“Google” Almaniyaya 5,5 milyard avroluq investisiya planını elan edib
12.11.2025 [08:24]
ABŞ-ın texnologiya nəhəngi “Google” şirkəti Almaniyada 5,5 milyard avro dəyərində investisiya proqramı həyata keçirməyi planlaşdırır.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, layihə çərçivəsində Hessen əyalətinin Dietzenbax şəhərində yeni məlumat mərkəzi inşa olunacaq. Həmçinin, şirkətin Hanau, Münxen, Frankfurt və Berlin şəhərlərindəki ofisləri genişləndiriləcək.
Almaniyanın vitse-kansleri Lars Klinqbayl bu təşəbbüsü ölkəsinin innovasiya, süni intellekt və iqlimə neytral transformasiyası üçün əsl gələcək sərmayəsi kimi dəyərləndirib.
Şirkət investisiya proqramının 2029-cu ilə qədər hər il təxminən 9 min iş yerinin qorunmasına şərait yaradacağını açıqlayıb. Yeni məlumat mərkəzində yaranan artıq qalan istilik enerji kimi istifadə olunaraq, Offenbax şəhərinin şəbəkəsinə ötürüləcək. Münxendə isə 30 min kvadratmetr sahəyə malik müasir inkişaf mərkəzi yaradılacaq.
Bu addımın Almaniyanın Avropada rəqəmsal infrastruktur üzrə lider mövqeyini daha da möhkəmləndirəcəyi, süni intellekt və “yaşıl texnologiya”lar sahəsində potensialını gücləndirəcəyi bildirilir.
Almaniya Kansleri Fridrix Merts də X platformasındakı səhifəsində paylaşım edərək bildirib: “Biz Almaniyada iqtisadi artımı irəli aparırıq. “Google” 2029-cu ilə qədər ölkəmizə 5,5 milyard avro həcmində sərmayə qoyacaq. Bu, minlərlə iş yeri deməkdir. Ölkəmiz dünyanın ən cəlbedici investisiya məkanlarından biri olaraq qalır. Bunun üçün hər gün çalışırıq”.
Xəbər lenti
Hamısına baxElm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04

