/ / Azərbaycan idmanının strateji uğuru: Prezident İlham Əliyevin güləşçilərlə görüşü fonunda milli güc və beynəlxalq nüfuzun təcəssümü
Azərbaycan idmanının strateji uğuru: Prezident İlham Əliyevin güləşçilərlə görüşü fonunda milli güc və beynəlxalq nüfuzun təcəssümü
01.05.2026 [20:39]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa çempionatında komanda hesabında qızıl medal qazanaraq böyük uğura imza atan güləşçilərlə görüşü təkcə idman hadisəsi kimi deyil, həm də dərin ictimai-siyasi və mənəvi məzmun daşıyan mühüm bir mərhələ kimi yadda qaldı. Bu görüş bir daha göstərdi ki, ölkədə idman siyasəti sadəcə yarış nəticələri ilə məhdudlaşmır, o, dövlətin strateji inkişaf konsepsiyasının ayrılmaz tərkib hissəsidir.
Azərbaycan idmançılarının əldə etdiyi bu qələbə beynəlxalq arenada ölkəmizin nüfuzunun daha da güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının vurğuladığı kimi, “qalib dövlət və qalib xalq kimi yaşayan Azərbaycan bu gün idman uğurları ilə də fəxr edir”. Bu fikrində dərin siyasi məna gizlənir: idman uğurları artıq milli qürurun və dövlət gücünün simvoluna çevrilmişdir.
Güləşçilərin Avropa çempionatında göstərdiyi nəticə təkcə idman nailiyyəti deyil, həm də Azərbaycanın beynəlxalq miqyasda artan təsir gücünün və möhkəmlənən dövlət imicinin real göstəricisidir. Bayrağımızın beynəlxalq yarışlarda dalğalanması hər bir vətəndaş üçün qürur mənbəyinə çevrilir və bu qürur hissi cəmiyyət daxilində milli birliyi daha da gücləndirir. Beləliklə, idman sadəcə fiziki fəaliyyət sahəsi deyil, eyni zamanda milli ideologiyanın, vətənpərvərlik ruhunun və ictimai həmrəyliyin formalaşdığı mühüm platformadır.
Xüsusilə qeyd olunmalıdır ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində idmanın rolu əvəzolunmazdır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, idmançılar yalnız medal qazanan şəxslər deyil, həm də cəmiyyət üçün mənəvi nümunədirlər. Onların qazandığı qələbələr gənclərdə motivasiya yaradır, sağlam həyat tərzini təşviq edir və dövlətə bağlılıq hissini gücləndirir. Bu baxımdan, idmançının məsuliyyəti təkcə yarış meydanı ilə məhdudlaşmır, o, həm də ictimai davranış modeli formalaşdırır.
Bununla yanaşı, Azərbaycan idmanının beynəlxalq arenada üzləşdiyi bəzi ədalətsizliklər də diqqətdən kənarda qalmır. Dövlət başçısının bu məsələyə toxunması təsadüfi deyil. Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı bəzən müşahidə olunan qərəzli yanaşmalar ölkəmizin artan nüfuzuna qarşı müəyyən dairələrdə narahatlığın mövcudluğunu göstərir. Lakin bütün bu cəhdlərə baxmayaraq, Azərbaycan idmançıları daim yüksək peşəkarlıq və ləyaqət nümayiş etdirərək ölkəmizin adını uca tuturlar.
Bu reallıq bir daha sübut edir ki, Azərbaycan artıq yalnız regionda deyil, qlobal idman xəritəsində də söz sahibi olan ölkələrdən biridir. İdman sahəsində əldə olunan hər bir qələbə dövlətin gücünü, təşkilatlanma səviyyəsini və strateji baxışını əks etdirir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin güləşçilərlə görüşü Azərbaycanın idman siyasətinin uğurlu nəticələrinin siyasi və mənəvi müstəvidə təsdiqi kimi qiymətləndirilə bilər. Bu görüş bir daha göstərdi ki, idman ölkəmizdə artıq təkcə yarış deyil, milli birliyin, dövlətçilik ideologiyasının və beynəlxalq nüfuzun mühüm dayaqlarından birinə çevrilmişdir. Güləşçilərimizin Avropa çempionatındakı qələbəsi isə bu strateji xəttin parlaq və danılmaz təzahürüdür.
İlahə Qurbanova
YAP Samux rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

