Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq konfransın iştirakçılarını qəbul edib
14.03.2013 [15:49]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda Qəbələdə keçirilmiş Beynəlxalq konfransın iştirakçılarını qəbul edib.
Ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın önəmini qeyd edən Prezident İlham Əliyev Azərbaycanda “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda keçirilən konfransı bu əlaqələrin mühüm göstəricilərindən biri kimi qiymətləndirib. Dövlətimizin başçısı ölkələrimizdə fövqəladə hallarla məşğul olan müvafiq qurumların bir-birinə qarşılıqlı dəstək vermələrinin vacibliyini vurğulayıb. Fövqəladə Hallar nazirliklərinin təhlükələrin, fəlakətlərin qarşısını alınması və onların nəticələrinin aradan qaldırılması baxımından çox mühüm vəzifəni yerinə yetirdiyini qeyd edən Prezident İlham Əliyev əhalini mümkün risklərin qarşısının alınmasına hazırlamağın hər bir cəmiyyət üçün mühüm amil olduğunu deyib.
Ölkəmizdə son bir neçə ildə baş vermiş təbii fəlakətlərə, daşqınlara və zəlzələlərə toxunan dövlətimizin başçısı qeyd edib ki, daşqınlar zamanı 10 minlərlə insan evsiz-eşiksiz qalıb, 100 min hektardan çox ərazi sel suları altında qalıb. Fövqəladə Hallar Nazirliyinin peşəkar fəaliyyəti sayəsində həmin hadisələr zamanı sakinlər fəlakət zonasından köçürülüb, operativ şəkildə müvəqqəti yaşayış məntəqələri salınıb və orada səhiyyə, iaşə və digər xidmətlər təşkil olunub. Ən başlıcası isə insan tələfatına yol verilməyib. Azərbaycanın şimal bölgələrində baş vermiş zəlzələ zamanı 3 mindən çox evin, çoxlu sayda məktəbin və digər obyektlərin dağıldığını deyən dövlətimizin başçısı fəlakətdən dərhal sonra zəlzələ zonasında genişmiqyaslı tikinti işlərinə başlandığını və dağılmış bütün evlərin, sosial obyektlərin dövlət vəsaiti hesabına tikildiyini, bu prosesin davam etdirildiyini vurğulayıb.
Təbii fəlakətlər zamanı ölkələrin müvafiq qurumlarının əlaqəli şəkildə işləmələrinin vacibliyini vurğulayan Prezident İlham Əliyev bu cür hadisələr zamanı Fövqəladə Hallar nazirliklərinin birgə fəaliyyət göstərmələrinin önəmini xüsusi qeyd edib.
Ölkəmizdə Fövqəladə Hallar Nazirliyi yaradılarkən qarşıya qoyulan məqsədin həm Azərbaycanda baş verən fəlakətlərin aradan qaldırılması, həm də qonşu və dost ölkələrə yardım göstərilməsindən ibarət olduğunu vurğulayan dövlətimizin başçısı son illər bir sıra ölkələrdə baş vermiş fövqəladə hadisələr zamanı xilasetmə, bərpa və yardım işlərində Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin yaxından iştirak etdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev bu konfransın Azərbaycanda keçirilməsinin tədbir iştirakçılarının ölkəmizlə daha yaxından tanış olması baxımından əhəmiyyətini də qeyd edib.
Azərbaycan hökumətinin dəvəti ilə ölkəmizə səfər etmələrindən məmnunluğunu ifadə edən Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Navaf əl-Sleybi yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduqlarını deyib. Prezident İlham Əliyevin dəstəyi ilə Fövqəladə Hallar Nazirliyinin ən yaxşı modellərindən birinin Azərbaycanda yaradıldığını vurğulayan Navaf əl-Sleybi bu təcrübədən istifadə etməyin önəmini diqqətə çatdırıb. Azərbaycanın Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə fəal əməkdaşlıq etdiyini deyən qonaq Qəbələdə yüksək səviyyədə təşkil olunmuş konfransın əməkdaşlığın perspektivlərini müzakirə etmək baxımından yaxşı fürsət yaratdığını deyib.
Sonda Navaf əl-Sleybi dövlətimizin başçısına Beynəlxalq Mülki Müdafiə Təşkilatının xatirə hədiyyəsini təqdim edib.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

