Azərbaycan Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır
02.05.2009 [13:07]
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 28-də Brüsseldə Avropa Siyasi Mərkəzində (ASM) “Azərbaycan: Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaş” mövzusunda görüşü olub. Görüşü mərkəzin rəhbəri Hans Martens açaraq deyib: “Hörmətli qonaqlar və mərkəzin üzvləri, mən sizi salamlayıram. Bu gün keçirilən görüşə xoş gəlmisiniz. Hazırkı görüş “Şərq tərəfdaşlığı” çərçivəsində Avropa Siyasi Mərkəzi tərəfindən yenicə başlanmış layihədir. Bildiyiniz kimi, “Şərq tərəfdaşlığı” Avropa İttifaqının Şərqdə yerləşən ölkələrlə, o cümlədən Cənubi Qafqaz regionundakı dövlətlərlə münasibətlərin daha da inkişaf etdirilməsinə yönəlmişdir. Beləliklə, biz bir sıra müxtəlif məsələləri, nəinki Avropa İttifaqına, o cümlədən digər ölkələrə aid enerji təhlükəsizliyi, miqrasiya və regional təhlükəsizliklə bağlı məqamları, idarəçilik məsələlərini nəzərdən keçirəcəyik. Fikrimcə, aparılacaq müzakirələr bizi maraqlandıran məsələlərə aydınlıq gətirəcəkdir. Azərbaycana gəldikdə, hesab edirəm ki, bu ölkənin get-gedə artan strateji əhəmiyyəti haqqında söhbət açsaq heç də yanılmarıq. Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri uzun illər ərzində inkişaf etmişdir. 1996-cı ilin aprel ayında Azərbaycan ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalanmışdır. Lakin, təbii ki, Avropa İttifaqının Qonşuluq Siyasəti də mövcuddur. Bununla belə, qeyd etməliyəm ki, “Şərq tərəfdaşlığı” Proqramı Azərbaycanı Avropa İttifaqına daha da yaxınlaşdıracaqdır. Eyni zamanda, nəinki neft və qaz hasilatı, o cümlədən enerji daşıyıcılarının tranziti xüsusi maraq kəsb edən məsələlərdəndir və Nabukko layihəsi də bu baxımdan nəzərdən keçirilməlidir. Neft sənayesi Sizin ölkənizdə gözəçarpan dərəcədə inkişaf edib və zənnimcə, iqtisadi baxımdan Azərbaycan daha yaxşı mövqedədir. Biz bu gün həmin məsələlər haqqında məlumatları məhz Sizdən almaq istərdik. Hazırda, bir çox yeni hadisələr baş verir və çox güman ki, biz Dağlıq Qarabağ münaqişəsi haqqında da danışacağıq. Bununla belə, nəyin baş verdiyini bilmək məqsədi ilə, biz birbaşa Sizdən məlumat almaq fikrindəyik. Hesab edirəm ki, həmin məsələləri Prezident Əliyevdən yaxşı heç kəs bilmir. Beş ildən sonra biz burada yenidən Prezident Əliyevlə görüşürük. Həmin vaxtdan etibarən, bir çox mühüm dəyişikliklər baş vermişdir. Cənab Prezident, Sizə minnətdarıq ki, bu gün vaxt tapıb bizimlə görüşürsünüz. İştirakçılara dövlət başçısının tərcümeyi-halı paylanıb. Mən sadəcə qeyd etmək istəyirəm ki, cənab Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Müxtəlif sahələrdə çalışmış, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işləmişdir. Bu şəxs böyük siyasi yol keçmişdir. Bir neçə dəfə parlamentə seçilmiş, 2003-cü ilin avqust ayında Baş nazir vəzifəsində işləmiş, həmin ildə Prezident vəzifəsinə seçilmişdir. Bu yaxınlarda o, yenidən bu vəzifəyə seçilmişdir. Bu, qısaca giriş sözü idi. Diqqətinizə görə minnətdaram. İndi isə, söz Sizə verilir, cənab Prezident. Biz Azərbaycan haqqında çıxışınızı böyük maraqla gözləyirik”.
