Şuşada “Əbədi ömrün 100 ili” kitabının təqdimatı və elmi konfrans keçirilib
14.07.2023 [20:08]
Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada Mehmandarovların Malikanə Kompleksində Vaqif Poeziyası Günləri çərçivəsində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Əbədi ömrün 100 ili” kitabının təqdimatı və “Molla Pənah Vaqifin əbədi yaradıcılığı türk irsi müstəvisində” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyi tərəfindən nəşr olunmuş və Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Əbədi ömrün 100 ili” kitabında görkəmli şairlərin, yazıçıların və alimlərin oçerklər və esse formasında Ulu Öndər haqqında toplanmış xatirələri Ümummilli Liderin mədəniyyət xadimlərinə diqqət və qayğısından, onun milli incəsənətin inkişafına böyük töhfəsindən bəhs edir.
Təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar İncəsənət Xadimi və kitabın redaktoru Elçin Hüseynbəyli nəşr haqqında məlumat verib.
Kitabda tarixi hadisəyə - 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin muzey-məqbərəsinin və Poeziya Evinin bu il 100 illiyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə təntənəli açılışına xüsusi yer ayrılıb. Məhz bu səfər əsnasında Ümummilli Lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi barədə tapşırıq verib. Müasir Azərbaycan ədəbiyyatı tarixində unikallığı ilə fərqlənən Vaqif Poeziya Günləri həmin tarixdən 1991-ci ilədək hər il şairin Vətənində - Qazaxda başlayır və Şuşadakı möhtəşəm Cıdır düzündə başa çatırdı.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun Vətən müharibəsində tarixi Qələbəsi nəticəsində Şuşa şəhərinin erməni işğalından azad edilməsindən sonra 41 illik tarixi olan Vaqif Poeziya Günləri yenidən Vətəndə - Azərbaycanın mədəniyyət paytaxtında keçirilir.
İşğal dövründə digər tarixi abidələrimiz kimi, Molla Pənah Vaqifin muzey-məqbərəsi də erməni vandalizminə məruz qalıb və torpaqlarımız azad olunduqdan sonra Heydər Əliyev Fondu tərəfindən tamamilə bərpa edilib. Onun ikinci açılışı 2021-ci ilin avqustunda olub. Azad olunmasından sonra Vaqif Poeziya Günləri artıq üçüncü ildir Şuşada keçirilir.
“Molla Pənah Vaqifin əbədi yaradıcılığı türk irsi müstəvisində” mövzusunda elmi konfransda Xalq yazıçısı Çingiz Abdullayev, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, TÜRKSOY Yazıçılar Birliyinin vitse-prezidenti Səlim Babullaoğlu və başqaları çıxış ediblər.
Çıxışlarda qeyd edilib ki, Vaqif orta əsrlər dövründə Azərbaycanın ən son görkəmli şairlərindən biri olub və ilk yeni realistik şair kimi xalq yaradıcılığına, poeziyaya yaxındır. Vaqif yaradıcılığı onun ülvi məhəbbətin tərənnümü, ruhun gözəlliyi və doğma təbiətin əsrarəngliyi ilə bağlı parlaq rənglərlə zəngindir və milli poeziyanın, musiqinin inkişafına böyük təsir göstərib. Onun yaradıcılığının ən bariz xüsusiyyətləri nikbinlik, rəng çalarlarının çoxluğu, obrazların zənginliyi, incə bədii ustalıq, canlı və ifadəli dildir. O, qəzəllər, təcnislər, müxəmməslər, müstəzadlar, müəşşarlar, müşairələr, məsnəvilər və elegiyaların müəllifidir. Lakin şairin əsərlərində aşıq xalq yaradıcılığının məhsulu olan qoşma poetik forması xüsusi yer tutur. Onun şeirlərinin dili xalq yaradıcılığına daha yaxındır. Vaqif Azərbaycanın yazılı ədəbiyyatının milli etnik şifrlərinin əsasının qoyulmasında və Azərbaycan xalqının poeziyada obrazının yaradılmasında müstəsna rol oynayıb. Vaqif lirikasının xüsusi fərqli cəhəti doğma Qarabağ torpağının ilkin gözəlliyini və özünün ona olan sonsuz sevgisini parlaq poetik rənglər vasitəsilə göstərməkdir. Şair bu sevgiyə böyük fəlsəfi mahiyyət qatır və onu insan hisslərinin ən ali təcəssümü ilə tərənnüm edirdi.
Tədbirin zəngin proqramına Azərbaycan və türk xalqlarının müasir şairlərinin iştirakı ilə poeziya günü, qədim musiqi alətləri ansamblının konserti, ədəbi-musiqili kompozisiya, tanınmış incəsənət xadimlərinin çıxışları daxildir. Tədbirlər Molla Pənah Vaqifin Muzey-Məqbərə Kompleksində, görkəmli şairə, Qarabağ xanlığının sonuncu şahzadəsi Xurşidbanu Natəvanın evində, Mehmandarovların Malikanə Kompleksində, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialında keçirilir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26

