/ / Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin təsisçisi və direktorlar şurasının sədrini qəbul edib
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin təsisçisi və direktorlar şurasının sədrini qəbul edib
02.06.2025 [15:08]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və direktorlar şurasının sədri Məhəmməd Əbunəyyanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əməkdaşlığın bir çox sahələrdə, o cümlədən enerji və bərpaolunan enerji sahələrində inkişafından məmnunluq bildirildi.
Ölkəmizlə “ACWA Power” şirkəti arasında uğurlu layihələrin həyata keçirildiyi vurğulandı. Bu şirkətin Qafqaz regionunun ən böyük külək elektrik stansiyası olacaq Xızı-Abşeron külək elektrik stansiyası layihəsini inkişaf etdirməsinin əhəmiyyətinə toxunuldu.
Vurğulandı ki, “ACWA Power” ölkəmizdə dəniz suyunun duzsuzlaşdırılması üzrə tenderin qalibi olub və hökumətlə müqavilə şərtlərinin razılaşdırılmasının son mərhələsidir. Qısa müddət ərzində son müqavilə sənədlərinin imzalanması və suyun duzsuzlaşdırılması zavodunun tikintisinə başlanılması ilə bağlı hazırlıq işləri barədə fikir mübadiləsi aparıldı.
Qonaq Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, həmçinin Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin yüksək səviyyədə keçirilməsi ilə bağlı təbriklərini çatdırdı.
Məhəmməd Əbunəyyan Azərbaycan Prezidentinin və Səudiyyə Ərəbistanı Kralının dünyada baş verən hadisələrlə bağlı böyük liderlik nümunəsi göstərdiklərini dedi. O, Səudiyyə Ərəbistanı Krallığından ölkəmizə yatırılan investisiyalara dövlətimizin başçısı tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirdi.
Söhbət zamanı gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu.
Xəbər lenti
Hamısına baxİdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34