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edib: “çox sağ olun. Mən ilk öncə sizinlə bu gün bir daha görüşmək məqsədi ilə aldığım dəvətə görə minnətdarlığımı bildirmək istəyirəm. Əvvəlcə qeyd edildiyi kimi, beş il bundan öncə biz bir-birimizlə görüşmək imkanını əldə etdik. Mən həmin vaxt əsasən planlarımız, Azərbaycanın gələcəyi və inkişafı ilə bağlı fikirlərimiz haqqında danışmışdım. Həmin görüş 2003-cü ildə prezident seçkilərindən bir il sonra baş tutmuşdu. O vaxt, bizim bir çox planlarımız və gözlədiyimiz nəticələr var idi. Bu gün isə mən sizi bir daha görməyimə və bu vaxt çərçivəsində Azərbaycanda əldə etdiyimiz nailiyyətlər haqqında məlumatları sizinlə bölüşməyimə şadam. Şərhlərimdə qısa olmağa çalışacağam, çünki inkişafın bütün sahələrinə toxunsaq, bir neçə saat tələb olunacaqdır. ümumiyyətlə, son beş il ərzində Azərbaycanın inkişafı çox uğurlu olmuşdur. Biz ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirmişik. Biz artıq elə bir iqtisadiyyat yaratmışıq ki, o, enerji amilindən ciddi şəkildə asılı deyil. İqtisadi islahatlar siyasəti və enerji strategiyamız nəticəsində, biz dünyada görünməmiş iqtisadi artıma nail olmuşuq. ötən beş il ərzində ölkədə ümumi daxili məhsul (üDM) 2,6 dəfə, sənaye istehsalı isə 2,5 dəfə artmışdır. Yoxsulluq səviyyəsində yaşayan insanların sayı 49 faizdən 13 faizə qədər azalmışdır. Beş il ərzində büdcə xərcləri on dəfədən çox artmışdır. Biz sosial infrastruktura, təhsil, səhiyyə və informasiya texnologiyalarının inkişafına böyük sərmayələr yatırmışıq. özəl sahibkarlığın dəstəklənməsi məqsədi ilə bir çox işlər görülmüşdür. Bu gün iqtisadiyyatımızın 85 faizi özəl sektorun payına düşür. Onu da qeyd edim ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanda özəl sektor sıfır dərəcəsində idi. ölkənin sürətli iqtisadi inkişafı siyasi islahatlar da aparmağa imkan yaratdı. Tam əminəm ki, güclü siyasi dəyişikliklər olmadan, iqtisadi nailiyyətlər əldə etmək mümkün deyil. Biz ölkədə möhkəm siyasi sistem yaratmışıq, qanunun aliliyini və cəmiyyətimizin daha da demokratikləşməsini təmin edirik. Bütün bunlar, o cümlədən iqtisadi islahatlar daim diqqət mərkəzimizdədir. Başqa sözlə desək, Azərbaycanda iqtisadi və siyasi islahatlar son beş il ərzində paralel şəkildə aparılmışdır. Bunlar bir-birini tamamlamışdır. Bunun nəticəsində biz hazırda davamlı iqtisadi inkişafa nail olmuşuq.
Azərbaycanda siyasi vəziyyət çox sabitdir. Həyata keçirdiyimiz tədbirlər xalqımızın tam dəstəyini qazanmışdır. Bu dəstək siyasi və iqtisadi islahatların həyata keçirilməsi üçün möhkəm zəmin yaradır. Xarici siyasətə gəldikdə isə bu sahədə əldə etdiyimiz uğurlar ölkəmizə dünyada yeni dostlar qazandırmışdır. Xarici siyasətimiz aydın, proqnozlaşdırılan siyasətdir. Azərbaycan etibarlı tərəfdaş olduğunu sübuta yetirib. Bütün dünyada, o cümlədən Avropada biz müxtəlif ölkələrlə çox möhkəm əlaqələr qurmuşuq. Hazırda Avropa İttifaqının üzvü olan ölkələr Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır. İxracımızın böyük hissəsi Avropa İttifaqı ölkələri ilə bağlıdır. Biz Azərbaycanda infrastruktur və xidmət sahəsinə böyük sərmayələr