Fransua Bayru V Respublikanın ən qeyri-populyar baş naziridir
19.06.2025 [15:41]
Fransa V Respublikasının ən qeyri-populyar Baş naziri Fransua Bayru olub.
AZƏRTAC xəbər verir ki, “Ipsos-Cesi” şirkətinin “La Tribune Dimanche” nəşri üçün keçirdiyi sorğunun nəticələrinə əsasən, Fransua Bayru cəmi 17 faiz müsbət rəy toplayaraq, V Respublika tarixində ən az dəstək qazanan Baş nazir statusunu alıb.
Cəmi altı aydır vəzifədə olan Bayrunun populyarlıq göstəricisi may ayı ilə müqayisədə 3 faiz azalaraq enişini davam etdirir. Sorğunun nəticələri göstərir ki, bu azalma daha çox Renaissance, Modem və Horizons partiyalarının tərəfdarları arasında müşahidə olunur.
Prezident Emmanuel Makron da oxşar aqibətlə üzləşib. Onun populyarlıq reytinqi may ayına nisbətən 5 faiz geriləyib və hazırda cəmi 21 faiz müsbət rəy ilə çıxış edir. Bu göstərici Makronun 2018-ci ilin qışında, “Sarı jiletlilər” hərəkatı zamanı qeydə alınan 20 faizlik minimum göstəricisinə yaxınlaşıb. Prezidentin dəstəyi də əsasən hakim koalisiyanın — Renaissance, Modem və Horizons tərəfdarları arasında ciddi şəkildə azalıb.
“Ipsos”un baş direktor müavini Bris Təntüerye bu vəziyyəti belə şərh edib: “Son hadisələr dövlət orqanlarına qarşı cəmiyyətin narazılığını və qəzəbini daha da artırır”.
Eyni sorğuya görə, daxili işlər naziri Bruno Retaillo 36 faiz, ədliyyə naziri Jerald Darmanin isə 34 faiz müsbət rəy toplayaraq, hökumət daxilində ən populyar siyasətçilər olaraq qalırlar.
Xəbər lenti
Hamısına baxSosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29

