Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / BMT son 15 ildə ilk dəfə qaçqınların sayında azalma qeydə alıb

BMT son 15 ildə ilk dəfə qaçqınların sayında azalma qeydə alıb

12.06.2025 [12:32]

BMT son 15 il ərzində ilk dəfə olaraq dünya üzrə qaçqınların sayında azalma qeydə alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığının hesabatına yer alıb. Sənədə əsasən, 2024-cü ildə qaçqınların ümumi sayı yarım milyondan çox azalıb. Bu, Suriyada silahlı münaqişə başlayandan bəri ilk belə haldır.

Eyni zamanda, ötən il 1,6 milyon qaçqın öz vətəninə qayıdıb. Ukraynada müharibənin davam etməsinə baxmayaraq, bu siyahıya həmin ölkənin vətəndaşları da daxildir. 2024-cü ildə ölkəsinə qayıdan ukraynalıların sayı 210 min nəfərə çatıb.

BMT qaçqınların sayının azalmasının mümkün səbəbləri arasında onları qəbul edən bir sıra ölkələrdə vəziyyətin pisləşməsini qeyd edib. Hesabatda vurğulanır ki, ukraynalılar xaricdə vətəndaş hüquqları ilə bağlı problemlərə görə geri qayıtmağa məcbur olurlar.

Paylaş:
Baxılıb: 106 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

14 iyul plenumu...

12 İyul 10:38  

Sosial

Siyasət

8-ci səfər...

12 İyul 09:55  

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

12 İyul 08:31  

YAP xəbərləri

Turizm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31