/ / Azərbaycanda seçki kampaniyasının uğurlu olmasını təmin edə biləcək ictimai-siyasi vəziyyət mövcuddur
Azərbaycanda seçki kampaniyasının uğurlu olmasını təmin edə biləcək ictimai-siyasi vəziyyət mövcuddur
03.10.2009 [12:15]
Məlum olduğu kimi, yaxın günlərdə bələdiyyə seçkilərinə rəsmi start veriləcək. Artıq bir neçə aydır ki, Yeni Azərbaycan Partiyası (YAP) bələdiyyə seçkilərinə hazırlaşmaqdadır. YAP Sədrinin müavini- İcra katibi, millət vəkili Əli Əhmədov jurnalistlərə müsahibəsində partiyanın bələdiyyələrə namizədlərinin müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdiyini bildirib:
- Əvvəla qeyd edim ki, biz bütün bələdiyyələr üzrə hər bir yerə namizəd irəli sürmək niyyətindəyik. Onu da qeyd etmək istəyirəm ki, bu, kifayət qədər ciddi bir prosesdir. Ona görə ki, təxminən 20 minə yaxın bələdiyyə üzvü seçilməlidir və Yeni Azərbaycan Partiyası da bu qədər üzvünü namizəd olaraq irəli sürmək fikrindədir. Bu gün bizim rayon təşkilatlarında namizədlərin siyahısının konkretləşdirilməsi üzərində iş gedir. Bütün rayon təşkilatları bu işlə ciddi şəkildə məşğuldurlar və mən güman edirəm ki, Mərkəzi Seçki Komissiyası seçkilərin vaxtını elan edəndən sonra nəzərdə tutulan müddət ərzində namizədlərimizlə əlaqədar bütün prosedur məsələləri həll edib, siyahılarımızı sözügedən qurumun müvafiq dairə seçki komissiyalarına təqdim edəcəyik.
- Digər partiyalarla müqayisədə YAP-ın üzvlərinin sayı kifayət qədərdir. Belə olan təqdirdə, öz namizədliklərini müstəqil və fərdi qaydada irəli sürən, sürmək istəyən YAP üzvlərinin aqibəti necə olacaq? Onlara YAP tərəfindən dəstək veriləcəkmi?
- Mən yenə də qeyd etmək istəyirəm ki, namizədlərin irəli sürülməsinin çətinliyi daha çox sayda insanların bələdiyyə seçkilərində iştirak etməsinə layiq olması ilə bağlıdır. Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 490 min nəfəri keçib və təbiidir ki, bunların içərisində 20 mindən qat-qat çox layiqli insanlarımız var ki, onlar partiyamızı bələdiyyə seçkilərində və bələdiyyələrdə təmsil edə bilərlər. Amma, bununla belə, seçkilərin öz qaydaları var. Ona görə biz yalnız məlum sayda insanları rəsmi şəkildə namizəd olaraq bələdiyyə üzvlüyünə irəli sürə bilərik. Biz bir yandan arzu edirik, bir yandan da çalışacağıq ki, Yeni Azərbaycan Partiyasının bütün üzvləri bu seçki kampaniyasının aparılmasında yaxından iştirak etsinlər. Bu isə onu nəzərdə tutur ki, partiya tərəfindən irəli sürülən namizədlərimizin uğur qazanmasına hər bir partiya üzvü öz dəstəyini versin və verəcək. Belə olan halda, fərdi qaydada, partiya siyahısından kənarda insanların, Yeni Azərbaycan Partiyası üzvlərinin namizədliklərinin irəli sürülməsi arzuolunan hal deyil. Bu, ən azından, partiyanın vahid seçki kampaniyası prosesində qüvvələrinin parçalanmasına gətirib çıxara bilər. Biz bunu heç cür arzu etmirik və təbii olaraq, güman edirik ki, Yeni Azərbaycan Partiyasının üzvləri bu məsuliyyəti dərk edərək partiyanın siyahısında nəzərdə tutulan bütün namizədlərin vahid kampaniyasının aparılmasına öz köməkliklərini göstərəcəklər.
- YAP funksionerləri bələdiyyə seçkilərində qadınlara və gənclərə üstünlük veriləcəyini bəyan etdikdən sonra bir sıra müxalif partiyalar bunu hakim partiyanın irəli sürməyə namizədlərinin olmaması ilə əlaqələndirib. YAP rəsmisi olaraq siz bu haqda nə deyərdiniz?
- Yuxarıda da qeyd etdim ki, Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı günü-gündən artmaqdadır. Bunların içərisində də çoxlu sayda gənclər, qadınlar var. Bizim gəncləri, o cümlədən, qadınları daha cəsarətlə bələdiyyə seçkilərində namizəd irəli sürmək barəsində səsləndirdiyimiz fikrin mahiyyəti ondan ibarətdir ki, bələdiyyə seçkiləri gənclərin, qadınların öz gücünü, öz intellektini nümayiş etdirməsi üçün gözəl bir meydandır. Biz gənclərə, o cümlədən, qadınlara geniş meydan açmalıyıq və bu meydan daha çox, daha cəsarətlə bələdiyyə seçkilərində açılmalıdır. Ona görə biz təşviq edirik ki, yerli təşkilatlarımız bacarıqlı, qabiliyyətli, layiqli gəncləri bələdiyyə seçkilərində iştiraka dəvət etsinlər və yəqin ki, siyahılarımızda gənclərin sayı əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə çox olacaq. Eyni münasibət qadınlara da şamil edilir. Bu gün qadınlar Azərbaycan cəmiyyətinin yarısından çoxunu təşkil edir. Eyni zamanda, Yeni Azərbaycan Partiyasında da qadınlar böyük bir qüvvəni təşkil edirlər və təbiidir. Onların intellekti, siyasi, ictimai fəallığı kifayət qədər əsas verir ki, Azərbaycan qadınları bələdiyyələrdə daha geniş şəkildə təmsil olunsunlar.
