Xəzər regionunun aparıcı enerji tədbiri
03.06.2026 [15:42]
Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının əməkdaşı
İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi. Prezident cənab İlham Əliyev bu tədbirdə geniş məzmunlu çıxışla Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Bakı Enerji Həftəsi artıq uzun illərdir ki, dünyanın enerji gündəliyinin formalaşdırıldığı ən nüfuzlu beynəlxalq platformalardan biri kimi tanınır. Xəzər regionunun aparıcı enerji tədbiri hesab olunan bu forum müxtəlif ölkələrdən dövlət rəsmilərini, enerji şirkətlərinin rəhbərlərini, investorları və ekspertləri bir araya gətirərək enerji təhlükəsizliyi, yeni texnologiyalar və yaşıl enerji keçidi istiqamətində fikir mübadiləsi üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, vaxtilə təşkil olunan ilk Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının əsasını qoyub. Dövlət başçısının sözləri ilə desək, “Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu. Vaxt keçdikcə bu tədbir daha da genişləndi və Bakı Enerji Həftəsinə çevrildi.” Bu fikir Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurların başlanğıc nöqtəsinin məhz beynəlxalq əməkdaşlıq və açıq iqtisadi siyasət olduğunu bir daha təsdiqləyir. Azərbaycanın həyata keçirdiyi enerji strategiyası son otuz ildə ölkənin iqtisadi və siyasi müstəqilliyinin möhkəmlənməsində mühüm rol oynayıb. Enerji resurslarından əldə olunan gəlirlər hesabına ölkədə genişmiqyaslı infrastruktur layihələri reallaşdırılıb, sosial rifah yüksəlib, iqtisadi sabitlik təmin olunub və Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq nüfuzunu gücləndirib. Bu gün ölkəmiz yalnız enerji istehsalçısı deyil, həm də Avrasiyanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib iştirakçılardan biridir.Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri də enerji keçidi və yaşıl enerji layihələri olub. Dövlət başçısı Azərbaycanın ənənəvi enerji resursları ilə yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafına da böyük önəm verdiyini qeyd edib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan olunması, günəş və külək enerjisi sahəsində beynəlxalq investorlarla həyata keçirilən layihələr Azərbaycanın gələcək enerji strategiyasının əsas istiqamətlərindən biridir.
Forum çərçivəsində aparılan müzakirələr də göstərdi ki, qlobal enerji bazarında baş verən dəyişikliklər fonunda Azərbaycan həm ənənəvi enerji resurslarının etibarlı təchizatçısı, həm də yaşıl enerji istehsalçısı kimi mövqeyini gücləndirir. Xüsusilə Avropa bazarlarına qaz ixracının genişləndirilməsi və bərpa olunan enerji layihələrinin reallaşdırılması ölkəmizin beynəlxalq tərəfdaşları tərəfindən yüksək qiymətləndirilir.
Bakı Enerji Həftəsi bu strateji kursun dünyaya təqdim olunduğu ən mühüm beynəlxalq platformalardan biri olaraq əhəmiyyətini qoruyub saxlayır.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59

