Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Əbədiyyətə qədər yaşayacaq müstəqilliyimiz!

Əbədiyyətə qədər yaşayacaq müstəqilliyimiz!

18.10.2024 [07:49]

Dünyada xalqların sayı yüzlərlədir. Ancaq onların heç də hamısına özlərinin milli dövlətlərini qurmaq nəsib olmayıb. Azərbaycan xalqı isə nə xoşbəxtdir ki, onun müstəqil dövləti var. Hazırda ay-ulduzlu bayrağımız Birləşmiş Millətlər Təşkilatının (BMT) və digər beynəlxalq qurumların iqamətgahları önündə əzəmətlə dalğalanaraq bizlərə sonsuz qürur hissi yaşadır. Bu gün Azərbaycan hədəflərinə doğru inamla irəliləyən, milli maraqlarını qətiyyətlə qoruyan dövlətdir. Ölkəmizə və onun Liderinə bütün dünyada böyük hörmət bəslənilir.

Bir əsrdə iki dəfə qazanılan müstəqillik

Müstəqil dövlət qurmaq ideyası Azərbaycan xalqının təsəvvüründə həmişə möhkəm yer tutub. Əcdadlarımız tarixin müxtəlif dönəmlərində ayrı-ayrı adlar altında öz dövlətlərini qurublar və sərhədlərimizi genişləndiriblər. Fəqət istilalarla, dövlətçiliyimizin itirilməsi ilə üzləşdiyimiz hallar da çox olub. Azərbaycanın əlverişli coğrafi mövqeyi, zəngin sərvətləri, gözəl təbiəti həmişə yadellilərin maraq dairəsində olub. Tariximizin son 200 ilində isə daha dəhşətli faciələrlə üzləşmişik, torpaqlarımız iki yerə bölünüb. Bununla belə, müstəqil dövlət qurmaq ideyası həmişə xalqımızın qəlbində olub.

Dövlətçilik ənənələrimizin bərpası baxımından XX yüzillik xüsusilə əlamətdar olub. Belə ki, ötən yüzillikdə Azərbaycan xalqı iki dəfə müstəqil dövlət qurmağa nail olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması xalqımızın zəngin dövlətçilik tarixində mühüm bir mərhələni təşkil edir. Əslində, AXC-nin bəyan edilməsi 1828-ci ildə baş tutan işğaldan sonra xalqımızın itirilmiş dövlətçiliyinin bərpası yolunda atılmış çox mühüm addım idi. Çox doğru olaraq vurğulanır ki, əgər həmin dönəmdə birinci respublika qurulmasa idi, bu gün müstəqil Azərbaycandan   danışmaq da mümkün olmazdı. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika idi. AXC dövlət quruculuğunda, idarəetmədə bir sıra yeni, mütərəqqi ənənələrin əsasını qoyub. Ancaq AXC-nin ömrü uzun olmadı-cəmi 23 ay yaşadı və 1920-ci il aprelin 28-də süqut etdi.

Sonrakı mərhələdə respublikamız təxminən 70 il keçmiş SSRİ-nin tərkibində yaşasa da, xalqımız müstəqillik ideyalarını heç vaxt unutmadı və müstəqil dövlətini qurmağa çan atdı. Belə tarixi fürsət isə ötən əsrin doxsanıncı illərinin əvvəlində yarandı. Ali Sovet 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Bu, tarixi bir qərar idi. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında” qanun təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.

Azərbaycanın müstəqilliyini qoruyan və onu əbədi edən tarixi şəxsiyyət - böyük siyasətçi Heydər Əliyev

