Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / İKT-nin inkişafı dövlətin prioritet sahələrindən biridir

İKT-nin inkişafı dövlətin prioritet sahələrindən biridir

24.06.2009 [12:31]

Azərbaycanda elektron kütləvi informasiya vasitələrinin sürətli inkişafı və genişmiqyaslı tətbiqi ölkədə yeni informasiya sistemlərinin yaradılmasına və radio-televiziya yayım texnologiyalarının yeniləşdirilməsinə əlverişli zəmin yaradıb
Son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sahəsində də böyük inkişafa nail olunub.
İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafı prioritet sahələrdən biri elan edilib. Və bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində əsaslı tədbirlər həyata keçirilib.
Azərbaycanda elektron kütləvi informasiya vasitələrinin sürətli inkişafı və genişmiqyaslı tətbiqi ölkədə yeni informasiya sistemlərinin yaradılmasına və radio-televiziya yayım texnologiyalarının yeniləşdirilməsinə də əlverişli zəmin yaradıb. Bu sahədə görülən işlərin daha da sürətləndirilməsi, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, ölkə ərazisində radio və televiziya verilişlərinin yüksək keyfiyyətli yayımının təmin edilməsi, mövcud yerüstü televiziya yayım sistemlərinin dünya standartlarına uyğunlaşdırılması, eləcə də efir məkanının informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədi ilə 2008-ci il iyul ayının 10-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasında televiziya yayımının genişləndirilməsi və efir məkanında informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama müvafiq olaraq ölkədə efir televiziya yayımının əhatə dairəsinin genişləndirilməsi və efir məkanının informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi üçün 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 2,5 milyon manat məbləğində vəsait ayrılıb. Sərəncama əsasən, həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Teleradio İstehsalat Birliyinin Teleqüllə kompleksi əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyunun 20-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Teleradio İstehsalat Birliyinin Teleqüllə kompleksinin əsaslı bərpa və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Qeyd edək ki, Teleradio İstehsalat Birliyinin Teleqüllə kompleksi ümummilli lider Heydər Əliyevin Azərbaycanda qurub yaratdığı saysız-hesabsız obyektlərdən biridir. Kompleks SSRİ Rabitə Nazirliyinin Dövlət Layihə İnstitutu tərəfindən layihələşdirilib. 1979-cu ildən tikinti işləri başlanılıb. Layihəyə əsasən inşaat işləri 1985-ci ildə başa çatdırılmalı idi. Lakin müəyyən səbəblər üzündən kompleksdə tikinti işləri dayandırılıb. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Teleqüllənin tikintisi davam etdirilib. 1996-cı ildə Ulu öndərin iştirakı ilə kompleksin rəsmi açılış mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Teleqüllənin yenidənqurmadan sonrakı vəziyyəti ilə yaxından tanış olublar.
Hazırda kompleks ən qabaqcıl rabitə avadanlığı ilə təchiz olunub. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin yeni inşa olunmuş inzibati binası yüksək tələblərə cavab verir. çalışan əməkdaşlar üçün hər cür şərait yaradılıb.
ümumi hündürlüyü 310 metr, çəkisi 40 min ton olan Teleqüllə dəniz səviyyəsindən 136 metr hündürlükdə yerləşir. Kompleksin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. Qüllənin üzərində milli ornamentli 4 şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə istiqamətlənib. Dövlətimizin başçısının Sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yeni televiziya vericiləri quraşdırılıb ki, bunlar da yayımın keyfiyyətini yüksək standartlar səviyyəsinə qaldırıb.
Bakı şəhəri və ətraf ərazilərdə televiziya və radio proqramlarının yayımının əhatə dairəsi, respublikada mövcud televiziya və radio yayım şəbəkəsi, Bakı və Abşeron yarımadasında rəqəmsal televiziya yayımının inamlı qəbul xəritəsi, respublika ərazisində DVB-T rəqəmsal televiziya yayım planı, Azərbaycan Respublikasının Radiomonitorinq Şəbəkəsi və kompleksin digər fəaliyyət istiqamətləri barədə dövlətimizin başçısına ətraflı məlumat verilib.
Qüllədə Yaponiya istehsalı olan və hər biri 12 nəfərlik iki “Hitachi” lifti quraşdırılıb. Qüllənin 28-ci mərtəbəsində yerdən 180 metr hündürlükdə televiziya və radio yayım avadanlığı, 1712 kilometr uzunluğa malik RRX şəbəkəsinin baş stansiyası, mobil operatorların SDH şəbəkələri yerləşdirilib. 10-cu mərtəbədə isə televiziya və radioverici-yayım avadanlığı, peyk yayımı avadanlığı, audio-video kommunikasiya qurğuları, habelə dispetçer xidməti, radio-rele kommunikasiya qurğuları və digər xidməti avadanlıq yerləşdirilib.
Qüllənin 27-ci mərtəbəsində, yerdən 175 metr hündürlükdə olan döşəməli restoran tikilib. ümumi sahəsi 330 kvadratmetr olan restoranın yükgötürmə qabiliyyəti 15 tondur. Restoranın zalında eyni vaxtda yüz nəfərə xidmət göstərilə bilər. Burada hər şey zövqlə quraşdırılıb və xidmət ən yüksək standartlar səviyyəsindədir. Zal 1 saat 10 dəqiqə müddətində öz oxu ətrafında bir dəfə dövrə vuraraq şəhərin və Xəzər dənizinin gözəl mənzərəsi ilə bura gələnləri valeh edir. Burada paytaxt sakinlərinin, eləcə də qonaqların istirahəti üçün lazım olan hər cür şərait yaradılıb.
BAHAR

Paylaş:
Baxılıb: 1259 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31