- Yeri gəlmişkən, bu gün Azərbaycan bələdiyyələrində qadınların təmsilçilik faizi, çəkisi nə qədərdir?
- Təsəvvür edin ki, Azərbaycan bələdiyyələrində qadınlar 3,5-4 faiz təşkil edirlər. Bu, Azərbaycan cəmiyyətində qadınların tutduğu mövqeyə və malik olduğu ictimai-siyasi fəallığa heç cür uyğun gəlmir. Biz məhz bu mənzərəni dəyişmək istəyirik və təbiidir ki, rəqiblərimiz bunun mahiyyətini təhrif etməyə çalışırlar. Yəni, onların bizim bəyanatlarla bağlı dediklərinin heç birinin ciddi əsasları yoxdur və kifayət qədər insani resurslarımız, kifayət qədər partiya təmsilçilərimiz var ki, onların da içərisindən nəinki 20 min, ondan bir neçə dəfə çox sayda insanları namizəd olaraq irəli sürə bilərik. Bir daha qeyd edirəm ki, bələdiyyə seçkilərində gənclərə və qadınlara üstünlük verməyimiz mövcud olan vəziyyətin yaxşı mənada, yaxşı istiqamətdə dəyişdirilməsi ilə əlaqədardır.
- Seçkilərin yekunları və ya belə demək mümkünsə, seçkilərdə nə qədər yer qazanmaqla bağlı ilkin proqnozlarınız nədən ibarətdir?
- Bilirsiniz, keçən bələdiyyə seçkisi nəticəsində Azərbaycanın bələdiyyələrində YAP-ın təmsilçilərinin xüsusi çəkisi təxminən 64-65 faiz təşkil edib. Bu baxımdan təbiidir ki, budəfəki seçkilərə hazırlaşarkən ilk olaraq qarşımıza qoyduğumuz məqsəd ondan ibarət olub ki, mövcud olan vəziyyəti daha da yaxşılaşdıraq. Bu, bizim qarşımıza qoyduğumuz əsas məqsəddir və güman edirəm ki, hədəflərimizin nədən ibarət olduğu da yəqin ki, bu sözlərdə özünün əksini tapır.
- ümumiyyətlə, bələdiyyə seçkiləri ilə bağlı mövcud şəraiti, durumu necə dəyərləndirirsiniz? Bu şərait qənaətbəxşdirmi? İnsanlarımız bu seçkilərdə öz aktivliklərini tam nümayiş etdirə biləcəklərmi?
- Təbii ki, istənilən seçki kampaniyasının çox vacib komponentlərindən biri də ölkədəki mövcud siyasi durumdur. Hesab edirəm ki, bələdiyyə seçkiləri ərəfəsində Azərbaycanda seçki kampaniyasının uğurlu olmasını təmin edə biləcək ictimai-siyasi vəziyyət mövcuddur. Azərbaycan iqtisadiyyatı son bir neçə il ərzində sürətlə inkişaf edib. 2008-ci ilin avqust ayından etibarən bütün dünya ölkələrini maliyyə böhranı bürüməsinə baxmayaraq, məmnuniyyət hissi ilə qeyd etmək yerinə düşər ki, bu iqtisadi böhranın ən az təsir göstərdiyi ölkələrdən biri Azərbaycandır. Bütün ölkələrin iqtisadiyyatının böhran dövrünü yaşamasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı bu müddətdə də inkişaf tempini qoruyub.
Azərbaycanın həm makroiqtisadi göstəricilərində, həm də bütövlükdə insan, həyat və yaşayış şəraitində dünya iqtisadi böhranının əhəmiyyətli təsiri olmayıb. Seçki ərəfəsindəki ümumi ab-havanı müəyyənləşdirən əsas şərtlərdən biri budur. İkincisi, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar, sahibkarlığın dəstəklənməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, yeni iş yerlərinin yaradılması, infrastruktur layihələrinin həyata keçirilməsi və digər bir sıra vacib komponentlərin əhatə etdiyi uğurlu siyasət davam etməkdədir.
Azərbaycan həm regional, həm beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirməkdə davam edir. Bütün bunların hamısı seçki ərəfəsində Azərbaycanın ictimai-siyasi durumunu müəyyənləşdirən iqtisadi-siyasi, beynəlxalq şərtlərdir. Bu şərtlər, bu amillər Azərbaycan vətəndaşlarının əhval-ruhiyyəsini müəyyənləşdirir. Bunu xüsusilə qeyd etmək yerinə düşər ki, Azərbaycan vətəndaşları həyata keçirilən siyasəti birmənalı şəkildə dəstəkləyir. ölkə Prezidenti İlham Əliyevə olan etimad kifayət qədər yüksəkdir və təbii ki, bütün bunlar da ictimai ovqatın göstəriciləridir. Beləliklə, seçkinin keçirilməsi üçün ictimai ovqatın mənim səciyyələndirdiyim parametrlər baxımından imkan və şəraiti var.
Belə güman edirəm ki, Azərbaycan vətəndaşları növbəti bələdiyyə seçkilərində də ölkə Prezidentinin həyata keçirdiyi uğurlu siyasətə möhkəm inamını və dəstəyini ifadə edəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

