19 dövlət adından verilən bəyanat
13.06.2026 [10:35]
Ölkəmiz mina təhlükəsinə qarşı qlobal həmrəyliyin gücləndirilməsinə çağırış edir
Mina təhlükəsi Azərbaycan üçün çox həssas mövzudur və ölkəmiz bununla bağlı müxtəlif beynəlxalq platformalarda davamlı olaraq həyəcan təbili çalır. Azərbaycan növbəti dəfə Əlillərin Hüquqları haqqında Konvensiyanın Tərəf Dövlətlərinin XIX Konfransının ümumi müzakirələri çərçivəsində 19 dövlətdən ibarət regionlararası qrupun adından bəyanat səsləndirib. Bu barədə respublikamızın BMT yanında Daimi Nümayəndəliyi “X” sosial şəbəkəsində paylaşım edib. Qrupa Albaniya, Banqladeş, Belarus, Bosniya və Herseqovina, Kamboca, Qırğızıstan, Laos Xalq Demokratik Respublikası, Malayziya, Meksika, Oman, Pakistan, Panama, San-Marino, Səudiyyə Ərəbistanı, Tailand, Şərqi Timor və Azərbaycan daxildir.
Birgə bəyanatda qeyd olunub ki, dünya əhalisinin təxminən 15 faizi əlilliyi olan şəxslərdən ibarətdir. Sənəddə vurğulanıb ki, Əlillərin Hüquqları haqqında Konvensiyanın müddəaları bütün hallarda, o cümlədən mina, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğuların təsirinə məruz qalan münaqişə və postmünaqişə şəraitində yaşayan əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsini təmin etməlidir.
Son dərəcə dəhşətli qlobal faciə
Sənəddə mina terrorunun fəsadları ilə bağlı beynəlxalq həmrəyliyin zəruriliyinə ayrıca diqqət çəkilib. Bəyanata qoşulan dövlətlər münaqişə və postmünaqişə dövrlərində əlilliyin qarşısının alınması istiqamətində beynəlxalq dəstəyin artırılmasına çağırıblar.
BMT səviyyəsində yayılan sənəddə mina terroruna qarşı mübarizədə və onun fəsadlarının aradan qaldırılması, mina qurbanlarına maddi və mənəvi dəstək göstərilməsi üçün beynəlxalq həmrəyliyin gücləndirilməsinə çağırış edilməsi təsadüfi deyil. Bu gün aydın şəkildə etiraf olunur ki, mina terrorunu hansısa bir məkanda baş verən lokal xarakterli hadisə kimi dəyərləndirmək mümkün deyil, bu, qlobal miqyaslı dəhşətli humanitar faciədir. Qeyd edək ki, minalarla mübarizə və təhlükəsizliyin təmin edilməsi məqsədilə 1997-ci ildə “Ottawa Mine Ban Treaty” sənədi qəbul edilib və hazırda 166 dövlət bu konvensiyanın üzvüdür.
Mina terroru hər il dünyada minlərlə mülki şəxsin ölümünə və ya ölümcül yaralanmasına, əlillik qazanmasına səbəb olur. Minaların Qadağan Edilməsi üzrə Beynəlxalq Kampaniya (ECHO) tərəfindən açıqlanan son hesabata (Daily Flash, 4 dekabr 2025) əsasən, dünyada il ərzində 6 mindən çox insan minalardan həlak olur.
Verilən məlumatlara görə, 60-dan çox ölkə və ərazi minalar və müharibənin partlayıcı qalıqları ilə çirklənib. Misir, Əfqanıstan, Kamboca, Bosniya və Herseqovina, Anqola, İraq, Suriya, Ukrayna ən çox təsirlənənlər arasındadır.
Myanma dünyada ən çox mina itkisi sayının qeydə alındığı bölgədir. Hesabat ilində bu ölkədə mina qurbanlarının sayı 2029 nəfərə çatıb. Suriyada itki sayı 1015, Əfqanıstanda 624 nəfər olub. Ukraynada bu rəqəm 293 nəfər təşkil edir.
“Landmine Monitor 2025” hesabatına görə, 2024-cü ildə minalardan və müharibənin partlayıcı qalıqlarından ölənlərin sayı dörd illik rekord həddə yüksəlib - 6279 nəfər ölüb və yaralanıb. Ölənlərin təxminən 90 faizi mülki şəxslər olub, onların təxminən yarısı uşaqlardır.