yatırmışıq. özəl sahibkarlığa dəstək veririk. Bu il özəl sektorun dəstəklənməsinə 150 milyon dollar məbləğində uzunmüddətli güzəştli kreditlər ayrılacaqdır. Bəzən inkişafımız və əldə etdiyimiz nailiyyətlər neft və qaz amili ilə izah edilir. Bu, qismən həqiqətdir. Lakin biz, eyni zamanda, insan kapitalına böyük həcmdə sərmayə qoyuruq. Əgər belə demək olarsa, neft və qaz amili bizim üçün hədiyyə deyil. Biz bu sahədə çox cəsarətli enerji siyasətini həyata keçirməklə böyük uğurlara nail olmuşuq. Neft və qaz yataqlarının işlənilməsinə böyük sərmayələr yatırmışıq, xarici investorları cəlb etmişik, münbit biznes mühiti yaratmışıq. Biz bəzən xülya kimi görünən layihələri reallığa çevirmişik. çox ağır geosiyasi şəraitdə 90-cı illərin ortalarında biz bu gün Azərbaycanın rifahına xidmət edən nəhəng transmilli enerji layihələrini həyata keçirdik. Enerji sahəsində şaxələndirmə siyasəti Avropanın enerji təhlükəsizliyi işinə töhfə verir. Buna görə də, bəzən neft və qaz amili iqtisadi uğurlarımızın yeganə mexanizmi kimi təqdim edilir. Duzdür, bu amil əlavə nailiyyətlərin əldə edilməsi üçün imkan yaradır. Lakin bu uğurlar bizim tərəfimizdən yaradılmışdır. Bu, bizim uğurumuzdur. Mən iqtisadi və maliyyə böhranı ili kimi xarakterizə edilən il üçün iqtisadi göstəricilərimiz barədə də sizə məlumat vermək istərdim. Bu ildə neft qiymətləri üç-dörd dəfə aşağı düşmüşdür. Buna baxmayaraq, iqtisadiyyatımız inkişaf edir. Cari ilin birinci rübündə Azərbaycanda iqtisadiyyatın artımı 4,1 faiz səviyyəsində olmuşdur. Milli valyutamız sabitdir. ölkənin ümumi inkişafı çox müsbətdir. Bu ilin ilk üç ayı ərzində iqtisadiyyatımızın qeyri-neft sektoru təqribən 14 faiz artmışdır. Bu, aydın şəkildə onu göstərir ki, iqtisadi inkişafımızın əsas səbəbi apardığımız iqtisadi islahatlar, eləcə də iqtisadi təşəbbüslər, bütün səylərimizin səfərbər edilməsi, əsas diqqətin sosial məsələlərə yetirilməsi və iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsidir. 2008-ci ildə Azərbaycanın Dünya Bankı tərəfindən “Doing Business” hesabatında bir nömrəli islahatçı ölkə kimi elan edilməsi bütün bunların göstəricisidir. Bu o deməkdir ki, biz bütün ölkələr arasında islahatlara görə birinci yerdəyik. Bu qiymət ciddi iqtisadi islahatlar nəticəsində qazanılmışdır. Biz enerji sektorunun maliyyə sistemində yüksək dərəcəli şəffaflığa nail olmuşuq. Azərbaycanın Dövlət Neft Fondu tam şəffaf strukturdur. Bu qurum toplanmış kapital barədə ictimaiyyət qarşısında dövri hesabatlarla çıxış edir. Onun fəaliyyəti beynəlxalq səviyyədə auditdən keçir. Birləşmiş Millətlər Təşkilatı 2007-ci ildə Azərbaycanın Dövlət Neft Fondunu şəffaflıq mükafatı ilə təltif etmişdir. Bir sözlə, bütün bunlar ölkəmizin iqtisadi inkişafını xarakterizə edən məqamlardır. Enerji sahəsinin inkişafı və bu sahədə siyasətə gəldikdə, son bir neçə il ərzində biz əsas boru kəmərlərinin tikintisini başa çatdıra bildik. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərini çəkdik. Ondan əvvəlki dövrdə tikdiyimiz boru kəmərlərini əlavə etsək, qeyd edə bilərik ki, bu şəbəkə Azərbaycana öz enerjidaşıma marşrutlarını tam şəkildə şaxələndirməyə imkan yaradır.
