məqalələr həsr edib. Zərifə xanım Əliyevanın zəngin pedaqoji, elmi və əməli təcrübəsi “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasında (professor N.B.Şulpina və L.F.Moşetova ilə birlikdə) öz əksini tapıb.
Peşə oftalmologiyası Zərifə xanımın ilklərə imza atdığı yeganə elmi istiqamət deyil. O, həm də alternativ təbabət sahəsi olan iridodiaqnostikanı bir elm kimi araşdıran ilk alimlərdən idi. Zərifə xanım “İridodiaqnostikanın əsasları” kimi fundamental elmi əsərin müəlliflərindən biri idi. Həmin dövrdə kitabın nəşri də elə Zərifə xanımın səyi nəticəsində mümkün olmuşdu.
Gözəl müəllim, bacarıqlı təşkilatçı kimi tanınan Zərifə xanım Əliyeva davamçılarının çox olmasını arzulayırdı
Zərifə xanım Əliyevanın həyatında pedaqoji fəaliyyət də mühüm yer tutur. O, heç bir halda özünü sırf elmi axtarışlara qapanan bir alim kimi təsəvvür etmirdi. Zərifə xanım özü gecə-gündüz öyrəndiyi kimi, həm də bildiklərini başqalarına öyrətmək istəyirdi.
1967-ci ildə Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunub. Bu institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin - Zərifə xanımın atasının adını daşıyırdı. 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi alan alim bir qədər sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur. Zərifə xanım Əliyeva elmi axtarışları ilə yanaşı, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə geniş pedaqoji iş aparırdı. Ümumiyyətlə, Zərifə xanım davamçılarının çox olmasını arzulayırdı. Gözəl müəllim olan Zərifə xanım illərlə əldə etdiyi bilikləri həvəslə həkimlərə çatdırmağa böyük səy göstərirdi. Onun rəhbərliyi ilə bir çox doktorluq və namizədlik dissertasiyaları müdafiə edilmişdir.
Zərifə xanımı fərqləndirən cəhətlərdən biri də bu idi ki, o, cəmiyyətdə daim fəal mövqe tutmağa çalışır və ictimai işlərə qoşulurdu. Səmərəli ictimai fəaliyyət üçün xüsusi istedad tələb olunur. Tanrı bu müdrik xanıma belə bir istedadı da bəxş etmişdi. Dövrünün ictimai həyatında yaxından iştirak edən akademik, Əməkdar elm xadimi Zərifə Əliyeva keçmiş SSRİ-nin Oftamoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, SSRİ və Azərbaycan Sülhü Müdafiə Komitəsinin rəhbər orqanlarının, respublika “Bilik” cəmiyyəti İdarə Heyətinin və “Novosti oftalmologii” jurnalının redaksiya heyətinin üzvü kimi ən müxtəlif, məsuliyyətli vəzifələri böyük bacarıq və ləyaqətlə yerinə yetirirdi. 1977-ci ildə professor Zərifə xanım Əliyevanın təklifi ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilib.
Tibb elminə gətirdiyi yeniliklər Zərifə xanım Əliyevaya hələ sağlığında bütün dünyada böyük şöhrət qazandırmışdı
Zərifə xanım Əliyevanın tədqiqatları, elmi axtarışları Azərbaycanda bir yenilik idi. Sonralar böyük xidmətlərinə, çoxillik elmi tədqiqat işlərinə görə professor Zərifə Əliyeva Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdi.
Bununla belə, Zərifə xanım Əliyevanın elmi yaradıcılığının və praktiki fəaliyyətinin nəticəsi olaraq tibb elminə gətirdiyi yeniliklər hələ onun sağlığında respublikamızın sərhədlərini aşmışdı və Azərbaycan aliminə beynəlxalq səviyyədə böyük şöhrət qazandırmışdı. Belə bir faktı qeyd etmək yerinə düşər ki, Zərifə xanım Əliyeva “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində, H. Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. Onun dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.
O dövrdə ümumittifaq mükafatları müttəfiq respublikalardan olan alimlərə tək-tək hallarda verilirdi. Amma peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə Zərifə xanım Əliyeva SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatına - SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdü. Professor Z.Əliyeva həm də həmin mükafatla təltif edilən ilk qadın alim idi. Bütün bunlar onun elmi araşdırmalarının beynəlxalq səviyyədə də yüksək qiymətləndirilməsinə bariz sübutdur.
