Ağ Evin qara buludu üzü Şərqə yol alır
17.11.2021 [10:25]
Baydenin “demokratiya sammiti”, yoxsa ikinci “demokratiya yürüşü”?
Dekabrın 9-10-da ABŞ-da keçirilməsi nəzərdə tutulan “demokratiya sammiti” yenidən diqqət mərkəzindədir. Siyasi kuluarlarda ABŞ prezidentinin təşkil edəcəyi “sammit” birmənalı qarşılanmır. Bunu, hətta “hüquq və azadlıqların müdafiəsi” məsələsinin yenidən ABŞ xarici siyasətində prioritetə çevrilməsi kimi də qiymətləndirirlər. Xatırlasaq, seçki kampaniyası dövründə Bayden belə bir vədlə çıxış etmişdi. İndiki halda isə dünyada “hüquq və azadlıqların aşınmasının qarşısını almaq üçün” 100-dən çox ölkənin iştirakı ilə keçiriləcək “demokratiya sammiti” bu vədin icrasına başlamaq sayılır.
Bayden administrasiyasının rəsmiləri bu tədbiri “demokratiya haqqında daha uzun söhbətin başlanğıcı” hesab edirlər. 2022-ci il üçün nəzərdə tutulan sammitin ikinci mərhələsi isə builki müzakirələrin hesabatı olacaq. Necə deyərlər, məhz burada bütün “kartlar” açılır. Yeni “demokratiya yolu” və ya yürüşü hazırlanırmı?
ABŞ “demokrat”larının demonkratiyası - aldanmış “kəvakib”
Bir az haşiyəyə çıxaq. ABŞ-ın “demokratiya” devizi altındakı demarşının tarixi hələ 90-cı illərin əvvəllərinə uzanır. “Dünyada sülhün və təhlükəsizliyin təmini” şüarı ilə başlanan bu “hərəkat” birinci mərhələdə İraqda fiaskoya uğrasa da, sonradan daha təkmil və silahsız formata transfer olundu. Bir sıra maliyyə institutlarının fəal iştirakı ilə başlanan yeni hərəkat böyük planın ilkin addımına çevrildi. Nəticə isə göz önündədir. “Respublikaçı” ata Buşdan başlanan yol “demokrat” Klintona ötürüldü. Məhz həmin dövrdə Qərbin Şərqə doğru “genişlənmə” planları tam şəkildə ortaya çıxdı. İkinci mərhələdə “Respublikaçı” oğul Buş məhz atasının, “demokrat” Obama isə partiyadaşı Klintonun yolunu davam etdirməli oldu. Ştrixlər tam bəlli idi.
Məhz Barak Obamanın prezident seçilməsindən dərhal sonra “Ərəb baharı” “start götürdü”. 2010-cu ilin 18 dekabrında Tunisdə Məhəmməd Buəzizin özünü yandırması ilə başlanan proses ölkənin ikinci prezidenti Zeynalabdin ben Əlinin və baş nazir Məhəmməd Qanuşinin ölkəni tərk etməsi ilə nəticələndi. Bundan ruhlanan “demokratiya missionerləri” nə az, nə çox, düz 19 ərəb ölkəsində analoji dövlət çevrilişlərinə cəhd göstərdilər. Xalqın hakimiyyətlə vahid orqanizmə çevrildiyi dövlətlərdə çevriliş planları reallaşmadısa, Liviya, Misir və başqa ölkələrdə bu qaçılmaz oldu. Nəticə isə göz önündədir. Ötən 10 ildən artıq müddət ərzində həmin ölkələrə vəd edilən “qızıl məcməyidəki demokratiya” nəinki gəlmədi, hətta onlarda bu günə qədər xaos və anarxiyadan qurtulmaq mümkün belə deyil. Vaxtilə ölkəsinin sərvətlərindən yararlanan əhali bu gün həmin sərvətlərdən tam xəbərsizdir. Başı yalnız sağ qalmaq üçün gizlənməyə qarışan xalqa vəd edilən “demokartiya”nın yolu isə çox uzun oldu. Hətta bu ölkələrin əhalisinin mühüm bir hissəsi mühacir biznesinin, daha doğrusu qul və orqan mafiyasının qurbanına çevrildi. Bəs harada qaldı vəd edilən demokratiya? Rəngli inqilabların ssenaristləri bu sualı cavablandırmağa hələ də tələsmirlər...
Baydenin yeni planları - Yaxın Şərqdən Uzaq Şərqə...
Bu qısa tarixi ekskursu zəruri edən mühüm bir cəhəti yaddan çıxarmamışıq: 2010-cu ildə Yaxın Şərqə demokratiya vədi verərək xaosdan başqa heç nə gətirməyən ABŞ hakimiyyətinin ikinci şəxsi, konkret vitse-prezidenti, indiki dövlət başçısı Bayden idi...
İndiyə qədər yazdıqlarımızın nəticəsi məhz bu fikirdə yekunlaşır və haqlı bir sual meydana çıxır: Baydenin ikinci “demokratiya yürüşü” nəyə, hara, necə istiqamətlənib?
Kiçik bir xatırlatma: Bayden bu ilin fevralında bildirmişdi ki, ABŞ Çin və Rusiyanın başçılıq etdiyi avtoritar qüvvələrə qarşı çıxmaq üçün qlobal liderliyə qayıdır. Demək ki, yeni “yürüşün” ilk səbəbi ortaya çıxır. Hətta builki sammitə dəvət edilən ölkələrin sırasına nəzər yetirdikdə daha aydın mənzərə ilə qarşılaşırıq: Politico-nun verdiyi xəbər və məlumatlı mənbə tərəfindən təsdiqlənən dəvətlilərin ilkin siyahısı göstərir ki, sammitdə həm “yetkin demokratiyalar” (Fransa və İsveç kimi), həm də ABŞ-ın Asiyadakı bəzi müttəfiqləri, xüsusilə Yaponiya və Cənubi Koreya iştirak edəcək. Bəlkə də Cənubi Koreyadan və ya Yaponiyadan daha çox “demokratiya dərsi”nə ehtiyacı olan Tayland kimi dövlətlərin buraya dəvət olunmaması da dediklərimizin təsdiqidir. ABŞ “demokratiya dərsi” pərdəsi altında öz yeni koalisiyasını formalaşdırır.
Yaxın Şərqin “dəvətliləri” sırasında isə Misir və Türkiyə kimi ABŞ-ın mühüm müttəfiqləri yer almayıb. Türkiyənin bu gün nəinki regionda, daha böyük bir coğrafiyada güc mərkəzinə çevrilməsi ABŞ-ın planlarına maneədir. Bir nüans xüsusi qeyd edilməlidir ki, Türkiyənin regional güc mərkəzi kimi təhlükəsizlik məsələlərində aktiv rol alması bəlkə də uzun zamandır Qərbin yeni “demokratiya yürüşü”nün qarşısını alır. Çünki əsrlər boyu Türk dünyası Şərqi səlib yürüşlərindən necə xilas etmişdisə, bu gün də eyni missiyanı həyata keçirir.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44

