2 aprel Serj Sarkisyan üçün “qara bazar günü” olacaq
28.03.2017 [09:36]
Ermənistanda müxalifət liderləri parlament seçkilərində hakimiyyətə ciddi rəqib olacaqlarına əmindirlər
Martın 5-dən Ermənistanda start götürən parlament seçkiləri təşviqat kampaniyası artıq finiş xəttinə yaxınlaşmaqdadır. Serj Sarkisyanın on ildən bəri ölkədə yaratmış olduğu kriminal rejiminin ömrünü uzatmaq üçün min bir oyundan çıxması, saxta referendum yolu ilə konstitusiyanı dəyişməsi, müxalifət təmsilçilərinin parlament seçkilərində sərbəst şəkildə iştirakını maksimum dərəcədə əngəlləməsinə baxmayaraq, qarşıdan gələn bazar gününün hakimiyyət üçün qorxunc nəticələrlə sonuclanacağı heç də istisna edilmir. Belə ki, ölkə müxalifəti 2 aprel tarixində keçiriləcək parlament seçkilərində hakimiyyətə ciddi müqavimət göstərmək niyyətindədir. Elə seçki öncəsi ölkədə keçirilən rəy sorğuları da Serj Sarkisyanın rəhbərlik etdiyi hakim Respublika Partiyasının reytinqinin digərlərindən qat-qat aşağı olduğunu isbatlayıb.
Ermənistanın populyar internet resurslarından olan “tert. am” saytının yazdığına görə, martın 25-də Serj Sarkisyanın işğal altında olan Dağlıq Qarabağa gözlənilmədən səfər etməsinin də əsl səbəbi bununla bağlıdır. Belə ki, on ildən artıq bir müddətdə yürütdüyü səbatsız daxili və xarici siyasəti ilə Ermənistan dövlətini məhv olmaq təhlükəsi ilə üz-üzə qoyması, ölkəni iqtisadi bataqlığa sürükləməsi, işsizlik və miqrasiya səviyyəsinin indiyədək görünməmiş həddə çatması, ölkənin xarici borclarının 6 milyard ABŞ dollarınadək yüksəlməsi hakim partiyanın nüfuzunu kifayət qədər aşağı sala bilib. Bundan əlavə, ötən ilin aprelində Ermənistan ordusunun düçar olduğu uğursuzluq hakimiyyətin ordu quruculuğu sahəsindəki yarıtmaz fəaliyyətini tam aydınlığı ilə ortaya qoymuş oldu. Bütün bunlar isə parlament seçkisi öncəsi Serj Sarkisyanın rəqibləri üçün lap göydəndüşmə fürsət olub. İndi müxalifət təmsilçiləri seçicilərilə görüşlərdə Serj Sarkisyanın ünvanına kifayət qədər sərt ittihamlar səsləndirməkdədirlər. Yerli ekspertlərin sözlərinə görə, bütün bunların fonunda Serj Sarkisyanın tez-tələsik Dağlıq Qarabağa səfər edərək əsgərlərlə görüşməsi, orada ölkənin gələcək inkişafı və bu inkişafda hakim Respublika Partiyasının rolu barədə fikirlər səsləndirməsi gözə kül üfürməkdən başqa bir şey deyil və ordu hissələrinin hesabına hakim partiyanın xeyrinə səs toplamaq məqsədi daşıyır.
Xatırladaq ki, 2015-ci il dekabrın 6-da saxta referendum keçirməklə Ermənistan prezidenti ölkənin konstitusiya quruluşunu ciddi şəkildə dəyişməyə müvəffəq olub. Artıq Ermənistan prezident üsul-idarəli respublikadan parlament respublikasına keçib. Başqa sözlə, prezidentin əsas səlahiyyətləri bundan sonra baş nazirə keçib. Müharibə şəraitində ölkənin ali baş komandanı da baş nazir olacaq. Hökumət başçısını isə parlament üzvləri seçəcəklər. Bundan əlavə, referendumla ölkədə majoritar seçki sistemi ləğv edilib. Aprelin 2-də baş tutacaq parlament seçkiləri yalnız proporsional seçki sistemi üzrə keçiriləcək. Budəfəki seçkilərdə 9 siyasi partiya və seçki bloku iştirak edir ki, onların da əksəriyyəti Serj Sarkisyan rejiminə qarşıdır. Odur ki, hakim partiyanın sədri öz çıxışlarında “bizim üçün ölkənin və xalqın təhlükəsizliyindən vacib heç bir şey yoxdur” deyib durmaqdadır. Yerli ekspertlər isə belə hesab edirlər ki, Serj Sarkisyanın bu kimi bəyanatları çox da effektiv olmayacaq. Çünki artıq müxalifət təmsilçiləri də öz seçki platformalarında hakimiyyətə qarşı “Qarabağ kart”ından istifadə etməkdədirlər.