Ulu Öndər Heydər Əliyev kimi unikal şəxsiyyətin ömür-gün yoldaşı olmaq Zərifə xanım üçün həm xoşbəxtlik, həm də böyük məsuliyyət idi
Həkim kimi peşə fəaliyyətində, alim kimi elmi axtarışlarında böyük uğurlar qazanan Zərifə xanım Əliyeva barəsində söhbət açarkən onun xalqımızın tarixdən gələn ailə ənənələrinə sadiqliyini də xüsusi qeyd etmək lazımdır. O, peşəsini sevdiyi kimi, ailəsinə, uşaqlarına, ömür-gün yoldaşına da bütün varlığı ilə bağlı idi.
Yeri gəlmişkən, ayrıca bir məqamı da xüsusi vurğulamaq istərdik. Dünya şöhrətli alim Zərifə Əliyeva sıradan bir ailənin xanımı deyildi. O, Azərbaycan xalqının Ümummilli Lideri, respublikamızın o dövrdəki rəhbəri və sonralar keçmiş SSRİ-nin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinədək yüksələn Heydər Əliyevin həyat yoldaşı idi. Onunla unikal şəxsiyyət olan Heydər Əliyevin ulduzunun barışması saf sevgi əsasında baş tutmuşdu. Ulu Öndərin Özü aradan illər ötəndən sonra da Zərifə xanıma olan sonsuz məhəbbətini böyük sevinclə dilə gətirirdi. Heydər Əliyev kimi yüksək vəzifələrdə çalışan şəxsiyyətin ömür-gün yoldaşı olmaq Zərifə xanım üçün yalnız xoşbəxtlik deyildi, həm də böyük məsuliyyət idi. O dövrün gərgin, ziddiyyətlərlə dolu ictimai-siyasi ab-havasını göz önündə canlandırsaq, onun çiyinlərinə necə ağır yük düşdüyünü təsəvvür edə bilərik. Ancaq burada da Zərifə xanımın təmkini, ağılı, ömür-gün yoldaşına böyük sevgisi, ana olmağın məsuliyyətini bütün miqyası ilə dərk etməsi onun ailəsində gözəl ab-havanın yaranmasını şərtləndirirdi. Məhz buna görə də onun ailəsinə xoşbəxtlik hakim kəsilmişdi.
Təbii ki, Zərifə Əliyeva və onun ömür-gün yoldaşı Heydər Əliyev bütün valideynlər kimi, öz övladları üçün ən yaxşı olanları arzulayırdılar və həm də bunun üçün gecə-gündüz böyük səy göstərirdilər. Onların bu zəhməti hədər getməyib. İki unikal şəxsiyyətin - Zərifə Əliyeva ilə Heydər Əliyevin ailəsində böyüyüb boya-başa çatan cənab İlham Əliyev 17 ildən artıqdır ki, müstəqil Azərbaycana rəhbərlik edir. O, ötən dövrdə Özünü bacarıqlı, nəyi necə, nə zaman etməyi yaxşı bilən, xalqını sevən və xalqının böyük etimadını qazanan bir Lider kimi təsdiqləyib. Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyur. Onun rəhbərliyi ilə Azərbaycan möhtəşəm uğurlara imza ataraq dünyanın sayılıb-seçilən ölkəsi səviyyəsinə yüksəlib. Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş tapşırıqlarını uğurla yerinə yetirərək şanlı qələbə qazandı və ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Bu qələbə xalqımızın tarixində əbədi qalacaq.
