Afrika İttifaqı yeni dünya xəritəsini qəbul etməyə çağırır
15.08.2025 [11:27]
Afrika İttifaqı XVI əsrdə tərtib olunmuş Merkator dünya xəritəsini əvəz etmək üçün bir təşəbbüs irəli sürüb. İttifaq onun hökumətlər və beynəlxalq qurumlar tərəfindən geniş şəkildə istifadə edilməsinin Afrikanın həqiqi miqyasını qeyri-dəqiq təsvir etdiyini iddia edir.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, xəritəçəkənlərin fikrincə, naviqasiya üçün xəritələr tərtib edən kartoqraf Gerard Merkator tərəfindən təqribən 500 il əvvəl hazırlanmış proyeksiya qitə ölçülərini təhrif edir, Şimali Amerika və Qrenlandiya kimi qütblərə yaxın əraziləri şişirdir, eyni zamanda Afrika və Cənubi Amerikanı daraldır.
Afrika İttifaqının sədr müavini Selma Malika Həddadi xəritənin təsirinin əhəmiyyətli olduğunu bildirib. “Bu, sadəcə bir xəritə kimi görünə bilər, amma əslində belə deyil”, -deyən Həddadi Merkatorun 54 dövlət və bir milyarddan çox əhalisi olan dünyanın ikinci ən böyük qitəsi olmasına baxmayaraq, Afrika haqqında yanlış təsəvvür yaratdığını vurğulayıb. O, belə stereotiplərin mediaya, təhsilə və siyasətə təsir etdiyini bildirib.
Merkator xəritəsinin tənqid edilməsi yeni hal deyil, lakin “Africa Speak Up” təbliğat qrupunun rəhbərlik etdiyi “Xəritəni düzəlt” kampaniyası müzakirələri canlandıraraq təşkilatları ölkələrin həqiqi ölçülərini əks etdirməyə çalışan 2018-ci ilin Bərabər Yer proyeksiyasını qəbul etməyə çağırıb.
“Africa No Filter” şirkətinin icraçı direktoru Moki Makura bildirib: “Afrika xəritəsinin hazırkı ölçüsü səhvdir. Bu, dünyanın ən uzunmüddətli dezinformasiya kampaniyasıdır və mütləq dayandırılmalıdır”.
“Africa Speak Up” təşkilatının həmtəsisçisi Fara Ndiaye Merkatorun afrikalıların şəxsiyyətinə və qüruruna, xüsusən də məktəbyaşlı uşaqlara təsir etdiyini deyib: “Biz Bərabər Yer proyeksiyasının bütün (Afrika) sinif otaqlarında əsas standart olacağı bir kurrikulumun təşviqi üzərində fəal işləyirik. Ümidvarıq ki, bu, qlobal institutlar tərəfindən istifadə olunacaq”.
Xanım Həddadi Afrika İttifaqının bu kampaniyanı dəstəklədiyini və bunun müstəmləkəçilik və köləliyə görə təzminat tələbləri fonunda Afrikanın qlobal səhnədə layiqli yerini geri qaytarmaq məqsədinə uyğun olduğunu əlavə edib.
Xəbər lenti
Hamısına baxAnalitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17

