Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Ukraynanın NATO qarşısında öhdəlikləri    

Ukraynanın NATO qarşısında öhdəlikləri    

01.12.2023 [11:00]

Alyans hesab edir ki, nə vaxtsa Ukrayna tamhüquqlu üzvü kimi masa arxasında əyləşəcək  

NATO-nun Brüsseldə keçirilən XİN başçılarının toplantısında Rusiya-Ukrayna qarşıdurması, Ukraynanın NATO-ya üzvlük yolunda yerinə yetirməli olduğu öhdəliklər, Yaxın Şərq böhranı kimi məsələlər müzakirə olunub. Ukrayna məsələsi toplantının əsas mövzusuna çevrilib. Belə ki, toplantı çərçivəsində  Ukrayna-NATO Şurasının iclası keçirilib. Bu, xarici işlər nazirləri səviyyəsində ilk belə görüşdür. Görüşdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə müttəfiqlər Kiyevin üzvlük üçün həyata keçirməli olduğu islahatlarla bağlı tövsiyələri müzakirə ediblər.

NATO Ukraynanı qətiyyətlə dəstəkləyir?

Qeyd edək ki, Ukrayna-NATO Şurasının ilk iclası bu ilin yayında Vilnüsdə keçirilən sammit zamanı baş tutub. Sonra Ukrayna-NATO Komissiyasını əvəz edən və Kiyevə daha geniş imkanlar verən format yaradılıb. Bu əməkdaşlıq formatı Ukrayna ilə Alyans arasında münasibətlərin statusunu yüksəldib və ona görüşlər keçirməyə təşəbbüs göstərməyə imkan verib, həmçinin yeni əməkdaşlıq sahələrinə qapılar açıb.

Brüsseldə keçirilən iclası NATO-nun Baş katibi Yens Stoltenberq açaraq bildirib ki, alyans Ukraynanı qətiyyətlə dəstəkləyir. O əmindir ki, Ukrayna bir gün alyansın tamhüquqlu üzvü kimi masa arxasında əyləşəcək. Sonra görüş qapalı davam edib. İclasda Ukraynanın NATO-ya üzvlüyü üçün həyata keçirməli olduğu islahatlarla bağlı tövsiyələr  razılaşdırılıb. Toplantıdan bir gün əvvəl isə Kiyev Ukraynanın NATO-ya daxil olması ilə bağlı islahat planı layihəsini təsdiqləyib və onu iclasda təqdim edib.

Alyansa üzv olmaq üçün şərtlər

NATO-nun Baş katibi Yens Stoltenberq də deyib ki, üzv ölkələrin xarici işlər nazirləri noyabrın 29-da Brüsseldə keçirilən görüşdə Ukraynaya Alyansa daxil olmaq üçün ilkin islahatlar üzrə tövsiyələr təqdim ediblər: “Biz NATO-da üzvlüyü müzakirə etdik və Ukraynada olacaq ilkin islahatlar üzrə tövsiyələrimizi verdik. Buraya korrupsiyaya qarşı mübarizə və insanların hüquqlarının dəstəklənməsi də aiddir. Ukrayna hazırda NATO-ya həmişə olduğundan daha yaxındır. Biz onun azadlıq uğrunda mübarizəsini və NATO-ya yolunu bundan sonra da dəstəkləyəcəyik”. Baş katib qanunvericiliyə müəyyən dəyişikliklərin qəbul edildiyini vurğulayıb. Təhlükəsizlik sahəsində də dəyişikliklər baş verir və Ukrayna kəşfiyyat üzrə öz strukturlarını müasirləşdirir. “Korrupsiyaya və terrorizmə qarşı mübarizədən danışsaq, bu, Ukrayna üçün mühümdür. Axı bu, təkcə Rusiyaya qarşı mübarizə aparmağa deyil, həmçinin daha güclü dövlətə çevrilmək imkanı verir. Həm də NATO-ya daha yaxın olmağa kömək edir”, - deyə o diqqətə çatdırıb.

“F-16” qırıcıları Kiyevə kömək etməyəcək

Stoltenberqin sözlərinə görə, görüşün mövzularından biri  NATO-ya üzv dövlətlərin adıçəkilən məsələlər üzrə Ukrayna ilə necə əməkdaşlıq edə bilmələri idi: “Alyansa üzv olmaq üzərində bundan sonra işləmək üçün biz Ukrayna-NATO Şurasından necə istifadə edə bilərik. Biz Ukrayna cəmiyyətinin müasirləşdirilməsi məsələləri barədə bundan sonra da danışmaq üçün iş proqramını müzakirə etdik. Qanunların bir hissəsi icra olunub, addımların bir hissəsi atılıb. Biz korrupsiya ilə mübarizədə müəyyən irəliləyişlər görürük və bu, davamı olacaq bir prosesdir”.

Baş katib “F-16” qırıcılarının Kiyevə göndərilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, Ukraynaya “F-16” qırıcılarının tədarükünün vaxtı hələ bəlli deyil və bu pilotların hazırlıq müddətindən asılıdır: “Ukraynaya F-16 qırıcılarının tədarükü Rusiya ordusunun itkilərini artıracaq, lakin o, döyüş meydanında vəziyyəti fundamental dəyişə bilən “gümüş güllə” deyil”.

Qeyd edək ki, toplantı çərçivəsində NATO və Ukrayna 2024-cü il üçün əməkdaşlıq proqramı imzalayıb. Bu barədə Ukrayna-NATO Şurası xarici işlər nazirlərinin iclasının bəyanatında qeyd olunub. Bəyanata əsasən, həmin proqrama Ukrayna Silahlı Qüvvələrinin hazırlığı və ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi də daxildir. “NATO və Ukrayna artıq birgə işləyir və bərabərhüquqlu şəkildə geniş spektrli məsələlər, enerji təhlükəsizliyi, innovasiyalar, kibermüdafiə üzrə qərarlar qəbul edirlər”, - deyə bəyanatın mətnində qeyd olunub.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 266 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31