Övladının yüksək məqama çatması, Vətən, xalq üçün faydalı işlər görməsi hər bir valideynin arzusudur. Bu mənada deyə bilərik ki, Azərbaycan üçün milli ruhlu, müasir düşüncəli Lider yetişdirən Ulu Öndər Heydər Əliyev və Zərifə xanım Əliyeva xoşbəxt valideynlər olublar.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

 
  • Oxunub:  3360  |  
  • Tarix:  29-04-2021  |  
  •    Çap et   |  
Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsidir

16 İyun 21:10
Azərbaycan və Türkiyə gənclərinin Zəfər Forumu keçirilib
16 İyun 20:50
Prezident Ərdoğan: Ermənistan Azərbaycanla problemlərini həll etdikcə Türkiyə olaraq biz də lazımi addımları atacağıq
16 İyun 20:47
Şuşa Bəyannaməsinin imzalandığı zaman və məkan tarixi əhəmiyyət kəsb edir
16 İyun 20:24
Rəcəb Tayyib Ərdoğan: Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizi bölgəmizə rahatlıq və zənginlik gətirəcək
16 İyun 20:18
Deputat: Müttəfiqlik Bəyannaməsinin məhz Şuşada imzalanması Türkiyənin Qarabağ məsələsində mövqeyini bir daha göstərdi
16 İyun 20:08
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxış edib
16 İyun 19:11
Şəhidlərin xatirəsinə ehtiram
16 İyun 19:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
16 İyun 18:45
Sevinc Fətəliyeva: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığını bütün dünyaya nümayiş etdirən mesajdır
16 İyun 18:32
Deputat: Şuşa Bəyannaməsi iki qardaş dövlətin münasibətlərinin yeni mərhələsinin başlanğıcıdır
16 İyun 17:55
Malik Həsənov: Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoydu

16 İyun 17:54
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi birgə məlumat yayıb

16 İyun 17:51
Azərbaycan Prezidenti: Biz Vətən müharibəsi zamanı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən nümayiş etdirilən qətiyyətli mövqeyi yüksək qiymətləndiririk
16 İyun 17:49
Hikmət Hacıyev: Azərbaycanın beynəlxalq təhlükəsizliyin təmin olunmasında NATO-nun rolunu alqışlayır
16 İyun 17:46
ADA Universiteti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Natiqlik müsabiqəsi keçirilib
16 İyun 17:45
Prezident Ərdoğan: Qarabağda yaşanan çətin dövrdə kimlərin qazandığı, kimlərin itirdiyi çox yaxşı bilinir
16 İyun 17:44
Prezident İlham Əliyev: Azərbaycan koronavirusla əlaqədar 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib
16 İyun 17:43
Azərbaycanda koronavirus infeksiyasına 27 yeni yoluxma faktı qeydə alınıb
16 İyun 17:42
Rəcəb Tayyib Ərdoğan: Türkiyə bütün imkanları ilə Azərbaycanın yanındadır və yanında olacaq
16 İyun 17:31
ADA Universitetində "Azərbaycanın Avro-Atlantik məkanın Sülh və Təhlükəsizliyə töhfəsi" mövzusunda konfrans keçirilir
16 İyun 17:26
Türkiyə Prezidenti: Qarabağın azad edilməsi Azərbaycanın son otuz ilinin ən önəmli hadisəsidir
16 İyun 17:22
Bərpaolunan enerji hərraclarında İsrail şirkətlərinin iştirakı müzakirə edilib
16 İyun 17:20
Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkı yaradılır
16 İyun 17:14
Operativ Qərargah: İyunun 21-dən daha bir sıra ölkələrin vətəndaşlarının Azərbaycana səfər etməsinə icazə veriləcək
16 İyun 17:09
Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək klublarımızın rəqibləri müəyyənləşib
16 İyun 17:06
Azərbaycan ombudsmanı Özbəkistanda İqtisadi Əməkdaşlıq Təşkilatının təşkil etdiyi tədbirdə çıxış edib
16 İyun 17:04
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Şuşa Bəyannaməsinin imzalanması ilə əlaqədar bəyanat yayıblar
16 İyun 16:34
UEFA-nın prezidenti Aleksander Çeferin Türkiyə-Uels oyununu izləmək üçün Bakıya gəlib
16 İyun 16:32
"Qarabağ" komandasının UEFA Konfrans Liqasındakı rəqibi bəlli olub
16 İyun 16:08
AFFA və Türkiyə Futbol Federasiyasının prezidentlərinin görüşü olub
16 İyun 16:00
Azərbaycanla BMT əməkdaşlığın genişləndirilməsi imkanları ilə bağlı müzakirələr aparıb
16 İyun 15:46
ADA Universitetində keçirilən silsilə seminarlara ikinci qrup media nümayəndələri qoşulublar
16 İyun 15:32
Prezident İlham Əliyevin İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında videoformatda çıxışı təqdim olunub
16 İyun 15:06
