Fransa senatı: Frankafrika artıq yoxdur
11.08.2023 [11:17]
Xəbər verdiyimiz kimi, Nigerdə vəziyyət gərgin olaraq qalır. Vəziyyəti gərginləşdirən əsas amil isə məhz Fransanın bu ölkənin daxili işlərinə kobudcasına müdaxilə etməsidir. Bu günlərdə Nigerin yeni hökuməti Fransa hərbçilərinin Milli Qvardiyaya hücum etdiyini və ölkənin hava məkanını pozduğunu bildirib. Hökumət Fransa silahlı qüvvələrini ölkənin bazar günündən etibarən bağlanmış hava məkanını pozmaqda ittiham edib. Niger tərəfi Fransanı terrorçu məhbusları birtərəfli qaydada azad etməkdə də günahlandırır.
Fransa hakimiyyəti isə həmişə olduğu kimi məsuliyyəti öz boynundan atmağa çalışır. Rəsmi Paris Nigerin hava məkanını pozması ilə bağlı ittihamları qəti şəkildə inkar edib. Yeni Niger hökumətinin bəyanatına Parisin məlum reaksiyasını Fransa hökumətindəki mənbələrə istinadən “Agence France-Presse” dərgisi yayıb. Paris Nigerin hava məkanını pozmadığını, hər hansı terrorçunu azadlığa buraxmadığını iddia etsə də, bu cavab nigerliləri razı salmayıb. Xalq küçələrə axışaraq fransız ordusunun ölkədən çıxarılmasını tələb edib.
Niger hökumətindən verilən məlumata görə, Fransa ordusu ölkədə qanunsuz gizli əməliyyat keçirib və iyun ayında Niger ordusu tərəfindən həbs olunmuş 16 terrorçunu azad eləyib.
Bu arada ölkədə Fransaya qarşı çıxışlar davam edir. Antifransa hərəkatı nəticəsində üç mindən çox fransız əsgəri Niger xalqı tərəfindən rüsvayçı şəkildə ölkədən qovulub. Qovulan hərbçilərin qonşu Çada qaçdığı bildirilir. Nigerlilər aksiyalarda quldur fransız ordusu ilə bağlı Çad xalqına müraciət ediblər. “O sarıbənizləri harada görsəniz özünüzü qoruyun, onlar sizin ölkəyə quldurluğa, adam öldürməyə gəlirlər!” kimi şüarlar səsləndiriblər.
Senat təşviş içində
Fransanın Afrikadan biabırçı şəkildə qovulduğu bir vaxtda ölkə senatı prezident Emmanuel Makrona təcili müraciət ünvanlayıb. Senatorlar Rocer Karutçi, Bruno Retalleau və Kristian Kambonun müxtəlif siyasi qrupları təmsil edən 94 deputatın imzası ilə Makrona açıq müraciətində Fransanın Afrikadakı məğlubiyyətindən ciddi narahatlıq ifadə olunub.
Fransanın “Le Figaro” qəzetinin şərhinə görə, senatorların məktubdakı yekdil fikri bundan ibarətdir ki, ümumilikdə Afrika ölkələrinin hamısı Parisin qitədəki varlığına açıq və ya gizli şəkildə etiraz edir. Onlar qara qitədə yayılan antifransa tendensiyasını ölkələrinin imperialist maraqları ilə deyil, Makron rejiminin qitədəki uğursuz siyasəti ilə əlaqələndirirlər. Senatorların müraciətində Fransanın Afrikada Rusiyaya, Çinə və ABŞ-a uduzması faktı da etiraf olunur. Müraciətdə deyilir: “Artıq bir neçə ildir biz öz hökumətimizə Fransanın Afrikadakı yeri və rolu ilə bağlı suallar veririk. Bəzi nazirlərimiz kimi “Frankafrika nostaljisi” ilə yaşamaq yalnız və yalnız bu məsələdə uğursuzluqlarımızı ört-basdır eləməyə xidmət göstərən axmaqlıqdır”.
Senatorlar Afrikada vəziyyətin son dərəcə mürəkkəbləşdiyi, bunun Fransa üçün yaxşı nəticə verməyəcəyi ilə bağlı narahatlıqlarını bildiriblər:
“Dünən Mali, bu gün Niger, Mərkəzi Afrika Respublikası və Burkino-Faso bütövlükdə Fransanı, fransız ordusunu, fransız şirkətlərini kütləvi şəkildə boykot edir. Bizim uğursuz “Barhan” əməliyyatımızdan sonra qitədə “Vaqner” hərbi şirkəti meydana çıxıb. Bu da öz əhalisini keçmiş “müstəmləkəçi gücə”, yəni Fransaya qarşı hazırlamaqla hakimiyyəti ələ keçirən liderlər üçün əlverişlidir. Məlumunuz olsun ki, Afrikada Saharadan cənubda bu hərəkat getdikcə güclənir, hətta Kot-d’İvuar və Seneqal kimi zahirən bizə yaxın görünən yerlərdə də Fransa əleyhinə aksiyalar keçirilir”.
Bunlarla yanaşı, senat üzvləri Əlcəzair və Mərakeşdə də Fransa əleyhinə güclü hərəkat yarandığını, getdikcə bu ölkələrə nüfuz etmək imkanlarının olmayacağını da vurğulayıblar: “Fransanın Sahara probleminin həllini gecikdirməsi - baxmayaraq ki, İspaniya və Almaniya Mərakeşin suverenliyini tanıyıb - bizim əleyhimizə işləyən amillərdəndir. Əlcəzairlə aramızdakı problemləri də bu sıraya əlavə etmək olar. Tunisdə isə prezident Kays Səid növbə ilə gah ABŞ-a, gah Avropa İttifaqına, gah da ərəb dünyasına üz tutur. Fransa tərəfə isə baxmaq belə istəmir.