Hazırda neft hasilatı artır. ümid edirik ki, bu il Azərbaycanda hasil edilən neftin həcmi 45-50 milyon ton olacaqdır. Qaz yataqlarında xeyli inkişafa nail olmuşuq və bu gün Azərbaycan qazı müxtəlif istiqamətlərdə nəql olunur. Deyə bilərik ki, enerji siyasətində əsas məqsədlərə nail olmuşuq. Buna görə biz özümüzü kifayət dərəcədə rahat hiss edirik. Növbəti addımlarımız bu siyasətin davam etdirilməsinə yönəlməlidir. Qarşıdakı mərhələdə yeni bazarlar haqqında düşünməliyik və Azərbaycandan karbohidrogen ehtiyatlarının davamlı şəkildə nəqli üçün tərəfdaşlar, şirkətlər və ölkələrlə birgə işləməliyik. Hesab edirəm ki, ötən illər ərzində gördüyümüz işlər bu gün, xüsusən Avropada müzakirə olunan layihələrə yaxşı təkan verir. Bu layihələr Avropaya təchizat marşrutlarının şaxələndirilməsinə imkan yaradacaqdır. Bütün bunlar üçün iştirakçılar - hasilatçılar, tranzit ölkələri, istehlakçılar arasında olan münasibətlər uğurla nəticələnməlidir. Hər üç tərəfin maraqları təmin edilməlidir. İstehlakçılar üçün şaxələndirmə yeni mənbə deməkdir. Bu, hasilatçı bir ölkə kimi bizim üçün yeni bazarlar deməkdir. Ətrafımızda bir çox bazarlar mövcuddur. Bizim karbohidrogen ehtiyatlarımıza ehtiyac daha da artır. Təbii ki, irəli sürülmüş hər bir təklifi biz kommersiya əsasları ilə nəzərdən keçiririk. Əlbəttə ki, qəbul etdiyimiz qərarlar müxtəlif amillərə əsalanır. Bizim üçün isə şaxələndirmə enerji daşıyıcılarının nəqletmə yollarının şaxələndirilməsi deməkdir. Bu günə qədər Azərbaycanın enerji siyasəti çox uğurlu olmuşdur. 90-cı illərin ortalarından bu günə qədər mümkün ola biləcək hər bir münasib vəziyyətin yaradılması üçün Azərbaycanda çox işlər görmüşük. Bizim Avropa İttifaqı ilə güclü əməkdaşlığımız var. 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəftaşlıq Memorandumunu imzalamışıq. Avropa İttifaqı bu baxımdan bizim strateji tərəfdaşımızdır. Buna görə də indi biz təchizatın şaxələndirilməsinə müəyyən maneə yaradan məsələləri həll etməliyik. Biz onları çox açıq və səmimi şəraitdə nəzərdən keçirməli və irəliyə doğru addımların atılması üzərində düşünməliyik. Bizim bu sahədə təcrübəmiz var, biz boru kəmərlərini çox mürəkkəb vəziyyətdə tikmişik. Dünyada ilk dəfə idi ki, Xəzər dənizinin karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxardıq. Texniki imkanlarımız var, bu cür boru kəmərlərini çəkmək asan məsələ deyil. çox mürəkkəb coğrafi relyef mövcuddur və dənizdəki yataqlarda nefti hasil etmək çətin işdir. Ona görə də biz, sadəcə, səylərimizi əlaqələndirməliyik və bütün iştirakçılar arasında enerji inkişafı sahəsində güclü tərəfdaşlıq ruhunu yaratmalıyıq.
Azərbaycan əməkdaşlığa dair bütün proqram və layihələri həyata keçirir. Bu işlər həm neft, həm qaz, həm də dəmir yolu sahəsində aparılır. Bütün bunlar Avropa ilə Asiya arasında daha geniş əməkdaşlıq və iqtisadi əlaqələrə zəmin yaradacaqdır. Əlbəttə ki, bu sahədə Azərbaycanın coğrafi mövqeyi mühüm rol oynayır. Lakin infrastrukturu olmayan coğrafi mövqe böyük əhəmiyyət kəsb etmir. Biz çox güclü daşıma infrastrukturunu, avtomobil və dəmir yollarını, hava xətlərini yaratmışıq, Xəzər dənizi donanmasını gücləndirmişik. Bütün bu intrastrukturla Xəzərin şərq sahilindən Azərbaycan ərazisi vasitəsilə göndərilən malların, xüsusən də karbohidrogenlərin həcmini dəfələrlə artırmaq mümkündür. Bütün bunlar tərəfdaşlıq və dostluq, eləcə də sülh və təhlükəsizlik şəraitində həyata keçirilməlidir.
Bəli, ölkəmizdə sabit vəziyyət mövcuddur. Lakin hamı bilir ki, regionumuzdakı potensial təhlükələr hələ ki, aradan qaldırılmayıbdır. Dondurulmuş münaqişələr adlandırılan münaqişələr, əslində dondurulmuş vəziyyətdə deyil. Son hadisələr bunu bir daha göstərdi. Buna görə də, ciddi şəkildə başa düşülməlidir ki, Cənubi Qafqazdakı münaqişələr həll olunmalıdır, xüsusən də Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır. Təxminən 20 ildir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bir milyon azərbaycanlı öz doğma yurd-yuvalarından qovulublar, etnik təmizləmə siyasəti nəticəsində onlar öz evlərini, mülkiyyətlərini və ümimiyyətlə, hər şeylərini itiriblər. Ərazimizin 20 faizi işğal altındadır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının və Baş Məclisinin işğalçı qüvvələrin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edən qətnamələri, ATƏT-in qərarları, sadəcə, kağız üzərində qalıb. Budur böyük problem. Dünyanın aparıcı beynəlxalq təşkilatları qərarlar qəbul edib, lakin həmin qərarlar icra olunmur və həmin qərarları pozan ölkələr cəzalandırılmır. Bu, nəinki bizim üçün, bütövlükdə beynəlxalq münasibətlər sistemi üçün təhlükədir. Bu, beynəlxalq ictimaiyyət qarşısında böyük çağırışdır. Azərbaycanın mövqeyi tam aydındır. Ərazi bütövlüyümüz bərpa olunmalı, işğalçı qüvvələr çıxmalı və Dağlıq Qarabağın bugünkü sakinləri, bu ərazidə yaşamış və doğma yurd-yuvalarına tam qayıtmaq hüququna malik olan qaçqın və məcburi köçkünlər orada təhlükəsizlik zəmanəti və qanunun aliliyi əsasında sülh şəraitində yaşamalıdırlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə əsas təhlükədir. Hesab edirəm ki, münaqişəni yalnız beynəlxalq hüquq normaları əsasında həll etmək məqsədi ilə beynəlxalq ictimaiyyət bu məsələyə daha böyük diqqət yetirməlidir.
öncə qeyd etdiyim kimi, ölkəmiz haqqında uzun danışmaq olar. Zənnimcə, yaxşı olardı ki, sizi maraqlandıran suallara keçək”.
Sonra Prezident İlham Əliyev görüş iştirakçılarının suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32
İqtisadiyyat
24 Oktyabr 11:10
Elm
24 Oktyabr 11:03
İqtisadiyyat
24 Oktyabr 10:54
YAP xəbərləri
24 Oktyabr 10:52
Analitik
24 Oktyabr 10:44
Siyasət
24 Oktyabr 10:39
İqtisadiyyat
24 Oktyabr 10:30
İqtisadiyyat
24 Oktyabr 10:28
Ədəbiyyat
24 Oktyabr 10:15
Siyasət
24 Oktyabr 09:58
Analitik
24 Oktyabr 09:35
Analitik
24 Oktyabr 09:17
MEDİA
24 Oktyabr 08:55
Sosial
24 Oktyabr 08:32
Ədəbiyyat
24 Oktyabr 08:15
Gündəm
24 Oktyabr 07:57
YAP xəbərləri
24 Oktyabr 00:42
YAP xəbərləri
23 Oktyabr 23:41
YAP xəbərləri
23 Oktyabr 23:14
YAP xəbərləri
23 Oktyabr 22:38
YAP xəbərləri
23 Oktyabr 22:10
YAP xəbərləri
23 Oktyabr 21:27
YAP xəbərləri
23 Oktyabr 21:26
YAP xəbərləri
23 Oktyabr 21:19
YAP xəbərləri
23 Oktyabr 21:17
YAP xəbərləri
23 Oktyabr 20:45
YAP xəbərləri
23 Oktyabr 20:17
Elm
23 Oktyabr 19:52
Dünya
23 Oktyabr 19:37
Maraqlı
23 Oktyabr 19:15
Dünya
23 Oktyabr 18:52
YAP xəbərləri
23 Oktyabr 18:39
YAP xəbərləri
23 Oktyabr 18:24
YAP xəbərləri
23 Oktyabr 18:10
Analitik
23 Oktyabr 17:44
YAP xəbərləri
23 Oktyabr 17:44
Dünya
23 Oktyabr 17:25
YAP xəbərləri
23 Oktyabr 17:08
Dünya
23 Oktyabr 16:42
Sosial
23 Oktyabr 16:42
Elm
23 Oktyabr 16:41
YAP xəbərləri
23 Oktyabr 16:41

