Kahramanmaraşda tikilən Heydər Əliyev adına məktəb açılışa hazırdır
09.09.2024 [14:49]
2023-cü ilin dağıdıcı fevral zəlzələlərindən ən çox zərər çəkən Türkiyənin Kahramanmaraş vilayətində Azərbaycan məhəlləsinin tikintisi ilə bağlı fəal işlər davam edir.
AZƏRTAC xəbər verir ki, Kahramanmaraşda sosial və yaşayış obyektlərinin tikintisi layihəsi çərçivəsində Azərbaycan hökumətinin icra hakimiyyəti orqanının təmsilçisi qismində Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) çıxış edir. Buradakı “Azərbaycan” yaşayış massivinin ümumi sahəsi 32 hektardır və ümumi işlərin dəyəri 100 milyon ABŞ dolları məbləğində müəyyən edilib.
Hazırda tamamlama işləri aparılan yaşayış massivinin 11-ci və 12-ci məhəllələrinin ərazisində inşaat prosesi başa çatdırılıb, 7-ci və 8-ci məhəllələrin yerində isə bütün seysmik müqavimət tələbləri nəzərə alınmaqla yaşayış binalarının tikintisi davam etdirilir.
Bütövlükdə, layihə çərçivəsində 2, 3 və 4 otaqlı 1323 mənzildən ibarət 71 evin tikintisi nəzərdə tutulub.
Burada Heydər Əliyev adına ibtidai məktəb də tikilib istifadəyə verilib. Təhsil ocağının iyirmi ibtidai sinfi və hazırlıq şöbəsinin üç otağı yaxın günlərdə yüzlərlə uşağı qəbul edəcək.
İki qardaş ölkənin nümayəndə heyətlərinin iştirakı ilə məktəbin rəsmi açılışının sentyabrın 11-də keçirilməsi nəzərdə tutulub.
Təhsil müəssisəsinə bitişik ərazidə son abadlıq işləri başa çatdırılır, məktəbə dərs vəsaitləri və kitablar gətirilir.
Məktəbin nümayəndələri məlumat veriblər ki, təbii fəlakət zonasında yerləşən digər məktəblərdə şagird yeri çatışmazlığı səbəbindən Kahramanmaraşın digər təhsil müəssisələrindən uşaqların bir hissəsinin Heydər Əliyev adına ibtidai məktəbə köçürülməsi ilə tədris prosesini iki növbədə təşkil etmək mümkündür.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20