Biz Savorgnan de Brazza (ekvatorial Afrikada keçmiş Fransa müstəmləkəsi - red.) üçün nostalji keçirmirik, biz “Fransanın Qərbi Afrikası” və ya “Fransanın Ekvator Afrikası” haqqında da xəyal qurmuruq, anlayırıq ki, “Fokkart erası” (Jak Fokkart, Fransa siyasi xadimi, Parisin Afrika siyasətinin kuratoru - red.) başa çatıb.
Lakin biz hazırda Fransa siyasətinin Afrikadakı gedişatını başa düşmürük. Söhbət həm təhlükəsizlik məsələsindən, həm birgə inkişaf konsepsiyasından, həm də mədəni və linqvistik əməkdaşlıqdan gedir. Dünənki Fransa Afrikasını indi hərbi Rusiya Afrikası, iqtisadi Çin Afrikası və diplomatik Amerika Afrikası əvəz edir. Qitədə ingilis dilinin fransız dili ilə müqayisədə öz arealını genişləndirməsinə təəssüflənməkdən başqa nə edə bilərik?
Cənab prezident! Senatın Xarici İşlər və Müdafiə Komitəsi, eləcə də bütün senat üzvləri ötən ilin yazında Fransanın Afrika siyasəti ilə bağlı müzakirələr zamanı bu sualla sizə müraciət etmişdi. Afrikaya baxışımızı və onun Parislə münasibətlərini yenidən nəzərdən keçirməyin vaxtı deyilmi? Axı siz bunu etmək niyyətinizi dəfələrlə bildirmisiniz...
Afrikanın artıq Fransanı anlamadığını, onun mövcudluğuna getdikcə daha çox meydan oxuduğunu nəzərə alsaq, deyə bilərik ki, artıq vaxt yetişib. Biz isə ümumiyyətlə regiondan tədricən yoxa çıxmağımızla barışa bilmərik”.
Nazirdən absurd açıqlama
Müraciətin mətnindən də göründüyü kimi, fransalı senatorlar ümumilikdə Parisin Afrika siyasətinin, xüsusən də “Barhan” əməliyyatının iflasa uğradığını bəyan ediblər. Lakin Fransanın müdafiə naziri Sebastien Lekornu onların sözlərinə etirazla qarşılayıb. Nazir israrla əməliyyatın uğursuz olmadığını, sadəcə, bu əməliyyatdan dərs aldıqlarını bildirib.
O, jurnalistlərə açıqlamasında belə deyib: “Mən “Barhan” əməliyyatının uğursuz olduğunu deməyə yol verə bilmərəm. Biz Saheldəki terrorçu qruplara qarşı müqavimət göstərməkdən, orada minlərlə insanın həyatını xilas etməkdən və fransız torpaqlarına hücum təhlükəsini önləməkdən əl çəkə bilmərik”.
Müdafiə nazirinin bu açıqlaması bir daha göstərir ki, Fransa hakimiyyəti Afrikadan üzüsulu getməyə tələsmir.
Senatın narahatlığı daha çox Parisin qitədə ABŞ, Çin və Rusiya faktoru ilə üz-üzə gəlməsindən doğsa da, Makron hökuməti inadkarlıqla, eynilə senatorların da vurğuladığı kimi, “axmaqcasına” dirəşməkdə davam edir.
Fransa cavab verməlidir
Əlbəttə, senatorların Fransanın isti qitəni istismar etməsinə etiraz elədiyini düşünmək sadəlöhvlük olardı.
İtaliya mediası isə yazır ki, ümumiyyətlə, Avropa ikiüzlülüyü ucbatından Afrikada Rusiya və Çinə uduzacaq. Çünki Qərb qitə ölkələrinə sərt tələblər qoyur, onlara öz dəyərlərini sırıyır. Moskva isə belə səhvə yol vermir ki, bu, onların əsas kartıdır.
İtaliyanın “La Stampa” qəzeti yazır ki, Nigerdəki dövlət çevrilişi ümumən Afrikanın Sahel bölgəsində baş verən silsilə hadisələrin nəticəsidir. Bu hadisələrin leytmotivini xalqın üsyanı, fransızpərəst prezidentin devrilməsi və antifransa düşüncəli hərbçilərin hakimiyyəti ələ keçirməsi təşkil edir. Qəzet bütövlükdə Qərbin Afrikadakı siyasətini tənqid atəşinə tutub.
Beləliklə, son olaylar Fransanın riyakar müstəmləkəçi xislətini dünyaya bir daha göstərməkdədir. Bu ölkənin Afrikadakı mövcudluğunun qitəyə yalnız bədbəxtlik və çaxnaşma gətirməsi faktdır. Nigerdəki dövlət çevrilişini özünə təhdid bilən Makron rejimi nəyin bahasına olursa olsun, Afrikada fransameyilli hökumətləri bərqərar etmək niyyəti güdür. Bu isə Afrika xalqlarının iradəsini qırmaq hesabına başa gələ bilər. Afrikalıları hələ də öz təbəəsi kimi görən bir dövlət üçün, görünür, insan haqları, azadlıq, müstəqillik kimi dəyərlər quru sözdən başqa bir şey deyil. Fransa isti qitədə törətdiyi təxribatlara görə beynəlxalq səviyyədə qınanmalı və üzv olduğu beynəlxalq təşkilatların nizamnaməsindən irəli gələn şərtləri pozduğuna görə layiqli cəzasını almalıdır.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxElm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28

