İqtisadi Şuranın iclasında
13.06.2026 [10:57]
Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin təşkili, logistika, xidmət və digər inkişaf sahələrinin perspektivləri müzakirə olunub
İyunun 11-də Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin təşkili ilə bağlı görülmüş işlər, həlli vacib infrastruktur məsələləri, strateji baxış və inkişaf perspektivləri, eləcə də xidmət sektorunun iqtisadi artımda rolu və inkişaf potensialı, bu sektorda müəyyən edilmiş prioritet istiqamətlər və digər məsələlər müzakirə olunub. Gündəlikdə olan məsələlər üzrə Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, iqtisadiyyat naziri Mikayıl Cabbarovun təqdimatları dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov çıxış ediblər. İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təkliflər nəzərə alınmaqla müvafiq qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.
Ələt Azad İqtisadi Zonası logistikanın qapısına çevrilir
Ələt Azad İqtisadi Zonası (AFEZ) hazırda Azərbaycanın regiona nəqliyyat qapılarından biri kimi beynəlxalq əhəmiyyətini artırmaqdadır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşən, investorlara xüsusi vergi və gömrük güzəştləri, müstəqil hüquqi tənzimləmə bazası təklif edən qabaqcıl logistika və istehsal mərkəzi olan Zonanın əsas fəaliyyət məqsədi yüksək əlavə dəyər yaradan, innovativ texnologiyalara əsaslanan və əsasən ixracyönümlü məhsullar istehsal edən xarici və yerli müəssisələri cəlb etməkdir. Ərazisi 1453 hektara qədər genişləndirilmiş Zonada istehsal olunan məhsulların ən azı 75 faizi Azərbaycanın xarici bazarlarına ixracını nəzərdə tutur ki, bu istiqamətdə davamlı işlər görülməkdədir.
Ölkəmizin iqtisadi inkişafı üçün müstəsna əhəmiyyət daşıyan Ələt Azad İqtisadi Zonası ticarət dövriyyəsinin artmasında da xüsusi model kimi diqqəti cəlb edir. Bu ərazidə yerləşən müəssisələrə investisiya axınının artması yeni iş yerlərinin yaradılması, milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyasının sürətlənməsi, ixtisaslı kadrların təhsil və peşə təcrübələrinin artırılması imkanlarının genişlənməsi baxımından da əhəmiyyət kəsb edir.
Hazırda əsas hədəflərdən biri Ələt Azad İqtisadi Zonasında yüksək texnologiyalar cəlb etməklə idxalı əvəzləyən, ixrac yönümlü malların istehsalının təmin olunmasıdır. Xarici tərəfdaşların bu layihələrə cəlb edilməsi, xüsusilə də son dövrlərdə Böyük Britaniya, Türkiyə, Çin, Ərəb ölkələrinin sərmayəçilərinin Zonaya cəlb edilməsi istiqamətində uğurlu nəticələr əldə olunmaqdadır. Bu isə xarici investorlarla birgə innovasiya zəncirinin qurulması və malların Avropa, Mərkəzi Asiya, Yaxın Şərq, eləcə də İran və Rusiya bazarlarına çıxışı üçün münbit şərait yaradır.
Ələt Azad iqtisadi Zonası infrastruktur baxımından da çox cəlbedicidir. Vüsal Qasımlının sözlərinə görə, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən sözügedən zonanın yaxınlığında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyət göstərir. Ərazidən avtomobil və dəmir yolları keçir. Bundan əlavə, Heydər Əliyev adına Beynəlxalq Aeroport məsafə baxımından çox da uzaqda deyil. Bütün bunlar onu deməyə əsas verir ki, Ələt Azad İqtisadi Zonası Azərbaycanın nəqliyyat logistika qovşağı kimi mövqeyini bir qədər də gücləndirəcək.