Məsələn, müxalif “Ohanyan-Raffi-Oskanyan” seçki blokunun platformasında əsas diqqət ordu quruculuğuna yönəldilib. Burada 18 yaşlı gənclərin ordu sıralarında xidmətə çağırılarkən arxa cəbhələrdə xidmət keçmələri, ön cəbhədə müqavilə əsasında xidmət edən əsgərlərin yerləşdirilməsi və onların əmək haqlarının 240 min dramadək (təqribən 500 ABŞ dolları), zabit və gizirlərin əmək haqlarının isə 480 min dramadək (1000 ABŞ dolları) artırılması kimi məsələlər öz əksini tapır. “Büdcədən maliyyələşən təşkilatlarda əmək haqları, pensiyalar, təqaüdlər illik inflyasiya həddinə uyğunlaşdırılmalıdır. Ön cəbhədə təhlükəsizliyə nail olmaq üçün arxa cəbhədə iqtisadiyyatı inkişaf etdirmək vacibdir”, - deyə blokun seçki platformasında qeyd olunur.
“Azərbaycan ilə münasibətləri tənzimləmək lazımdır. Qarabağ məsələsini elə həll etmək lazımdır ki, həm Ermənistanın, həm də Dağlıq Qarabağın təhlükəsizliyi təmin olunsun. Bu, Madrid prinsiplərinə əsaslanan ATƏT-in Minsk qrupunun proqramıdır, hansı ki, 2007-ci ildə Ermənistan hakimiyyəti tərəfindən qəbul edilib”. Bu fikirləri isə Ermənistan Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan seçki kampaniyası çərçivəsində çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti yorulmadan bu istiqamətdə öz diplomatik səylərini artırmalıdır. “Biz əminik ki, Azərbaycan və Türkiyə ilə münasibətləri tənzimlədikdən, qonşular ilə normal münasibətlər yaradıldıqdan sonra önümüzdə bütün yollar açılacaq, biz regionda reallaşdırılan bütün iri layihələrdə iştirak edə bilərik”, - deyə L.Zurabyan vurğulayıb.
“Elk” seçki bloku və “Azad demokratlar” Partiyasının platformasında isə Ermənistanın Avrasiya İqtisadi İttifaqını (Aİİ) tərk edərək Qərbə üz tutmasının vacibliyi vurğulanır. “Ermənistanın inkişaf istiqamətlərinin dəyişilməsi lazımdır. Biz Aİİ-dən imtina edərək, Avropa İttifaqı və ABŞ ilə əməkdaşlıq etməliyik. Belə hesab edirik ki, Aİİ ilə əməkdaşlıq bizim üçün yalnız Ermənistanın dövlət müstəqilliyinin itirilməsi ilə nəticələnəcək. Avropa İttifaqı ilə əməkdaşlıq isə bizə yeni tərəfdaş ölkələr gətirə bilər. Eyni zamanda, NATO ilə də əməkdaşlıq etmiş olarıq”, - deyə “Azad demokratlar”ın rəhbəri Xaçatur Kokobelyan çıxışı zamanı vurğulayıb. O, daha sonra qeyd edib ki, “Azad demokratlar”ın seçki platformasında on əsas bənd yer alıb ki, bunların da əksəriyyətini ölkədə mövcud olan kölgə iqtisadiyyatı ilə mübarizə təşkil edir.
Seçkilərə qatılan digər blok - “Çıxış” seçki bloku da belə hesab edir ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olması çox səhv bir addım idi. Bu haqda Mane Tandilyan bildirib. Onun sözlərinə görə, Avropa strukturları ilə əməkdaşlıq ölkəyə daha faydalı olardı, nəinki Avrasiya İqtisadi İttifaqı.
“Ermənistanın bu gün düçar olduğu çətin vəziyyətə Qarabağ münaqişəsi ilə haqq qazandırmaq olmaz”. Bu fikri isə Ermənistan Xalq Partiyasının sədri, deputat Stepan Dəmirçiyan bildirib. Parlament seçkilərində blok şəklində iştirak edən “Ermənistan Xalq Partiyası- Ermənistan Milli Konqresi” seçki bloku adından çıxış edən Stepan Dəmirçiyan daha sonra bildirib: “Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir. Münaqişənin sülh yolu ilə nizamlanması hər iki tərəfin xeyrinədir. Bununla belə, ölkənin hazırkı durumunu Qarabağ münaqişəsi ilə əlaqələndirmək heç doğru deyildir”, - deyən S.Dəmirçiyan seçki blokunun əsas məqsədlərindən birinin də ölkədə tüğyan edən korrupsiyaya qarşı mübarizə aparmaq olduğunu vurğulayıb.
Analitiklər belə hesab edirlər ki, parlament seçkilərinə sayılı günlər qalmış hadisələrin bu formada cərəyan etməsi Serj Sarkisyan üçün yaxşı heç nə vəd etmir. Yerli ekspertlərin fikrincə, ölkənin konstitusiya quruluşunu dəyişmək Serj Sarkisyan üçün belə asan olsa da, bu, hələ hər şeyin bitməsi demək deyil, əksinə, hakimiyyət uğrunda mübarizə hələ bundan sonra daha da qızışacaq. Xəyanət etdiyi sələfləri - Levon Ter-Petrosyan və Robert Köçəryan, eləcə də onları dəstəkləyən qüvvələr bir yana, müxalifətdən olan partiyaların hakimiyyət arzusu ölkədə qüvvələr balansını dəyişə bilər. Bu isə Serj Sarkisyan üçün heç də xoş olmayan nəticələrə yol aça bilər. Başqa sözlə, 2 aprel tarixinin Serj Sarkisyan üçün “qara bazar günü” olacağı heç də istisna edilmir.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxSosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
İqtisadiyyat
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32

