149 yaşlı Azərbaycan mediası...
20.07.2024 [10:29]
“Əkinçi”dən başlayan və uğurla davam edən şərəfli yol
Mətbuat zaman-zaman dövrün reallıqlarına, inkişaf tendensiyalarına uyğun olaraq formaca müəyyən transformasiyalardan keçsə də, onun əsas qayəsi həmişə ictimai fikri daha mütərəqqi ideyalarla zənginləşdirib irəli aparmaq, cəmiyyəti maarifləndirmək, informasiya tələbatına ehtiyacı ödəmək olub. Hazırda Azərbaycan jurnalistləri özlərinin peşə bayramını qeyd etməyə hazırlaşırlar. Milli mətbuatımızın əsası görkəmli maarifçi-publisist, ictimai xadim Həsən bəy Zərdabinin misilsiz səyləri sayəsində ərsəyə gətirdiyi “Əkinçi” qəzetinin1875-ci il iyulun 22-də nəşrə başlaması ilə qoyulub. Ötən 149 il ərzində Azərbaycanın inkişafının bütün mərhələləri milli mətbuatımızın səhifələrində öz əksini tapıb.
Mətbuatımız böyük yol keçdiyi kimi, həm də böyük missiya yerinə yetirib. Əgər təşəkkül tapdığı ilk mərhələdə başda Həsən bəy Zərdabi olmaqla milli mətbuatımızın təmsilçiləri insanları xurafatdan uzaqlaşdırmaq, onları təhsilə cəlb etmək, cəmiyyəti maarifləndirmək uğrunda mücadilə edirdilərsə, bu gün vəziyyət tamam fərqlidir - həm texniki imkanlar genişlənib, həm də yeni çağırışlar yaranıb, daha sürətli, daha rəqabətqabiliyyətli və çevik mətbuata ehtiyac yaranıb.
Azad mətbuatın formalaşmasında Heydər Əliyevin müstəsna rolu
Hazırda ölkəlkər və ictimai fikrin formalaşmasında mühüm rolunu qoruyub saxlayan mətbuat üçün meyarlar dəyişib. Müasir dünyada demokratiya, insanların özlərini ifadə etmək azadlığı beynəlxalq dəyərləndirmələrdə ən önəmli komponentlər kimi nəzərə alınır. Müstəqil Azərbaycan da müasirləşmə xətti tutan ölkədir. Respublikamızda azad mətbuatın fəaliyyətinin stimullaşdırılması, bu məqsədlə dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla hüquqi əsasların yaradılması da məhz dövlətin qətiyyətli siyasi iradəsindən qaynaqlanır. Deyə bilərik ki, ölkəmiz dövlət-mətbuat münasibətlərində özünün identik nümunəsini təqdim edir. Belə ki, Azərbaycan dövləti bir tərəfdən mətbuatın inkişafını müxtəlif vasitələrlə dəstəkləyir, digər tərəfdən isə onlayn və çap mediasının üzərində hər hansı bir nəzarət mexanizmi tətbiq olunmur, əksinə rəqabətlilik, fikir plüralizmi təşviq edilir. O cümlədən insanların internet üzərindən və digər vasitələrlə mətbuata çıxış imkanları getdikcə genişlənir.
Əksər hallarda mətbuat bir güzgüyə bənzədilir. Ancaq bunu yalnız baş verən hadisələrin onlayn və çap mediası vasitəsilə cəmiyyətə ötürülməsi anlamında qəbul etmək doğru olmazdı. Biz belə deyərdik: Hər siyasi sestemin mövcudluğu dönəmində onun məqsədlərinə və xarakterinə uyğun mətbuat formalaşır. Bu fikrin təsdiqi kimi, müstəqilliyimizin ilk dönəmində milli mətbuatımızda yaşananları xatırlatmaq yerinə düşər. 1992-ci ilin mayında hələ müstəqilliyi kövrək olan respublikamızda qeyri-legitim hakimiyyət dəyişikliyi baş verdi və AXC - “Müsavat” komandası hakimiyyətə gəldi. “Həmin dövrün mətbuatı necə idi?” sualına yalnız təəssüf hissi ilə cavab vermək lazım gəlir. AXC-“Müsavat” iqtidarının dövründə mətbuatımız yaddaşlarda jurnalistlərin təqib edilməsi və hətta birbaşa efirdə döyülməsi ilə yadda qaldı. Elə imzalanan sənədlər də əslində media azadlığının məhdudlaşdırılmasına hesablanmışdı. 16 aprel 1992-ci il tarixində mətbuat üzərində hərbi senzuranın yaradılması haqqında Fərman, 15 aprel 1993-cü il tarixində bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı Sərəncam imzalandı. Bu sənədlərdə KİV-lərin sərbəst fəaliyyət dairəsini daraltmağı, jurnalistlərin fəaliyyətinə nəzarəti artırmağı özündə ehtiva edən müddəalar yer alırdı. Təbii ki, bütün bunlar da son nəticədə medianın inkişafını əngəlləyir, jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetrimələrinə əngəllər yaradırdı.
AXC-”Müsavat” iqtidarının səriştəsiz idarəçiliyi 1993-cü ilin yayında gənc müstəqil Azərbaycanı vətəndaş qarşıdurması ilə üz-üzə qoydu. Belə bir şəraitdə xalq qətiyyətlə siyasi hakimiyyətin dəyişməsini istədi və böyük siyasətçi Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlməsini təkidlə tələb etdi. Vətənini çox sevən Heydər Əliyev xalqın təkidli tələbini qəbul edərək ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəldi.
Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə milli mətbuatımızın inkişafına yeni yanaşma sərgilədi və burada qlobal miqyasda cəmiyyətlərin demokratikləşməsinin önə çəkilməsini nəzərə aldı. Heydər Əliyev müstəqil Azərbaycanı demokratik dünyanın bir hissəsi kimi görürdü və Onun mətbuatla bağlı aldığı qərarlar da buna hesablanmışdı. Prezident Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə senzuranın ləğv olunması KİV-lər üçün yeni dövr açdı. Bununla yanaşı, 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” Qanunun qəbulu media təsisatlarının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu, 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Digər çoxsaylı faktları da sadalamaq mümkündür. Bütün bunlar, çox doğru olaraq Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilir. O da qeyd edilməlidir ki, mətbuat təmsilçiləri Heydər Əliyevin hərtərəfli diqqət və qayğısına cavab olaraq Onu “Jurnalistlərin dostu” seçiblər.
Milli mətbuatın inkişafına göstərilən dəstək
İnternet dövrü, dünyada geniş vüsət alan qloballaşma prosesləri mətbuatın inkişafı, informasiya bolluğunun təmin edilməsi üçün geniş imkanlar açdığı kimi, milli mətbuatlara təzyiqləri də artırıb. Belə bir şəraitdə Azərbaycan dövlətinin siyasəti həm KİV-lərin texnoloji inkişafın yaratdığı imkanlardan daha geniş şəkildə bəhrələnmələrinə şərait yaratmaqdan, həm də milli mətbuatın qloballaşmanın təzyiqlərindən qorunmasına hədəflənib.
İndiki mərhələdə milli mətbuatımızın inkişafında dövlət dəstəyi mexanizmlərinin, institusional təsisatların təkmilləşdirilməsinin önəmini ayrıca qeyd etmək lazımdır. Məlum olduğu kimi, Prezident İlham Əliyev 12 yanvar 2021-ci il tarixində “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsaən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. Müvafiq sahənin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək, aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək Medianın İnkişafı Agentliyinin əsas fəaliyyət istiqamətləridir.
Medianın inkişaf perspektivinin daha da genişlənməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi də ən əhəmiyyətli məsələlərdən idi - 2021-ci ilin dekabrında ölkəmizdə “Media haqqında” yeni Qanun qəbul olunub. Qanunda indiki dövrün qlobal çağırışları, ölkəmizin hazırkı inkişaf mərhələsinin reallıqları, dövlətin informasiya siyasəti və s. mühüm məqamlar nəzərə alınıb.
Hazırda milli mətbuatımızın inkişaına dövlət dəstəyinin mühüm bir istiqamətini jurnalistlərə qayğı göstərilməsi təşkil edir. Onların peşə fəaliyyətlərinin obyektiv prinsiplər əsasında qiymətləndirilərək fəxri adların verilməsi, sosial müdafiələrinin təşkili davamlı olaraq diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə jurnalistlər üçün tikilən binalar onlara paylanılıb. Bütövlükdə, Azərbaycan mətbuatı dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalaması bu reallığın növbəti təsdiqi kimi tarixə yazıldı. Prezident İlham Əliyev dəfələrlə “Jurnalistlərin dostu” seçilib.
Yeni çağırışlar media müstəvisində
Dövrün nəbzini tutmaq bütün zamanlarda mətbuatın əsas funksiyaları sırasında olub. Hazırda da Medianın İnkişafı Agentliyi müasir çağırışların media müstəvisində əks olunmasını təşviq edir. Cari il ölkəmizin BMT-nin ən böyük tədbirlərindən biri olan COP29-a evsahiblyi etməsi ilə əlamətdar olacaq. Dünyadakı hazırkı reallıqlar, xüsusilə də qlobal istiləşmə fonunda iqlim çağırışları bütün ölkələr üçün çox mühüm gündəliyə çevrilib. Azərbaycanın COP29 tədbirinə ev sahibliyi hüququnu öz öhdəsinə götürməsi ölkəmizin məsuliyyətinin və həssas yanaşmasının təzahürüdür. Medianın İnkişafı Agentliyi də iqlim çağırışlarının milli media müstəvisində geniş şəkildə əks olunması üçün müxtəlif tədbirlər reallaşdırır. Məsələn, Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə COP29 ideyalarının yerli auditoriyaya çatdırılmasında aktiv iştirak edəcək jurnalistlər üçün silsilə təlimlər çərçivəsində “COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda iki günlük təlim keçirilib. Həmin təlimdə mütəxəssislərin iştirakı ilə müvafiq mövzuda geniş fikir mübadiləsi aparılıb, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

