/ / Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin gömrük və ticarət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin gömrük və ticarət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
03.10.2015 [10:59]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Türkiyə Respublikasının gömrük və ticarət naziri Cenap Aşçının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iki ölkənin gömrük orqanları arasında birgə komissiyanın yaradılması ilə bağlı qəbul edilən qərara uyğun olaraq bu gün Bakıda komissiyanın ilk toplantısının keçiriləcəyini vurğulayan nazir Cenap Aşçı bildirib ki, dövlət başçıları səviyyəsində qəbul edilən qərarların icrasının reallaşdırılması qarşıda duran vəzifələrdən biridir.
Prezident İlham Əliyev Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantılarının məzmunlu olduğunu və orada qəbul edilən bütün qərarların icrasının önəmini qeyd edib. İki ölkənin gömrük orqanlarının birgə komissiyasının fəaliyyətə başlamasının əhəmiyyətinə toxunan dövlətimizin başçısı komissiyanın iclasında bu sahə ilə bağlı müxtəlif məsələlərin müzakirə ediləcəyinə, qarşılıqlı təcrübə mübadiləsinin aparılacağına ümidvar olduğunu bildirib.
Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırlayan Cenap Aşçı Türkiyənin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində çox yaxşı əlaqələrə malik olduğunu vurğulayaraq bu sahədə ölkələrimiz arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının hər iki tərəf üçün böyük əhəmiyyət daşıdığını deyib.
Ölkələrimizin bütün məsələlərdə bir-birini daim dəstəklədiyini deyən dövlətimizin başçısı digər sahələrdə olduğu kimi, gömrük orqanları arasında əməkdaşlığın da yüksək səviyyədə olmasının önəmini qeyd edib. Dünyada gedən maliyyə-iqtisadi böhran şəraitində ölkələrimizin gömrük orqanları qarşısında mühüm vəzifələrin dayandığını deyən Prezident İlham Əliyev iqtisadi böhranın nəticələrinin araşdırılması, təhlili və gömrük orqanlarının işinin təkmilləşdirilməsində birgə fəaliyyət göstərməyin vacibliyini qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