Mina terrorunun fəsadları yalnız insanların həyatına vurulan ziyanla məhdudlaşmır. Mina partlayışlarından, eyni zamanda, ana təbiət təsirlənir. Minalar ətraf mühitə bərpaolunmaz zərər vuraraq torpağın, canlılar aləminin deqradasiyasına səbəb olur. Buna görə də mina terrorunu həm də ekoloji terror kimi dəyərləndirmək mümkündür.
Azərbaycan minalarla ən çox çirklənmiş 10 ölkə sırasında...
Azərbaycan da üç onilliyi əhatə edən işğal dövründə dəhşətli müharibə cinayətləri ilə üz-üzə qalan ölkədir. Həmçinin respublikamız üçün mina terrorunun vurduğu ziyanın miqyası da çox böyükdür. Təkcə belə bir faktı vurğulamaq yerinə düşər ki, respublikamız dünyada minalarla ən çox çirklənmiş 10 ölkə siyahısında yer alır. Rəsmi məlumatlara görə, işğaldan azad olunmuş ərazilərdə təxminən 11 min 667 kvadratkilometr sahə mina və partlayıcı müharibə qalıqları ilə çirklənib. Bu, ölkə ərazisinin 13 faizindən çoxu deməkdir. Həmin ərazilərdə təxminən 1,5 milyon mina və naməlum sayda partlayıcı sursatın mövcud olduğu bildirilir.
Ölkəmizdə mina terrorunun fəsadlarının miqyası çox böyükdür. Son 30 il ərzində Azərbaycanda mina qurbanlarının ümumi sayı 3500 nəfərə çatıb. Onların 362-si uşaq, 38-i isə qadındır.
Mina terroru həmçinin postmüharibə dövründə də davam etməkdədir. 2020-ci il noyabrın 10-dan 2026-cı il 1 aprel tarixinədək 421 nəfər mina qurbanı olub. Onlardan 72 nəfəri həlak olub, 349 nəfəri müxtəlif dərəcəli xəsarət alıb. Son faciəvi hadisələrdən biri 14 aprel 2026-cı ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində baş verib. Qeyd olunan ünvanda Azərbaycan Mina Təmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışı nəticəsində həyatını itirib.
Azərbaycanın Ağdam və Füzuli kimi rayonları mina sıxlığına görə dünyada ilk sıralardadır. Bu ərazilərdə nəinki binalar, hətta torpağın alt qatları da məhv edilib. Təsadüfi deyildir ki, Ağdamdakı dəhşətli dağıntıları görən xarici jurnalistlər onu “Qafqazın Xirosiması” adlandırıblar.
Azərbaycanın daha səmərli fəaliyyəti - minalarla çirklənmiş ərazilərin təmizlənməsi milli prioritet kimi
Azərbaycanın 19 dövlət adından BMT səviyyəsində yaydığı sənəddə xüsusilə milli minatəmizləmə potensialının yaradılması, inkişaf etdirilməsi və səmərəli fəaliyyət göstərməsinin vacibliyi diqqətə çatdırılıb. Həqiqətən də, minatəmizləmə fəaliyyəti uzun vaxt və böyük maliyyə tələb edən bir prosesdir. Bunu ayrı-ayrı ölkələrin timsalında da görmək mümkündür. Məsələn, keçmiş Yuqoslaviyanın tərkib hissəsi olan Xorvatiya müstəqillik uğrunda müharibədən sonrakı illərdə ərazilərinin sadəcə hərbi sursat və piyada əleyhinə minaların təmizlənməsinə 20 il vaxt sərf edib. 1998-ci ildən 2017-ci ilin sonuna qədər Xorvatiya hökuməti hərbi ərazilər istisna olmaqla, ümumilikdə 411 kv.km minalanmış sahəni (Xorvatiyanın bütün ərazisinin 0,73 faizi) təmizləyib.
Azərbaycan isə ərazilərin minalardan təmizlənməsinə həssas yanaşma sərgiləməklə daha səmərəli minatəmizləmə fəaliyyəti təşkil etməyə nail olub. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesini, əsasən, daxili resurslar hesabına həyata keçirir. Bu genişmiqyaslı fəaliyyət həm texniki, həm də maliyyə baxımından ölkə üzərinə böyük yük qoyur. Respublikamızda ərazilərin minalardan təmizlənməsi milli prioritet kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənməsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanı bu istiqamətdə atılan ən mühüm hüquqi addımdır. Bu sənəd təmizləmə prosesinin vahid mərkəzdən koordinasiyasını, effektivliyin artırılmasını və azad edilmiş ərazilərə “Büyük Qayıdış”ın sürətləndirilməsini hüquqi təminat altına alır.