Azərbaycan-Türkiyə Media Platforması çərçivəsində informasiya, ictimai diplomatiya sahələrində əməkdaşlıq daha da gücləndiriləcək
16 İyun 15:01
Adil Əliyev: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunun əyani təcəssümüdür
16 İyun 14:53
Paytaxt polisi Türkiyə - Uels oyunu ilə əlaqədar sürücülərə müraciət edib
16 İyun 14:46
Şuşa Bəyannaməsi Azərbaycan və türk diasporlarının birlikdə addımlar atmasını və həmrəylik göstərməsini təşviq edir
16 İyun 14:39
Azərbaycan ərazisində terror-təxribat cinayətləri törədən erməni silahlı dəstələrinin üzvlərinin məhkəməsi keçirilir
16 İyun 14:34
Kənd təsərrüfatı naziri İnam Kərimov FAO-nun 42-ci sessiyasında çıxış edib
16 İyun 14:12
Deputat: Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaradacaq
16 İyun 14:09
Cəlil Xəlilov: Şuşa Bəyannaməsi türk dünyasının tarixi zəfəri, onun birlik və inkişafını təmin edən həmrəyliyin rəmzidir
16 İyun 14:05
Bu gün Cenevrədə ABŞ və Rusiya prezidentləri arasında ilk görüş keçiriləcək
16 İyun 14:03
"Füzuli" yarımstansiyası şəhərlə yanaşı, 10 kəndi də elektriklə təmin edəcək
16 İyun 13:17
Elçin Quliyev: Şuşa Bəyannaməsi özündə mühüm məsələləri ehtiva edir
16 İyun 13:08
Tahir Rzayev: Azərbaycan - Türkiyə müttəfiqliyi xalqlarımızı xoşbəxt gələcəyə aparır
16 İyun 13:06
Şahin İsmayılov: Ölkəmiz qlobal proseslərə kifayət qədər böyük töhvələr verir
16 İyun 12:58
Şuşa Bəyannaməsi Azərbaycan iqtisadiyyatına yeni imkanlar açır
16 İyun 12:36
Anar Məmmədov: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan birliyinin əbədi olduğunu bir daha dünyaya nümayiş etdirdi
16 İyun 12:06
Anadolu agentliyi Türkiyə Prezidentinin Şuşa səfəri ilə bağlı məlumatları oxucularına müxtəlif dillərdə çatdırıb
16 İyun 12:03
Leyla Abdullayeva: Ermənistan XİN-nə üçtərəfli Birgə bəyanatların icrasına yönəlik addımlar atmalarını tövsiyə edirik
16 İyun 12:02
Yevlaxda keçirilən velosiped yarışında 30 komanda iştirak edib
16 İyun 11:35
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi
16 İyun 11:30
Əliabbas Salahzadə: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə birliyinin regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına töhfələrini özündə ehtiva edir
16 İyun 11:05
Azərbaycan əhalisinin sayı 10 milyon 133 min 78 nəfərə çatıb
16 İyun 10:57
15 İYUN- MİLLİ QURTULUŞDAN HƏRBİ ZƏFƏRƏ GEDƏN YOLUN BAŞLANĞICI
16 İyun 10:55
Prezident İlham Əliyev: Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir
16 İyun 10:43
Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi sahəsində əlaqələrimiz bundan sonra daha fərqli şəkildə inkişaf edəcək
16 İyun 10:41
Prezident İlham Əliyev: Şuşa Bəyannaməsində Zəngəzur dəhlizi ilə bağlı çox açıq ifadələr əksini tapıb
16 İyun 10:39
Yerli media nümayəndələrinin işğaldan azad olunan Füzuli rayonuna səfəri başlayıb
16 İyun 10:32
Türkiyə Prezidenti: Qədim Şuşa şəhərində ən qısa müddətdə baş konsulluq açmağı planlaşdırırıq
16 İyun 10:27
Rəcəb Tayyib Ərdoğan: Şuşadan bölgəmizə və dünyaya verəcəyimiz mesajlar çox önəmlidir
16 İyun 10:22
Rəcəb Tayyib Ərdoğan: Qırx dörd günlük müharibə nəticəsində Qarabağ öz sahiblərinə qayıtdı
16 İyun 10:20
Azərbaycan Prezidenti: Şuşada müttəfiqlik Bəyannaməsini imzalayarkən gələcək nəsillərə yol göstəririk
16 İyun 10:11
İsrailli ekspert Arye Qut: Ermənistan dünya birliyini cinayətkarcasına aldatmaqda davam edir
16 İyun 10:04
Prezident İlham Əliyev: Müttəfiqlik haqqında Şuşa bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini ən yüksək zirvəyə qaldırır
16 İyun 09:21
“Avro-2020”: Bu gün Türkiyə millisi Bakıda Uels yığması ilə üz-üzə gələcək
16 İyun 08:50
Deputat: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunu bir daha dünyaya bəyan etdi
16 İyun 08:48
Hikmət Babaoğlu: Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” fəlsəfəsinin hüquqi müstəviyə köçürülməsi hadisəsi idi
15 İyun 22:02
Şuşa Bəyannaməsinin imzalanması, Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata bəyanatları qardaş ölkə KİV-lərinin diqqət mərkəzində olub
15 İyun 20:44
Professor Fırat Purtaş: Bu gün imzalanan Şuşa Bəyannaməsi Böyük Zəfərin davamıdır

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA