Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan əlaqələri xalqlarımızın iradəsindən güc alır
31.08.2024 [11:22]
Gündən-günə genişlənən və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Qırğızıstan əlaqələri tarixən dostluq şəraitində yaşamış və bir-birinə qırılmaz tellərlə bağlı olan xalqlarımızın iradəsindən, bir-birinə bəslədiyi qarşılıqlı hörmətdən güc alır.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarova bu ölkənin Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Dövlətimizin başçısı vurğulayıb ki, Sadır Japarovun rəhbərliyi ilə icra olunan irimiqyaslı proqramlar və layihələr qardaş Qırğızıstanın hərtərəfli inkişafına, qırğız xalqının sosial-iqtisadi tərəqqisinə və rifahına xidmət edir.
“Dövlətlərarası münasibətlərimizin ötən dövr ərzində birgə səylərimizlə inkişaf edərək yeni mərhələyə qədəm qoyması məmnunluq doğurur. Şübhəsiz, qarşılıqlı səfərlərimiz və mütəmadi görüşlərimiz bunun üçün yaxşı şərait yaratmışdır”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
Bu gün ölkələrimiz arasında bir sıra sahələrdə, xüsusilə də ticarət, iqtisadiyyat, investisiya və nəqliyyat sahələrində əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev deyib: “Əminəm ki, qardaş xalqlarımızın rifahı naminə birgə səylərimizlə mövcud tərəfdaşlıq potensialının reallaşdırılmasına, ənənəvi dostluq əlaqələrimizin və səmərəli işbirliyimizin daha da genişlənməsinə nail olacağıq”.
Azərbaycan Prezidenti, həmçinin qırğız həmkarının iyulun əvvəlində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Şuşaya səfərini və apardıqları müzakirələri yüksək qiymətləndirib.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59

