Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Türkiyədə yeni Konstitusiyanın hazırlanması istiqamətində addımlar sürətlənir

Türkiyədə yeni Konstitusiyanın hazırlanması istiqamətində addımlar sürətlənir

08.06.2026 [12:25]

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) ölkə Konstitusiyasının yeni redaksiyası ilə bağlı partiyanın baxışını əks etdirən siyasi sənəd hazırlayacaq.

AZƏRTAC “HaberTürk” televiziya kanalına istinadla xəbər verir ki, sənədin mətni yaxın günlərdə Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın sədrliyi ilə keçiriləcək AK Partinin Konstitusiya Komissiyasının iclasında müzakirə olunacaq.

Razılaşdırılıb təsdiqləndikdən sonra sənəd Prezident Rəcəb Tayyib Ərdoğana təqdim ediləcək, bundan sonra onun mətni ictimaiyyət üçün açıqlanacaq.

Türkiyə rəhbərliyi və şəxsən Prezident Ərdoğan dəfələrlə müasir dövrün tələblərinə və xalqın gözləntilərinə cavab verən yeni əsas qanunun qəbul edilməsinin vacibliyini bəyan ediblər.

AK Partinin sədr müavini Hayati Yazıcı bazar günü Türkiyənin yeni Konstitusiyasının qəbulunu “ümumxalq referendumu məsələsi” adlandırıb.

O xatırladıb ki, Türkiyədə son iki Konstitusiya (1961 və 1982-ci illərin konstitusiyaları) hərbi xuntaların nümayəndələri tərəfindən hazırlanıb. “Ölkəmiz bu gün də belə bir Konstitusiya əsasında idarə olunur. Qarşıdakı dövrün gündəliyində duran ən mühüm məsələlərdən biri xalqın azad iradəsinə əsaslanan Konstitusiyanın qəbul edilməsidir”, – deyə H.Yazıcı vurğulayıb və bütün siyasi partiyaları bu prosesi dəstəkləməyə çağırıb.

Paylaş:
Baxılıb: 9 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Növbə kimindir?

06 İyun 10:35

Analitik

1 gün qaldı...

06 İyun 10:12

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

06 İyun 08:32  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30