Böyük siyasətçi Heydər Əliyev belə bir fikri dəfələrlə əsaslandırıb ki, müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində müstəqilliyimizin bərpasında və sonrakı mərhələdə onun qorunmasında Heydər Əliyevin müstəsna rolunu xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, Heydər Əliyev uzun illər ərzində sovet Azərbaycanına rəhbərlik edib və keçmiş ittifaqda mərkəzi hakimiyyətdə yüksək vəzifələr daşıyıb. Sovet hakimiyyəti illəri sərt ideoloji buxovları ilə fərqlənirdi. Həmin dövrdə vəzifə sahiblərinin milli təəssübkeşliyi dərhal millətçilik kimi sərt damğa ilə qiymətləndirilirdi. Heydər Əliyevin böyüklüyü ondadır ki, o, ideoloji buxovlara baxmayaraq, Axərbaycan xalqında milli özünüdərk ideyasının güclənməsinə xidmət edən fəaliyyətlər həyata keçirməyə nail oldu. Məhz bunun nəticəsi idi ki, ötən əsrin doxsanıncı illərinin əvvəllərində tarixi şərait yetişəndə xalqımız yumruq kimi birləşərək meydanlarda  “Azadlıq”, “Müstəqillik” şüarlarını ucadan səsləndirdilər. Xalq müstəqillik uğrunda mücadiləyə daxilən hazır idi. Həmin dövrdə Heydər Əliyev Naxçıvanda müstəqilliyimizə aparan yolun başlanğıcını qoydu. Muxtar Respublikanın Ali Sovetinin17 noyabr 1990-cı il tarixində çağrılan sessiyasına sədrlik Heydər Əliyevə həvalə olunmuşdu. Həmin sessiyada Heydər Əliyevin cəsarəti, milli təssübkeşliyi, xalqına bağlılığı bütün cəhətləri ilə bir daha özünü büruzə verdi. Sessiyada Onun təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı. Bir qədər sonra-1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi. Eyni zamanda, Heydər Əliyevin çağırışı ilə Naxçıvanın  1991-ci il martın 17-də keçmiş sovet ittifaqının saxlanması ilə bağlı keçirilən referenduma qatılmaması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırdı, insanlarda qarşısıalınmaz mübarizə əzmi yaratdı.

Sonradan Heydər Əliyev respublikamızın ötən əsrin 90-cı illərinin əvvəllərində XX yüzillikdə ikinci dəfə əldə etdiyi müstəqilliyini qorumaq missiyasını yerinə yetirdi. Həmin dönəmdə qeyr-qanuni yollarla hakimiyyətə gələn AXC - “Müsavat” cütlüyü yarıtmaz, səriştəsiz idarəçilik səbəbindən ölkəni uçurumun astanasına gətirib çıxartmışdı. Azərbaycan, sözün əsl mənasında, ölüm, ya qalım dilemması ilə üz-üzə idi. Vəziyyət o qədər ciddi hal almışdı ki, hətta müstəqilliyimiz də əldən gedə bilərdi. Həmin böhranlı günlərdə xalq son ümidini sınanmış oğlu Heydər Əliyevə bağlayaraq təkidlə Onun Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini tələb etdi. Bütövlükdə Azərbaycanın inkişaf salnaməsini yazan Heydər Əliyev bu dəfə də xalqının yanında olmağa qərar verərək 1993-cü il iyunun 9-da Bakıya gəldi və çətin vəziyyətə düşmüş ölkəyə rəhbərlik etməyə başladı. Bununla da Azərbaycanın qurtuluş tarixi başladı, müstəqilliyimiz qorundu.

Müstəqil Azərbaycanın ən böyük nailiyyəti

2003 - cü ildən etibarən müstəqil dövlətimizin sükanı Prezident İlham Əliyevin əlindədir. Dövlətimizin başçısı Heydər Əliyev ideyalarına sadiq qalmaqla Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, ümummilli ideyalarımızın reallaşması, ölkəmizin inkişafı, xalqın rifah halının yaxşılaşması naminə uğurlu siyasət həyata keçirir. Prezident İlham Əliyevin bildirdiyi kimi,  ölkəmiz bu gün nəhəng regional və qlobal layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Azərbaycan özünün milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür və dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır.

Müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı ən böyük uğur isə heç şübhəsiz ki, öz gücünə 2020-ci ildə ərazi bütövlüyünü, 2023-cü ildə isə suverenliyini tam təmin etməsidir. Artıq Şuşa, Xankəndi, Xocalı da daxil olmaqla respublikamızın bütün ərazisində Azərbaycan Bayrağı əzəmətlə dalğalanır. 2024-cü ildə baş tutan Prezident və parlament seçkiləri suveren Azərbaycanın bütün ərazilərində keçirilməsi ilə əlamətdar oldu.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 394 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31