Xidmət sektorunun iqtisadi artımda rolu
İclasda əsas diqqət mərkəzində dayanan istiqamətlərdən biri xidmət sektorunun iqtisadi artımda rolu və inkişaf potensialı ilə bağlı olub. Xidmət sektoru qlobal iqtisadiyyatda əsas inkişaf sütunlarından biridir. İnkişaf etmiş ölkələrin ÜDM-də xidmət sektorunun payı 60 faizdən çoxdur. Azərbaycanda da xidmət sektorunun müxtəlif istiqamətlərinin inkişafı prioritet əhəmiyyət kəsb edir. Turizm, nəqliyyat, rabitə xidmətləri kimi xidmət sektorunda xüsusilə əhəmiyyət daşıyır. Rəqəmsallaşma və qlobal inteqrasiya xidmət sahələrinin inkişafı üçün yeni tələbləri meydana çıxarır. Hazırda hədəf dövlət xidmətlərində “Rəqəmsal hökumət” modelinin təkmilləşdirilməsi, turizm və tranzit-logistika potensialının gücləndirilməsi, habelə qeyri-neft sektorunda xidmətlərin payının əhəmiyyətli dərəcədə artırılmasıdır. Azərbaycanda xidmət sektorunun inkişafında tranzit və logistikanın əhəmiyyəti də yeni imkanları artırır. Zəngəzurun açılması isə tranzit potensialının tam reallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətliliyinin artırılmasında yeni qapılar açacaq. Eləcə də azad edilmiş ərazilərdə “yaşıl turizm” infrastrukturunun yaradılması, xidmət keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, regional turizm klasterlərinin formalaşdırılması da münbit resurs imkanları deməkdir.
Kommunal xidmətlərə əlçatanlığın təmin olunması
İqtisadi Şuranın müzakirə etdiyi digər istiqamət infrastruktur məsələləri, o cümlədən kommunal sahədə inkişaf perspektivləri ilə əlaqədar olub. Kommunal xidmətlər elektrik enerjisi, su və rəqəmsal əlaqə kimi vacib xidmətləri təmin etməklə iqtisadi və sosial inkişafı dəstəkləməkdə mühüm rol oynayır. Bu xidmətlər olmadan müəssisələr fəaliyyət göstərə bilməz və ev təsərrüfatları keyfiyyətli həyat sürə bilməz. Dünya Bankının biznes sorğularına görə, qlobal miqyasda müəssisələrin 30 faizindən çoxu elektrik təchizatını əməliyyatları üçün əsas məhdudiyyət kimi müəyyən edir. Elektrik təchizatındakı fasilələr firmanın məhsuldarlığına, gəlirlərinə və iqtisadi artıma zərər vurur. Eynilə, qeyri-kafi su təchizatı firma məhsuldarlığının azalmasına, mexanizmlərin sıradan çıxmasına və mənfəətin azalmasına səbəb olur. Eləcə də, əlverişli və etibarlı internetə çıxış rəqəmsal texnologiyaların istifadəsinin məhsuldarlığı artırdığı günümüzün rəqəmsallaşan dünyasında digər vacib elementdir.
Bu sahədə aparılan monitorinqlər göstərir ki, fiziki şəxslərin və biznes icmasının qarşılaşdıqları müxtəlif çətinliklər və problemlər hələ də qalmaqdadır. Həmçinin, tikinti sahəsində bir sıra xidmətlərə əlçatanlığın olmaması da biznesin əsas qayğılarından biridir. Məhz bu baxımdan həmin sahə üzrə islahatların davam etdirilməsi və kommunal xidmətlərə əlçatanlığın təmin olunması məqsədilə Altqrup yaradılıb. Qrupa kommunal xidmət qaydalarının keyfiyyəti, kommunal xidmət göstəriciləri və xidmətlərin şəffaflığı, kommunal sahədə xidmətlərin həyata keçirilməsinin səmərəliliyi və təhlükəsizliyi üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə yeni təkliflər hazırlamaq tapşırığı verilib.
İqtisadi Şuranın iclasında müzakirə olunan istiqamətlər üzrə növbəti addımların atılması qarşıya qoyulan hədəflərə çatmağa, o cümlədən, Ələt İqtisadi Zonasının mühüm trans-nəqliyyat qovşağının əsas seqmenti kimi mövqeyinin güclənməsi, həlli vacib infrastruktur layihələrin icrasını sürətlənməsi, xidmət sektorunun iqtisadi inkişafda rolunun daha da artması və digər sahələrdə islahatların genişlənməsinə mühüm təkan verəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