Ölkəmizdə minatəmizləmə fəaliyyətinin səmərəliliyini təmin etmək məqsədilə prosesə həm dövlət, həm də özəl sektor cəlb edilib. Əsas icraçılar qismində Azərbaycan Mina Təmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti çıxış edirlər. Həmçinin dörd özəl şirkət bu prosesə cəlb edilib.
Prosesin maliyyə yükü də kifayət qədər böyükdür. Bu günlərdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”a əsasən, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan 4454,9 milyon manat vəsaitdən 74,8 milyon manatı ərazilərin minalardan təmizlənməsinə xərclənib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovun verdiyi məlumata əsasən, indiyədək 272 min hektardan çox ərazi minalardan təmizlənib. 251 minə yaxın partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib. Mütəxəssislərin qənaətinə görə, ölkənin illik təmizləmə gücü 65-70 min hektar civarındadır. Məsələn, 2025-ci ildə 69 min 205 hektar ərazi minalardan təmizlənib. Qarşıya qoyulan hədəf isə 2026-cı ilin sonuna qədər Qarabağda təmizlənmiş ərazilərin ümumi sahəsini 280 min hektara çatdırmaqdır.
Beynəlxalq təşkilatların ikili standartlardan yanaşmaları
Azərbaycan da minatəmizləmə fəaliyyətində beynəlxalq əməkdaşlığı genişləndirməyə çalışır. O cümlədən respublikamız minatəmizləmə sahəsində təkcə ayrı-ayrı dövlətlərlə deyil, həm də nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Bu çərçivədə, NATO ilə keçirilən son müzakirələr xüsusi əhəmiyyət kəsb edir. Görüşlərdə minaların təmizlənməsi prosesində Şimali Atlantika Alyansının texniki dəstəyi, təcrübə mübadiləsi və bu sahədə mümkün tərəfdaşlıq perspektivləri əsas müzakirə mövzusu olub. Bu, Azərbaycanın mina problemini qlobal təhlükəsizlik gündəminə daşımaq səylərinin bir hissəsidir.
Qardaş Türkiyə də minatəmizləmə fəaliyyətində Azərbaycana dəstəyini əsirgəmir. Bu ölkənin Xüsusi Mina Axtarma Təmizləmə qrupu azad ərazilərimizdə minatəmizləmə fəaliyyətinə qoşulub. Həmçinin Türkiyədən göndərilən mexaniki minadan təmizləmə maşınları mina axtarışlarının səmərəliliyinin artmasında mühüm rol oynayır. Bu texnika 25-27 sm dərinliyə qədər olan piyada əleyhinə minaları təmizləyə bilir.
Eləcə də Avropa İttifaqı (Aİ) və ayrı-ayrı dost ölkələr işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə fəaliyyətinə öz töhfələrini verirlər. Bununla belə minatəmizləmə sahəsində Azərbaycana göstərilən beynəlxalq dəstəyi yetərli saymaq mümkün deyil. Bir sıra hallarda biz beynəlxalq təşkilatların bu və ya digər ölkədə minalarla çirklənmiş ərazilərin təmizlənməsinə daha fəal şəkildə qoşulduqlarının və bu məqsədlə böyük həcmlərdə maliyyə vəsaiti ayırdıqlarının şahidi oluruq. Azərbaycana gəldikdə isə yenə də ikili standartlar ortadadır.
Rəsmi qurumların məlumatına görə, indiyədək beynəlxalq donorların yardımı respublikamızda minatəmizləmə fəaliyyətinə çəkilən ümumi xərclərin cəmi 4-5 faizini təşkil edir ki, bu da çox azdır. Azərbaycanın qarşısında 11 min kvadratkilometrdən artıq ərazidə basdırılmış, gizli şəkildə ən ağlagəlməz məkanlarda yerləşdirilmiş 1,5 milyondan artıq minaları təmizləmək vəzifəsi dayanır. Bunun üçün isə ölkəmizə beynəlxalq dəstəyin gücləndirilməsi vacibdir. Həmçinin beynəlxalq birlik Ermənistana minalarla çirkləndirilmiş ərazilərin dəqiq xəritələrinin verilməsində təzyiq göstərməlidirlər. İndiyədək Ermənistanın təqdim etdiyi xəritələr saxtadır və onların dəqiqlik göstəriciləri çox aşağıdır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

